"Laçın yolunun bağlanmasının iki önəmli səbəbi var" - Ələsgər Məmmədli yazır
31-08-2023 [16:21]
Ələsgər MƏMMƏDLİ
Hüquqşünas
***
Azərbaycan əraziləri 30 il Ermənistan silahlı qüvvələrinin şğalı altında qaldı, viran qoyuldu, mədəniyyəti, tarixi, ekologiyası, maddi-mədəni nə varlığı varsa hamısı dağıdıldı, ərazilər minalanaraq mina zibilliyinə çavrildi, milyardlarla zərər vuruldu.
Azərbaycan məhz bu porsseslə barışmadığı üçün Ermənistanla 44 günlük müharibə apardı və müharibə nəticəsində qarşı tərəf Rusiyanın vasitəçiliyi ilə məğlubiyyəti qəbul etdi, bəzi işğalda olan əraziləri də qısa müddətdə tərk etdi. Bütün bunlar 10 noyabır tarixli birgə razilaşdırdıqları sənədlə “bəyanatla” oldu.
Son günlər Ermənistan məsələnin fokusunu dəyişib, bütün diqqətləri Azərbaycanın içərisinə yönəldib. Azərbaycan da bilərəkdən ya da bilməyərəkdən bu süni gündəmin dalınca gedir və böyük rəsmi görmək istəmir.
Laçın yolunun bağlanmasının səbəbi Ağdam yolunun açılması deyil və olmamamlıdır. Ağdam yolu məsələsi ilə Laçın yolu bir-birinə alternativ ola bilməz. Laçın yolunun bağlanmasının iki önəmli səbəbi var:
1. Rus Sülhməramlıların yerləşdiyi ərazidə 10 Noyabr bəyanatının şərtlərinə baxmayaraq silahlı erməni birləşmələrinin mövcud olması və günü-gündən həm silahlanma, həm də yeni mevzilər tutma cəhdləri, təxribatlar törətmələridir. Bu prossesə Laçın yolu ilə sistemli dəstək verilirdi və Laçın keçən il təhvil alınanda orada bastırılan 2021-ci il Ermənistan istehsalı minalar bunu açıq təsdiqləyən faktlardandır. Ayrıca, Ermənistandan olan gənclər bu yolla Azərbaycanın suveren ərazisində Azərbaycanın razılığı olmadan hərbi xidmət keçməyə gəlirdi-əvvəl olduğu kimi. (Qeyd: Ermənistan da bu müddətdə boş durmur, sürətlə Hindistandan, İrandan, Rusiyadan və böyük ehtimalla qərbdə olan dostlarından silahlarını, cəbhanələrini yeniləməklə, yeni revanşist müdaxiləyə hazırlaşmaqdadır);
2. İkinci daha önəmli səbəb yenə 10 noyabr bəynatında olan və hələ də açılmayan Zəngəzur yolu və digər qərb ərazilərini Naxçıvanla birləşdirən alternativ yolların açılmaması və hətta açılmasının üfiqdə görünməməsidir.
Müzakirələrin Laçın-Ağdam müzakirəsinə yönəlməsi əslində hansı ciddi problemlər yaradır:
- Ermənisanın, erməni lobbisinin və Qarabağda yaşayan erməni əsilli şəxslərin yaratdıqları süni gündəmin dalınca gedərək Laçın yoluna alternativin Ağdam yolu olması məsələsi əsas Naxçıvanla (o cümlədən Türkiyə ilə) Zəngəzurdan quru yolun (yolların) bərpasını gündəmdən çıxarır;
- Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qanunsuz mövcud olmasını və yaxın təhlükə saçdığını unutdurur və çıxarılmasını gündəmdə geri plana atır;
-10 noyabr bəyanatında göstərilən şəkildə bölgədən (Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə, Xocavənt, Əskəran və s. yaşayış yerlərindən) didərgin düşən məcburi köçkünlərin bölgəyə BMT nəzarətində (10 noyabr bəyanatındakı şərt) geri qaytarılması məsələsinin üzərindən sükutla keçməyə səbəb olur;
- Azərbaycanın yeraltı və yerüstü sərvətlərini 30 il qanunsuz və vəhşicə istismar edərək, habelə mədəni, mənəvi, maddi miraslarını yox edərək, 1 milyonadək insanın məskunlaşdığı bütün yaşayış yerlərinin, evələrin, ictimai qurğuların, obyektlərin, infrastrukturun məhv edərək vurulan milyardlarla dollar zərərin kompensasiya edilməsi məsələsini geri plana atır;
Ağdam yolu ermənilər üçün yox, Rus sülhmərmlıların lojistik (sadəcə qida və Müqavilədə nəzərdə tutulan həcmdə avadanlıq) istifadəsi üçün tək yol olmalıdır. Rus Sülhməramlılarının Azərbaycanın içərisində olan bir ərazidə xidmət etməsi üçün istifadə edəcəyi yol, Azərbaycanın təklif etdiyi və rəsmi xarakterinə, həcminə, mahiyyətinə nəzarət etdiyi yol olmalıdır - Rəsmi girişi Azərbaycan gömrük orqanlarına və rəsmi qurumlarına bəyan edilən mal və avadanlıqlar yalnız bu ərazidən keçə bilməlidir.
Laçın yoluna gəldikdə, bu yol Naxçıvanla qurulacaq körpü açılmayanadək açılmamamlı, 10 noyabr müqaviləsinin şərti kimi bir paket şəklində həll olmalıdır. Azərbaycan 3 il ərzində təktərəfli xoşniyyət göstərib bu yolun istifadəsini tək-tərəfli açıq tutub. 3 il yetərli idi ki, Ermənistan da öz öhdəliyini icra etsin və Zəngəzur yolunu açsın. Bu yol açıldıqdan sonra, iki müstəqil və suveren dövlətin daxili hüquqlarına uyğun həmin yollar istifadə edilə bilər- qarşılıqlılıq prinsipi əsasında.
Rəsmi qurumlar və şəxslər bu yazılanlara diqqət etməli, problemin həllinə bu aspektdən yanaşmalıdırlar.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi