Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-05-2023 [00:02]
Qoç - yeni işə başlamaq üçün çox münasib zamandır. Əvvəlki təcrübənizi nəzərə alaraq görüləcək işlərin mənfi və müsbət yönlərini dəyərləndirin. Hazırlıq günün ilk yarısında başa çatmalıdır. Günün ikinci yarısında real işlərlə məşğul olun. Nəticələr effektiv olacaq.
Mənəvi dəstəyə və ya yaxın ətrafınızdakı insanların yardımlarına ehtiyacınız var. Yardım üçün ailə üzvlərinə yox, sınanmış və köhnə dostlara üz tutun. Belədə addımlarla qərarlarınızın motivlərini daha asan açıqlamaq olar. Eqoist davranmayın. Yanınızdakı insanların sözlərinə rəğmən, irəliyə doğru hərəkəti davam etdirin.
Öküz - bəxtinizin gətirmədiyini düşünməyin. Gərəkli nəticələrə nail olmaq üçü çox çalışmalısınız. Səylərinizin məhsuldar olması üçün tənbəllik etməyin, süst davranmayın.
Günün ikinci yarısında daha aktiv olun. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Axşam saatları idmanla məşğul olmaq gərəkdir.
Əkizlər - günün ilk yarısı peşəkar fəaliyyət müstəvisində yeni imkanlar yaranacaq. Yaxın vaxtlarda məqsədinizi bəlirləməyibsinizsə, maraqlı ideyalar formalaşa bilər. Ailə üzvləri ilə təmaslarda və şəxsi münasibətlərdə sayıq olun. Yaxınlarınızın niyyətləri ilə istəklərindən xəbərdar olun.
Günün ikinci yarısında ehtiyatlı davranın. Bədxahlarla rəqiblər sizi tələyə salmaq istəyirlər. Yaxşı tanımadığınız insanlara inanmayın. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - fəaliyyət üçün pis gün deyil. Məlumat toplayın, informasiya bazasını gücləndirin, dünyagörüşünüzü artırın. Səbatlı və möhkəm işgüzar əlaqələr formalaşacaq. İş yerini dəyişmək barədə düşünməyə və ya müstəqil kommersiya fəaliyyətinə başlamaqla bağlı fikirləşməyə dəyər.
Yaşam təcrübəsi və biliklərinə böyük sayğı bəslədiyiniz insanlar günün ikinci yarısında dediklərinizi diqqətlə dinləyəcəcəklər. Saatlar keçdikcə səbəbsiz, mənasız narahatlıq, nigaranlıq yarana bilər. Belə durum diqqətinizi cəmləməyə, situasiyanı anlamağa, dürüst davranış modelini seçməyə mane olacaq. Emosiyaların qurbanı olmayın. Sevdiyiniz insanı sevindirməyə çalışın.
Şir - günün ilk yarısında gərgin anlar yarana bilər. Çətinliklərə rəğmən, əlverişli gün olacaq. İşdə həmkarlarla kiçik anlaşılmazlıqları ürəyinizə salmayın. Dostlar və ya yaxınlarla münaqişələr, mübahisələr az sonra yaddan çıxacaq. Önəmli məsələlərlə bağlı yekun qərarı bir qədər ertələyin. Tələsməyin, əlverişli an hələ çatmayıb.
Günün ikinci yarısında maliyyə problemləri istisna deyil. Onlar yanlış qərarlarınızın sonuclarıdır. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarını özünüzə həsr edin.
Qız - cəsarətli və radikal planın həyata keçirilməsinə başlaya bilərsiniz. Genişmiqyaslı iş istiqamətində ilk addımlarınızı atın. Sizə sərfəli və gərəkli məsələlərlə məşğul olun. Çətinliklərin həlli üzdədir. Asan suallara cavab aramaq üçün baş sındırmağa dəyməz.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün əlverişlidir. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın. Qarşılıqlı anlaşma və harmoniya şəraitinə nail olun. Axşam saatlarında qonaq qəbul etmək, kiçik bayram təşkil etmək olar.
Tərəzi - günün ilk yarısı qəfil problemlərdən xali deyil. Maliyyə məsələləri qabaracaq, çətinliklər müşahidə olunacaq. Məsləhət almağa da etibarlı adam yoxdur. Bütün işləri müstəqil görməli olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt azdır.
Günün ikinci yarısında intuisiya güclü olacaq. Xoş sürprizlərlə qarşılaşa bilərsiniz. İntuisiyanız güclü olsun. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Faktiki olaraq çata bilməyəcəyiniz məqsəd yoxdur. Yaxın ətrafınızdakı insanların psixologiyasını anlamağa çalışın. Axşam saatlarında normal istirahət edin.
Əqrəb - işgüzar fəaliyyət baxımından əlverişli gündür. Yaranan çətinlikləri tez, sürətlə həll edin. Tapşırıqları effektiv çözün, danışıqları məntiqlə aparın. Maraqlı və gözlənilməz iş təklifi ala bilərsiniz. Sizə yeni perspektivlər vəd edən insanlarla tərəfdaşlığa başlayın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Problemlərin həllinə yaradıcı, qeyri-adi şəkildə yanaşın. Romantik təmaslarda həssas və qayğıkeş olun.
Oxatan - çətinliklərin sayı artır. Fəndgir və hiyləgər olun, sədləri aşmağın yollarını arayın. Nə qədər paradoksal olsa da, problemlər sizi daha da bərkidəcək. Uğura doğru irəliləyişinizi yaxın ətrafınızdakı insanlar diqqətlə izləyirlər. Paxıllıq edənlər az deyil. Amma sizə mane olmağa cəsarət göstərməyəcəklər. Günün ikinci yarısı məmurlar və nufuzlu şəxslərlə ünsiyyət üçün əlverişlidir. Evdə kiçik problemlər, yaxınlarınızla anlaşılmazlıqlar yarana bilər. Narahat olmayın, bütün bunlar müvəqqətidir. Qəfil romantik macəra istisna deyil. Hisslərin qurbanı olmayın.
Oğlaq - işdəki problemlərdən yayına bilməsəniz də, onların fəsadlarını minimuma endirə bilərsiniz. Nüfuzlu insandan dəstək almağa çalışın. Sözlərinizə müttəfiqlərinizlə yanaşı, bədxahlarınız da qulaq asacaqlar.
Əməkdaşlıq və ya tərəfdaşlıq müstəqil çalışmaqdan daha əfzəldir. Maliyyə məsələləri ilə bağlı qərar qəbul edərkən sayıq, ehtiyatlı olun. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısı şəxsi münasibətlər üçün sərfəlidir. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Dolça - işlər rəvan deyil, çətinliklər yaranır. Ağır situasiyadan çıxış yolu tapın. Başladığınız işi sona çatdırın. Cəsarətli və avantürist planı həyata keçirmək olar. Əsas məsələ tələsməməkdir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinə qulaq asmamaq da olar. İş və uzunmüddətli əməkdaşlıqla bağlı qərarları ertələyin.
Axşam saatları yaxınlarınız, romantik təmaslar və dostlarla görüş üçün əlverişlidir. Tənha qalsanız, bədbinləşəcəksiniz. Səhhətinizdə kiçik problemlər ola bilər.
Balıqlar - işdə həmkarlar və dostlarla münasibətlərinizi korlamayın. İşgüzar tərəfdaşlarla diqqətli davranın. Ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirin. Bilik və bacarıqlarınızı yaxınlarınızdan əsirgəməyin. Yeni tapşırıq, sifariş və ya öhdəlikləri vaxtında yerinə yetirin.
Günün ikinci yarısı yeni məlumatlar əldə edəcəksiniz. Çətinliklər istisna deyil. Problemlərin əksəriyyəti maliyyə məsələləri ilə bağlıdır. Pulsuz qalmamaq üçün xərcləri azaldın. Emosional fon stabildir. Əhvalınız gün ərzində yaxşı olacaq.
Milli.Az
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə