Deputata qarşı sui-qəsd... - Elxan Şükürlü yazır
29-03-2023 [11:31]
Elxan Şükürlü
Ədalət Partiyasının sədr müavini
***
BQP sədri, Milli Məclisin deputatı, dəyərli maarifçi ziyalımız Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsddə əsas məqsədin onun öldürülməsi olduğu açıq-aydın görünür.
Deməli, bu terroru təşkil edənlərin hədəfi Fazil bəyin qətli üzərində hansısa ssenariləri həyata keçirmək, onun şəxsiyyətinə və düşüncələrinə diqqət çəkmək və məhz bu dalğa üzərində böyük bir fitnə çıxarmaq, qarşıdurma yaratmaq və nəticə əldə etmək olub. Yalnız Allahın möcüzəsi Fazil bəyi də, ölkəmizi də bu məkrli qüvvələrin növbəti qanlı tələsinə düşməkdən xilas edib...
Bizim hüquq-mühafizə orqanlarımızın işinə qətiyyən müdaxilə etmək niyyətimiz yoxdur, ancaq dünən gecədən sosial şəbəkələr üzərindən bu hadisəyə verilən reaksiyaların təhlilindən gəldiyimiz ilkin qənaət budur ki, Fazil bəyə qarşı təşkil edilən sui-qəsdlə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən basqın arasında qəribə bir paralellik, oxşarlıq mövcuddur və hər iki olayda kiberməkandan istifadə və kiberməkana hesablanmış fəaliyyətlər var. Mümkündür ki, hər iki hadisədə sifarişçi elə eyni mərkəzdir: birincidən gərəkli nəticə alınmadığından, ikincisinə keçilib.
...1970-ci illərin sonları 1980-ci illərin əvvəlləri Böyük Britaniyanın “Mİ6” kəşfiyyat xidmətinin zabiti, islamşünas alim Bernard Lyuis ABŞ prezidenti Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinskiyə tövsiyə etmişdi ki, bütövlükdə Cənubi və Mərkəzi Asiyada sabitliyi pozmaq üçün bu coğrafiyada islam fundamentalizmindən istifadə etmək, ənənəvi məzhəb qarşıdurmasından yararlanmaq gərəkdir. Çünki bu coğrafiyada yaşayan xalqların dəyişməz genetik kodu İslamdır...
Təəssüf ki, indi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağı olan Azərbaycanımızı da hansısa qüvvələr addım-addım məzhəb qarşıdurmalarının yeni poliqonuna çevirməyə çalışırlar. Allah Azərbaycanımızı qorusun!
Qardaşımız Fazil bəyə Allahdan şəfa diləyir, onun gözəl ailəsinə “Keçmiş olsun!” deyirik. Görünür, Allah Fazil bəyi Zülfiyyə bacımızın namazdakı dualarına və Duru balamızın tükənməz ata sevgisinə bağışlayıb!
Fazil bəyin bu fotosunu (aşağıda verilib-Mia.az) kəndimizdə - gözəl Kolanımızda çəkmişdim. Dini məsələlərlə bağlı müzakirələrimizdə onu ehtiyatlı olmağa çağırır, hansısa üçüncü qüvvələrin bundan istifadə edə biləcəyini həmişə vurğulayırdım.
Qorxduğumuz başımıza gəldi...
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi