Prezident Ərdoğan böyük heyətlə Qətərə gedib - Səbəb

img

04-12-2023 [14:44]


Prezident Rəcəb Tayyib Ərdoğan Ali Strateji Komitənin 9-cu iclasında iştirak etmək üçün Qətərə gedib.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taninin dəvəti ilə dekabrın 4-5-də iki ölkə arasında keçiriləcək görüşə qatılacaq Ərdoğan “TRK” təyyarəsi ilə yerli vaxtla saat 13.00-da Qətərə yola düşüb.

Prezident Ərdoğanı Atatürk Hava Limanından AK Partiya sədr müavini Efkan Ala, İstanbul valisi Davud Gül, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğanla yanaşı, xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, nazir Ticarətdən Ömər Bolat və Prezident Kommunikasiyalar Direktoru Fahrettin Altun da Dohaya gediblər.

Ərdoğan səfər çərçivəsində Körfəz Əməkdaşlıq Şurasının 44-cü Zirvə Toplantısına da qatılacaq.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq