Sabahın hava proqnozu açıqlandı

img

29-05-2023 [12:36]


Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti, atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR