Rusiya dünya müharibəsi aparacaq macalda və təpərdə deyil...
10-07-2023 [09:11]
Şahin CƏFƏRLİ
****
ABŞ Ukraynaya kaset mərmiləri göndərir.
Kaset tipli 1 artilleriya mərmisi içində 72 kiçik bomba daşımaqla adi mərmidən 5 dəfə çox təsir dairəsinə malikdir.
2010-cu ildə kaset bombalarının qadağan olunması ilə bağlı Konvensiya qüvvəyə minib. ABŞ, Rusiya və Ukrayna (eləcə də Çin, İsrail, Hindistan, Pakistan, C.Koreya, Braziliya) bu sənədə qoşulmayıb.
Bu tip sursatlatın problemi budur ki, az qismi (2-6% arası) partlamamış qalır və həmin ərazi minalanmış sahə kimi olur. (Pentaqondan bildiriblər ki, Ukraynaya göndəriləcək mərmilərdə bu problem ən minimal səviyyədədir.)
Lakin Ukraynada döyüş gedən ərazilər onsuz da kifayət qədər minalanıb və bunların sayının bir az da artması vəziyyəti dəyişmir. Əvəzində kaset mərmiləri Rusiyanın canlı qüvvəsini və hərbi texnikasını daha sürətlə və böyük miqyasda utilizasiya etməyə imkan verəcək.
ABŞ-da ATACMS ballistik raketlərinin Ukraynaya verilməsi barədə də qurumlararası razılıq əldə olunub və qərar Baydenin imzasına qalıb. (F-16-lar isə belə görünür ki, ən tez gələn ilin əvvəli veriləcək.)
Təəssüf doğuran hal budur ki, effektiv silahlar Ukraynaya gecikmə ilə verilir. Məsələn, kaset mərmiləri, ATACMS və F-16-lar hazırkı hücum əməliyyatına çatdırılsaydı, nəticə daha tez və daha az itki ilə əldə olunacaqdı. Ukrayna ordusu bu gün aviasiya dəstəyi olmadan hücum etmək məcburiyyətindədir, bu isə irəliləyişin çətinliklə və piyada qüvvələrinin ciddi itkiləri hesabına əldə olunmasına gətirib çıxarır.
Hələ də ABŞ-da (ümumən Qərbdə) Ukraynaya güclü hərbi dəstəyin guya eskalasiyaya, hətta 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini düşünən adamlar, yaxud bu yöndə ictimai rəy yaradan "faydalı idiot"lar var. Halbuki Rusiyanın dünya müharibəsi aparacaq macalda və təpərdə olmadığı ortadadır. Həmin idiotlar NATO zirvəsi öncəsi xüsusilə fəallaşıblar və ABŞ-ın nüfuzlu media orqanlarında Ukraynanın NATO üzvlüyü əleyhinə fəal təbliğat aparırlar.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi