Nüvə silahı ilə hədələnmə qorxuludur, yoxsa onun yayılması?
15-08-2023 [18:01]
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
***
Rusiya və Çin Qərbə qarşı birləşiblər. Qərb mətbuatında Pekinin Rusiyaya siyasi və hərbi dəstəyini artmasıyla bağlı məqalələrin sayı çoxalıb. Rusiya və Çin “nüvə silahlarının yayılmaması haqqında müqavilənin” son Vyana toplantısında AUKUS birliyinə (Avstraliya, Böyük Britaniya və ABŞ) qarşı ortaq hesabat yayımlayıblar. Hesabat müəlliflərinin qənaətinə görə, AUKUS birliyi nüvə silahlarının yayılmaması müqaviləsinə ziddir. Hesabatı Rusiya və Çinin ekspertləri birgə hazırlayıblar.
Pekin və Moskvanın iddia etdiyi “zərərin” nədən ibarət olduğu aydınlaşmayıb. Ona qalsa Qəb ölkələri də Rusiya və Çinin iştirakçısı olduğu müxtəlif birlikləri nüvə silahının yayılmaması müqaviləsinə zidd olduğunu vurğulaya bilərlər. AUKUS biliyi 2021-ci ilin sentyabr ayında formalaşıb. AUKUS birliyi 3 ölkə - Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi əməkdaşlığın genişlənməsini hədəfləyib. Bu birlik Çini narahat edir. Çünki birliyin əsas məqsədi Çinin bölgədə artan hərbi gücünə qarşı adekvat addımlar atmaqdır. Rusiya sadəcə, strateji tərəfdaşı Çini dəstəkləmək məqsədilə birliyə qarşı hesabata imza atıb.
Böyük Britaniya və ABŞ Avstraliyaya sualtı atom gəmilərinin inşasında dəstək verirlər. Pekini qorxudan da budur. Çindən fərqli olaraq Avstraliyanın nüvə silahı yoxdur. Ancaq Avstaliya qonşu Çinin okenlarda artan hərbi faəllığından narahatdır. Ona görə də Avstraliya Böyük Britaniya və ABŞ-la birgə hərbi dəniz donanmasını gücləndirməyə qərar verib. Avtrsliyanın 2027-ci ildən başlayaraq bir neçə atom sualtı gəmisi olacaq. Bu məqsədlə Avstraliya sahillərində hərbi məqsədlər üçün limanlar da tikiləcək.
Rusiya və Çin hesab edirlər ki, nüvə dövlətləri olan Böyük Britaniya və ABŞ bu texnologiyaları Avstraliya ilə bölüşməklə “nüvə silahlarının yayılmaması barədə müqaviləyə” zidd hərəkət edirlər. Pekin və Moskvanın qənaətinə görə, Vaşinqton və Londonun Avstraliya üçün inşa etdirəcəkləri atom sualtı gəmiləri gələcəkdə fərqli məqsədlər üçün istifadə olunacaq. Yəni Rusiya və Çin iddia edirlər ki, Avstraliya əldə etdiyi texnologiyalar vasitəsilə nüvə silahının istehsalına başlayacaq. Eyni məntiqlə Rusiyanın müxtəlif ölkələrdə inşa etdiyi atom elektrik stansiyalarından da sonrakı mərhələdə nüvə silahı əldə etmək mümkündür. Digər tərəfdən Rusiya rəsmilərinin “Ukraynaya qarşı nüvə silahından istifadə edə bilərik” açıqlamaları nüvə silahının yayılmasından daha qorxuludur.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi