Çingiz Abdullayev və detektiv kitablar
07-09-2023 [17:33]
Etibar Əliyev
Deputat
***
Sovetlərin süqutundan qabaq Çingiz Abdullayevin yazdığı detektiv janrında kitablar çox baha satılırdı.
Özü də çox vaxt əldən alırdıq. Ceyms Xedli Çeyz, Erl Stenli Qardner, Reks Staut, Ross Makdonald, Robert Ladlem, Frederik Forsayt, Jorj Simenon, Aqata Kristi, Deşil Xemmetin kitabları 50-60 rubla satılırdı. Təxminən 10 ildən sonra bu kitablar 1-2 manata satıldı. İndi bunları heç alan yoxdur.
Mən sadaladığım müəlliflərin yazdıqları detektiv əsərləri oxuduğuma görə Çingiz Abdullayevi oxumamışam. Detektiv əsərlər 1 dəfədən artıq oxunulmur. Kitabxanaya da yük olur. 20 il bundan əvvəl 100-ə yaxın bu janrda yazılmış kitabları Bukinistə verdim. Detektiv əsər yazan yazıçının təfəkkürü, fikirləri, davranışı fəlsəfi və psixoloji roman yazan yazıçılardan fərqli olur. Mən çox az hallarda detektiv əsərlər yazan yazıçıları müsahibə verən, danışan, qınayan, yol göstərən, tez-tez ədəbiyyatın, dilin problemlərindən danışmalarına rast gəlmişəm. Məhdud oxucu dairəsi üçün yazıblar və pul qazanıblar.
Pul demişkən: Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçılar haqqında kitab yazanda onların bioqrafiyalarını dərindən öyrəndim. Onların demək olar ki, hamısı mükafata düşən pulu xeyirxah məqsədlər üçün xərcləyiblər. Əsasən də gənc yazıçılara dəstək durublar. Norveç yazıçısı Selma Laqerleyf Nobeldən qazandığı vəsaiti rus-fin müharibəsində Finlandiyaya tank almaq üçün xərcləyib.
Çingiz müəllimi müdafiə edənlərdən biri yazır ki, onun əsərləri xaricdə 23 milyon tirajla satılıb. Birini bir dollardan hesablasaq 23 milyon dollar edir. Bu vəsaitin 10 faizi gənclərin yaradıcılğını stimullaşdırmaq üçün xərclənsə Çingiz müəllim xeyli rəğbət qazanmış olar.
Yeri gəlmişkən, Çingiz Abdullayev "Azərbaycan dili və ədəbiyyatı" forumunda israrla söylədi ki, yazıçı kitablarının çapı üçün pul xərcləməməlidir. Dövlət bunu etməlidir! İstedadlı yazıçılar Aqşin Yenisey, Şərif Ağayar, Qismət Rüstəmov və başqalarının kitablarının çapına nəşriyyatlar, o cümlədən Çingiz Abdullayev də dəstək durmalıdır.
O ki qaldı detektivə, bu janrda yazılmış əsərləri Orta məktəblərin yuxarı sinif şagirdlərinə qadağan etmək lazımdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi