KITABLARI YANDIRMAQDAN BÖYÜK CİNAYƏT
17-11-2023 [15:57]
Qalib ARIF
***
Böyük Çin filosofu Konfutsinin bir kəlamı var, İsa Peyğəmbərin də adına yazırlar: “Siz insanların balıq yeməyini istəyirsinizsə, onlara balıq verməyin, balıq tutmağı öyrədin”.
Düşünürəm ki, hazırda bütün dünyada internet-məkanda tez-tez səslənən “Kitab oxuyanlar bu gün də, sabah da televiziyaya baxanları idarə edəcəklər” deyimi də bu hədisə əsaslanır. Çünki kitablar təxəyyülün inkişafına xidmət edir – sizə balıq tutmağı öyrədir, televiziya isə onu sizə hazır verir. Tutaq ki, siz Hüqonun “Səfillər”ini oxuyursuz, sizin beyninizdə yalnız sizə aid olan, sizin yaratdığınız Janvaljan, Javer obrazları canlanır. Televiziyada “Səfillər” filminə baxanda deyirsiz “yox, burda Janvaljan çox qocadır, Javer isə çox keçəldir”.
Təxəyyül böyük qüvvədir, insanın analitik ağlını, yaradıcı təfəkkürünü inkişaf etdirir. Cek London nahaq yerə demir ki, “Təxəyyül hətta vəhşini də dahi edə bilir”.
Albert Eynşteyn isə təxəyyülə elmdən, təhsildən böyük qiymət verir, “Təxəyyül günəş şüasını minib, istədiyi yerə çapmağa qadirdir” deyir. Deməli, təxəyyül yaradıcılığa nur saçan, təfəkkürə yol göstərən bir işıqdır. Dünyanın bütün bədii əsərləri, dahi kəşfləri bu işığın təsirindən yaranır. Bu işığın mənbəyi bir tərəfdən insanın öz talantıdırsa, digər mənbəyi oxuduğu kitablardır. Bunlar sanki qoşa qanadlardır, insanlığı irəli aparır. Aristotel hələ 2500 il bundan əvvəl demişdi ki, “Hər hansı yeni ideya, ən azı iki köhnə ideyanın qovşağında yaranır”. Köhnə ideyaları isə insan oxuduğu kitablardan alır, onların üzərində öz talantı ilə yeni ideyanı yaradır.
Kitab oxumağn təxəyyülü inkişaf etdirməkdən, təfəkkürə qida verməkdən başqa, insanın sağlamlığına, formada qalmasına da müsbət təsir edir. Kitab oxuma prosesi insan beynini gimnastika etdirir, beyni qocalmağa, korşalmağa qoymur. Bu da insanı cavan saxlayır, yaddaşını yaxşılaşdırır, ömrünü uzadır. Viktor Hüqoya, Lev Tolstoya, Albert Eynşteynə baxın, görün kitab oxumaq onların peşəkar yaradıcılığını hansı səviyyəyə qaldırıb, ömrünü nə qədər uzadıb. Mütəmadi kitab oxuyan adamlar, bir qayda olaraq, hazırcavab, özlərinə inamlı olurlar, söz ehtiyatları çox olur, düşdükləri situasiyadan daha asan baş çıxarırlar, ən azı, çörəklərini kitab oxmayanlardan daha rahat qazanırlar.
Hazırda bütün dünyada internet-məkanı başına götürən bir deyimi də var: "Kitab oxuyanların sayı sürətlə azalır, XIX, XX əsrlərdə kitab oxuyanların heç 5-10 faizi indiyə qalmır”. Hesab edirəm ki, tamamilə səhv yanaşmadır. Sadəcə olaraq, klassik demiş, “Zamanın nehrəsi çalxanır, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. XIX, XX əsrlərdə kitab oxumaq, sadəcə olaraq dəb idi, indi Feysdə, İnternetdə vaxt keçirmək kimi. Odur ki, həmin dövrlərdə kitab oxuyanlar da çox idi, evdar qadınlardan tutmuş işsiz-gücsüz adamlara kimi. Balzakı, Dyumanı yada salın, onların əsərlərini Avropanın, Rusiyanın bütün evdar qadınları oxuyurdu...
Bu gün isə, vaxtın qızıl olduğu dövrdə insanlar kitabı vaxt keçirmək üçün yox, yeni bir şeylər öyrənmək, nə isə götürmək üçün oxuyurlar. Odur ki, bədii kitabları oxuyanların sayı sürətlə azalır, elmi, fəlsəfi kitabları oxuyanların sayı isə parallel olaraq artır. Bunu dedektiv əsərləri oxuyanların sayının azalması timsalında daha bariz müşahidə etmək olar. Deməli, kitab oxumaq da bütün ali dəyərlər kimi dərk olunan zərurətdir, dərk olunduqda şəxsiyyətin inkişafına, yaradıcılığına, dərk olunmadıqda isə, ən yaxşı halda, vaxt itkisinə səbəb olur. Ən pis halda isə, dəli olanlar da var…
Bəli, kitab keçmişin səlnaməsi, bu günün güzgüsü, gələcəyin xəbərçisi kimi bütün zamanların və bütün insanların diqqət mərkəzində olub və olacaq. Min illərdir ki, uzaqgörən, öz xalqının inkişafını istəyən şahlar, imperatorlar kitabı yazanları – filosofları, yazıçıları mükafatlandırır, kitabı, kitabxananı qoruyur, insanları kitab oxumağa, savad almağa çağırırlar. Zalımlar, vicdansız hökmdarlar isə kitabxanaları yandırır, alimləri cəzalandırır, xalqları qaranlıqda saxlamağa çalışırlar. Eramızdan əvvəl Misirdə İskəndəriyyə kitabxanasının yandırılmasından tutmuş, XX əsrdə kommunistlərin, faşistlərin kitabları, kitabxanaları yandırmasına qədər, bunun yüzlərlə nümunəsi var. Ancaq tarix göstərir ki, kitab yandıranlar heç zaman öz arzuların çatmırlar və çatmayacaqlar. Alçaqlar, vicdansızlar nə qədər yandırsalar da, kitab Səməndər quşu kimi odun, külün iğindən çıxır, insanlara yol göstərir, savad verir…
Düşünürəm ki, kitab yandırmaq ən böyük ədalətsizlikdir, faktiki olaraq, bəşəri cinayətdir. Amma kitabları yandırmaqdan daha böyük bir cinayət var: KİTABLARI OXUMAMAQ…
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi