ALLAHLA MÜSAHİBƏ (“Mənim düşüncələrim” silsiləsindən)
29-09-2023 [11:19]
Qalib ARİF
***
Yəqin yaşdandır, gördüyüm yuxular yadımda qalmır, qalsa da, qara-ağ rənglərdən və dumanlı epizodlardan ibarət olur. Amma bu yuxu rəngli kino kimi canlı və maraqlı idi, mən arzularımı yuxuda yaşayırdım…
Deməli, yuxuda bizim Nizami Gəncəviyə oxşayan, klassik cizgiləri olan xəyali bir obraz gördüm. Hardasa əllini keçmişdi, deyəsən başı örtülü idi. Saç-saqqalında ağ qaradan çox gözə dəyirdi. Mən özümü itirmişdim, söhbətə başlaya bilmirdim. Dedim Siz Şeyx Nizami Gəncəvisiz?! Müsahibim gülümsədi, elə bil gün çıxdı. Dedi mən Allah-təalayam, sənin istədiyin, xəyal etdiyin obrazda gəlmişəm. Dedim Siz mənimlə danışırsız, məgər mən peyğəmbərəm?! Dedi bütün insanlar potensial peyğəmbərlərdir, ona görə mən onları öz mislimdə və görkəmimdə yaratmışam…
Və mən ağlıma ağıllı gələn sualları verməyə çalışıram...
-Tövrat, Bibliya, Quran Allah sözüdürmü?
-Bəli, mən öz sözümü demişəm, peyğəmbər göndərmişəm, amma insanlar başa düşdükləri, arzu etdikləri kimi yazıblar…
-124 min peygəmbər olarmı?
-124 min insanların təsəvvür etdikləridir, hər halda söhbət yüzlərlə əsrdən gedir... Mən hətta bəzi filosofları, şairləri peygəmbər yaratmaq istəmişəm, istedadı, işığı yox deyincə vermişəm. Amma sonra fikrimi dəyişmişəm...
-Peyğəmbərlərin içində din yaradanlar, tarixə iz salanlar var...
-Hər peyğımbərin öz missiyası var. Amma mən hətta peyğəmbərlərə də azad seçim vermişəm. Onlar mənim verdiyim missiyanı özləri seçdikləri yolla həyata keçiriblər.
-Sizin neçə yaşınız olar?
-Mən zamanın fövqündə yaşayıram, zira zamanı mən yaratmışam.
-Siz mənim arzularıma cavab verdiniz, mənimlə görüşə gəldiniz?!
-Mən öz övladlarımı çox sevirəm, əgər onlar haqqın yanındadırlarsa, mən də onların yanındayam…
- Axı, Sizin övladlarınız çoxdur, hamıyla görüşmək mümkün olurmu?
-Olur. İnsanlar Allaha dua edəndə, mənimlə danışır. Mən də vicdan obrazında insanların yanındayam. Vicdan Allahla insan arasında birbaşa əlaqədir…
-Siz insana hər şeyi, dünyanın bütün sirlərini açırsınızmı?
-Yox, hələlik insanlıq üçün bağlı hesab etdiyim məqamlar var – zamanın və məkanın sonsuzluğu, insanın ruhu, ölümün mahiyyəti və s…
-Siz öz varlığınızı necə sübut edə bilərsiz?
-Sən Allaha dua edəndə, onun varlığını sübut etməyə çalışırsanmı?! Mən bu suala Musaya verdiyim cavabı verərdim: Allh həmişə olub, var və olacaq…
-Allaha inanmayanlar da var…
-Bəli, amma Allaha inamla yaşamaq da, ölmək də asandır…
-İnam nə olan şeydir?
-İnam insanı sair canlılardan fərqləndirən əsas cəhətdir. İnam dərk olunan zərurətdir, dərk olunan inam müdrikliyə gətirdiyi kimi, dərk olunmayan inam da köləliyə gətirir…
-Bəs, azadlıq?
-Azadlıq mənim insanlara verdiyim ən böyük nemətdir. Amma azadlıq da dərk olunan zərurətdir, dərk olunan azadlıq müstəqilliyə gətirdiyi kimi, dərk olunmayan azadlıq da vəhşiliyə gətirir…
-İnsan azadlığı Allah iradəsi daxilində fəlayyət göstərir?
-Mən belə deməzdim, deyərdim ki, Allah iradəsi və insan azadlığı parallel fəaliyyət göstərir. Deməli, eyni istiqamətlidir…
-Həyatın mənası nədir?
-Nəsil vermək, Xeyirə xidmət etmək, Şərlə mübarizə etmək. Həyat bir imtahandır, insanın Allah qarşısında verdiyi imtahandır.
-Axı, bəzən Xeyirə xidmət edirsən, amma qarşına Şər çıxır...
-Bu sualı mənə İsa da vermişdi. Mən ona dedim ki, sən çəkinmə, xeyir toxumlarını səp. Daşa da düşən olacaq, suya da düşən olacaq, torpağa da düşən olacaq. Daşa düşən quruyacaq, suya düşən çürüyəcək, amma torpağa düşənlər bitəcək...
-Cənnət və cəhənnəm varmı?
-Əlbəttə, var, Allah qarşısında imtahan verə bilənlər cənnətə, bilməyənlər cəhənnəmə düşür. Amma bunları insanlar istədiyi, arzu etdiyi kimi təsəvvür edir. Bu, təxminən korların dünya haqqında təsəvvürləri kimidir. Korlar dünyanı gördükləri kimi yox, istədikləri kimi təsəvvür edirlər…
-Şeytan varmı?
-Əlbəttə var, amma insanlar onun mahiyyətini şişirdir, bütün günahlarını onun belinə yükləyir, təxminən “kötək pajı” kimi təqdim edirlər…
-“Kötək pajı” nə olan şeydir?
-XVIII əsrə qədər İngiltərədə kral saraylarında “kötək pajı” vəzifəsi vardı. “Kötək pajı” zadəgan uşaqları arasından seçilirdi və şahzadəyə xidmət edirdi. Məsələ ondadır ki, bütün uşaqlar kimi şahzadələr də nalayiq işlər görürdülər. Amma onların bədəni toxunulmaz olduğundan, qazandıqları bütün kötəklər “kötək pajı”na vurulurdu…
Nəhayət, məni ən çox narahat edən sualları verirəm:
-Bütün günahları bağışlamaq olarmı?
-Mən bu suala Məhəmmədin sözü ilə cavab vermişəm: İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür…
-Alın yazısı, yazılı tale varmı?
-Əlbəttə yoxdur. Axı, mən dedim ki, insanı ös mislimdə və görkəmimdə xəlq etmişəm və ona azad seçim imkanı vermişəm. Yazılı tale isə, düşünürəm ki, çox maraqsız olardı. Axı, robotlar da, faktiki olaraq, yazılı proqramı olan insanlardır. Mənim yaratdığımla insanın yaratdığı arasında fərq olmalıdır, ya yox?! Sonra, yuxarıda dedim ki, insan həyatı Allah qarşısında bir imtahandır. Bu imtahanı verənlər cənnətə, verə bilməyənlər cəhənnəmə düşür. İnsanların taleyini mən yazsaydım, onlardan Qiyamət günü imtahan götürməyə mənəvi haqqım olardımı?! Axı, mənim adlarımdan biri də Haqqdır…
Bu məqamda telefon zəng çalır, dayanmadan çalır və mən yuxudan ayılıram. O qədər cavabsız suallarım qalır ki,..
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi