“POLITICO”: “Ağdam yolunun açılması..." - "Avropa Parlamenti Ermənistanın, Avropa İttifaqı isə Azərbaycanın yanındadır"
30-07-2023 [11:10]
Elbəyi Həsənli,
Sürix
***
Avropa İttifaqına yaxın olan “politico.eu” saytı “Nagorno-Karabakh crisis puts the spotlight on EU ties with Azerbaijan” (Dağlıq Qarabağ böhranı diqqəti Avropa İttifaqının Azərbaycanla əlaqələrinə yönəldir) adlı məqalə ilə çıxış edib.
Məqalədə qeyd olunur ki, Brüsselin Bakı ilə qaz müqaviləsi var, lakin Dağlıq Qarabağda ərzaq və yanacaq çatışmazlığı ilə bağlı xəbərlər Avropa İttifaqına problemin həlli üçün tədbirlərin həyata keçirilməsinə çağırışları artırır.
Məqalədə deyilir ki, “POLITICO”-nun Ağdam yolu ilə bağlı sualını cavablandıran Arayik Arutyunyan təkid edib ki, onun hökuməti bu təklifi qəbul etmək iqtidarında deyil, çünki “Bu böhranı Azərbaycan yaradıb və onun həlli yolu ola bilməz”.
Məqalənin bu hissəsi ən böyük problemin ən qısa izahı kimi dəyərlidir. Deyilir ki, yerli (Qarabağdakı) məmurlar ehtiyat edir ki, tədarük üçün Bakıdan asılı vəziyyətə düşmək onların "müstəqilliyinə faktiki olaraq son qoyacaq" və onları gələcəkdə bu kimi qapanmalara qarşı həssas edəcək.
Problemin mahiyyəti məhz elə bundadır. Qarabağ separatçıları o fikirdədir ki, Ağdam yolunun açılması onları Bakıdan asılı vəziyyətə salacaq, onların müstəqilliyinə faktiki olaraq son qoyacaq. Ona görə də bu məsələdə Ermənistan və Rusiya Qarabağ ermənilərinə xüsusi inadkarlıqla dəstək verirlər. Çünki Qarabağ ermənilərinin müstəqilliyinə son qoyulması onların maraqlarına ziddir.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin son bəyanatı (Aİ Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə alır. Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır) fikri Qarabağdakı erməni separatizminə yenidən qol-qanad verdi. Təbii ki, belə bir bəyanatdan sonra ermənilər geri çəkilməyəcəklər.
Dünənki yazımda qeyd etmişdim ki, Cozep Borelin bəyanatı anti-azərbaycan xarakteri daşıyır. Ancaq Avropada Azərbaycanın dostları da var. Avropa Şurasının prezidenti Şarl Mişel Brüsseldəki sonucu Əliyev-Paşinyan görüşünü şərh edərkən Ağdam yolundan danışdı. Ancaq laçın dəhlizinin adını belə çəkmədi. Bu da Ermənistanda ciddi narazılıqla qarşılandı.
Aİ-da Azərbaycanın dostu yalnız Şarl Mişeldirmi? Yox. Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen də bu sırada yer alır. Məhz o, Azərbaycanı Aİ-nın "əsas enerji tərəfdaşı" adlandırıb. Bu möhtərəm xanım elə ötən il Bakıda olub. Azərbaycandan Aİ-na göndəriləcək qazın həcminin iki dəfə artırılması ilə bağlı sənəd imzalayıb.
Avropa Parlamentinin müdafiə komitəsinin sədri Nathalie Loiseau deyib ki, Aİ narahatlığını dilə gətirməklə kifayətlənməməli və “nifrət xarakterli nitq və qanunsuz qərarlara görə məsuliyyət daşıyan” Azərbaycan rəsmilərinə “məqsədli sanksiyalar” tətbiq etməlidir. Aİ vasitəçi statusunu müdafiə etməlidir. Elan etdiyi dəyərlərin müdafiəsinə qalxmalıdır.
Onun sözlərinə görə, həm də Aİ-nın Bakı ilə enerji əlaqələri onun təsir rıçaqlarını zəiflətməməlidir, çünki “ticarət münasibətlərində hər iki tərəfdaş asılıdır”.
İlham Əliyev erməni separatçılarını “it kimi qovmaqla” hədələyib və Bakı bundan əvvəl bölgəyə dezinfeksiyaedici maddə çiləyən bir işçinin təsviri olan xatirə poçt markası buraxıb...
Bununla belə, Parlamentin enerji komitəsində oturan fransalı deputat Fransua-Xavier Bellaminin sözlərinə görə, hazırda Brüsseldə Azərbaycana qarşı daha əsaslı bir şey etmək üçün sadəcə siyasi iradə yoxdur.
“Bu, Parlamentin Komissiyaya qarşı davasına çevrilir. Biz suallar verdik, müzakirələr apardıq və indi parlament Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarlı mövqeyi dəstəkləməyə səs verdi”, - deyə, o, bildirib: "Ancaq Komissiya bizə qulaq asmasa, başqa nə edə bilərik?"
Sözügedən məqalənin bu hissəsinə xüsusi diqqət etmək lazımdır. Dünənki yazımda mən də Aİ-də fərqli tərəflərin Ermənistan-Azərbaycan münaqişəsinə fərqli prizmalardan baxdığını vurğulamışdım: “Avropa Parlamentinin daha güclü normativ mövqe nümayiş etdirməsi ilə Aİ-nin müxtəlif hissələri arasında mesajlaşmada bəzi fərqliliklər görürük", o, deyir.
“Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə daha çox məşğul olan hissələri mənfi təsirlərdən daha çox müsbət stimullara arxalanmağa meyllidirlər”. Bu isə o deməkdir ki, Avropa Parlamenti və Avropa İttifaqı eyni məsələyə fərqli yanaşır. Şübhəsiz ki, Ermənistan və Azərbaycan rəhbərliyi də bu fərqi yaxşı bilir. Hər iki tərəf bu fərqdən öz xeyrinə yararlanmağa çalışır. Bu da təbiidir.
Məqalənin sonu rəsmi Bakıya da, rəsmi İrəvana da çox şey deyir. Belə ki, “POLITICO”-nun jurnalistinə Şarl Mişelin mətbuat katibin Aİ-nin artan humanitar fəlakətə (Qarabağda) reaksiyasını sürətləndirməli olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib. Bildirib ki, iki həftə əvvəl dərc edilmiş press-relizdə yay tətilindən sonra planlaşdırılan intensiv danışıqların təfərrüatından bəhs olunur.
"Bu, sizin sualınıza cavab sayıla bilər", mətbuat katibi deyib.
Bir məqama da toxunmaqda fayda var. Aİ-nin və ABŞ-ın Qarabağ məsələsinə baxışı ilə Rusiyanın baxışı ciddi şəkildə fərqlənir. Aİ və ABŞ yaxşı başa düşür ki, Laçın yolunun açılması erməni separatizminin, ən əsası isə Rusiyanın əl-qolunu açacaq. Bu isə o deməkdir ki, erməni separatçıları 2025-ci ildə Rusiya qoşunlarının Qarabağda qalması üçün daha həyasız aksiyaya başlaya bilərlər. Bu isə Qərbin maraqlarına ziddir. Ona görə də əminliklə demək olar ki, Qərb Laçın yolunun dəhliz statusunda açılması ilə bağlı səs-küy salsa da, ondan uzağa getməyəcək. Söhbət açdığımız məqalədə də bu meyl aydın şəkildə görünür...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi