"Bu, QHT-ləri ələ salmaq deyil?" - İSBAM sədri yazır
11-10-2023 [12:20]
Samir Adıgözəlli,
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri
***
QHT Agentliyinin yeni mətbuat katibinin müsahibəsinin bəzi ziddiyətli məqamlarını diqqətinizə təqdim etmək istəyirəm.
Həmin məqamlara keçməmişdən öncə bir məqamı qeyd etmək istəyirəm.
Ayrı-ayrı dövlətlərdə mövcud olan donor təşkilatlarının, habelə BMT, Avropa Komissiyası və bu kimi digər qrant verən qurumların təcrübəsinə baxdıqda görürsən ki, onların qrant siyasəti on illərlə dəyişmir.
Dəyişən prioritetlər, mövzular və məbləğlərdir. Çünki qrant siyasəti əvvəldən sağlam təməllər üzərində qurulub.
Dünyanın heç bir yerində layihəni dəyərləndirəndə onun mediada çıxan məlumatlarına baxmırlar. Əgər fəaliyyət varsa, onun qrant müqaviləsi və hesabatı var, ona baxıb yoxlaya bilərsiniz.
Məni şəxsən bu meyar narahat etmir, kifayət qədər mediada məlumatımız var. Sadəcə donorçuluq prinsipləri baxımından belə yanaşmalar gülüş doğurur. QHT-nin ofisi, alternativ maliyyə mənbəyi, insan resursları yoxdur, ildə bir dəfə QHT Agentliyinin qrantını gözləyir, xarici əlaqələrini qurmaq üçün maliyyə tapa bilmir, amma mediada çoxlu məlumatı varsa bu aktiv təşkilat olur.
Hər müsabiqə zamanı ərizə və layihə formalarının, hesabat formalarının dəyişdirilməsi anlaşılan deyil.
Düzgün sistem qura bilmirsinizsə, heç olmasa məsələdən anlayışı olan insanları cəlb edin.
Üzərimə növbəti hücumların olacağını anlayıram, amma bunları kimsə deməlidir. Problemləri malalamaq, vətəndaş cəmiyyəti üzvlərini parçalamaq, yalançı iş görüntüsü yaratmaq, öz günahını başqalarının üzərinə atmaqla bu günlük xilas olmaq ilk növbədə ölkə rəhbərliyinə xəyanətdir.
Qayıdaq QHT Agentliyinin mətbuat katibinin açıqlamasına.
Açıqlamanın “skrin” versiyasını diqqətinizə təqdim edirəm. Oradan da mən dediklərimi izləyə bilərsiniz:
1. Müsahidədə deyilir ki, orta qrantlar üçün QHT-nin müvafiq olaraq son 3 il ərzində fəaliyyəti, layihələri və proqramları barədə ciddi media subyektində 10 informasiya, böyük qrantlarda isə 5 il ərzində müvafiq olaraq 20 informasiyanın yayılması tələb olunur.
2. Daha sonra isə qeyd edir ki, biz yalnız 3 və 5 il təcrübəsi olan QHT-lərin bu müsabiqələrə buraxılmasını doğru saymadıq. Ona görə yeni və ya köhnə fərqi qoyulmadan hamıya bərabər imkan yaradılacaq.
3. Bildirilir ki, rəqabət layihənin daha keyfiyyətli hazırlanması və icrası uğrunda getməlidir.
İlk növbədə QHT Agentliyinə bildirmək istəyirəm ki, Media Reyestri 2022-ci ilin 14 oktyabrından tətbiq edilməyə başlayıb.
Yəqin ki, buna diqqət etməyiblər və məcburi tələb kimi qoyublar ki, Media Reysetrində olan ciddi media subyektlərində verilmiş informasiya təqdim olunsun.
Reyestr 1 ildir tətbiq olunur. Ondan əvvəlki illər bəzi saytların bəlkə də arxivi qalmayıb və ya texniki səbəbdən silinib.
QHT 2 il qabaq gətirdiyi media çıxarışları bəs necə olacaq?
Onu bəhanə edib deyəcəklər ki, niyə Media Reysetrindən keçməmisən?
Təşkilatın işləyib işləmədiyini təsdiq etmək üçün tək bu meyarla kifayətlənmək və bunu da tələb kimi qaydalarda qabartmaq həqiqətən donorçuluqda rast gəlinməmiş hadisədir. Yəqin ki, inqilabi dəyişiklik bu imiş.
Qeyd olunanların içərisində bir fikir bu sektora həqiqətən hörmətsizlikdir. Bildirilir ki, əgər QHT-nin müəyyən sayda mediada məlumatı verilməyibsə, demək onun fəaliyyəti şübhəlidir.
Buna gülməyəsən neynəyəsən.
Demək, QHT mediaya məlumat verməyibsə (adam bəlkə maraqlı deyilmiş), o zaman o radikal fəaliyyətlərlə məşğul imiş. İstənilən vaxt gəlin birlikdə “google”da tanınmış QHT-ləri axtarışa verək.
Mən bəzilərini axtardım, tapa bilmədim. Amma mənim kimi, hamı da bilir ki, həmin şəxslər həqiqətən ciddi işlər görürlər, özlərini reklam etmirlər.
Amma sizin yanaşmanıza görə, onların fəaliyyəti şübhəlidir və dövlət əleyhinə çalışırlar.
Digər bir məsələ ilə Media Reyestrindən keçmiş ciddi media subyekti məsələsi ilə bağlıdır.
Xahiş edəcəyik ki, bu siyahını da açıqlasınlar, əvvəldən bilək ki, reyestrdən keçmiş medialardan hansı ciddi, hansı qeyri-ciddidir.
Ən çox diqqətimi çəkən məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda göstərildiyi kimi yalnız 3 və 5 il təcrübəsi olan QHT-lərin müsabiqəyə buraxılmasının doğru sayılmamasıdır.
Maraqlıdır bunu Agentliyin aparatı, yoxsa formal Müşahidə Şurası düzgün saymayıb?
Çünki ortada təsdiq olunmuş qayda var və orada konkret meyar göstərilib.
Mətbuat xidmətinin rəhbəri isə rəsmi açıqlayır ki, biz bunu düzgün saymırıq, yeni və ya köhnə fərqi qoyulmadan hamıya bərabər imkan yaradılacaq. 2 ay qabaq yaratdığınız QHT-lər orta və böyük qrant ala biləcəklər.
Həqiqətən QHT-ləri ələ salmaqdır. Bu qaydalar nə üçündür, sizin dediyiniz nə üçündür?
Və sonda bildirilir ki, rəqabət layihənin daha keyfiyyətli hazırlanması və icrası uğrunda getməlidir. Xatırladım ki, donorçuluqda ilk növbədə rəqabət QHT-nin təqdim etdiyi ideyadan başlayır. Hansı problemi və necə həll edəcəyindən başlayır. Layihənin keyfiyyətli yazılışı artıq texniki tələbdir.
Eyni zamanda layihənin keyfiyyətli icrası müqavilə öhdəliyidir, ona əməl olunmalıdır.
Həqiqətən mən mətbuat katibini qınamıram, ona necə hazırlayıb veriblərsə, o da cəmiyyətə elə təqdim edir.
İstənilən vaxt bununla bağlı açıq və medianın iştirakı ilə müzakirə etməyə də hazıram.
Amma montaj edib yaymamaq şərtilə.
Mənim illərlə formalaşan təcrübəm bir daha bunu deməyə əsas verir ki, hamı öz işi ilə məşğul olmalıdır. İstər çilingər olsun, istər ingilis dili müəllimi.
P.S. Yazı İSBAM sədrinin Feysbuk-dakı səhifəsindən götürülüb.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi