27-04-2014 [22:52]
Cenevrə anlaşmasından sonra Ukraynanın Cənub və Şərq vilayətlərində vəziyyət daha da gərginləşib. Buna səbəb həm də rəsmi Kiyevin separatçılara qarşı dözümlü siyasət kursundan imtina edib, antiterror əməliyyatlarına başlamasıdır.
Cenevrə danışıqlarının tərəflərindən biri olan Rusiya rəsmi Kiyevin bu addımını hökumətin öz xalqına qarşı cinayəti sayır və Ukraynaya hərbi müdaxilə edə biləcəyi haqqında bəyanat verir. Artıq Rusiya ordusu Ukrayna ilə sərhəddə hərbi təlimlərə də başlayıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə yaranmış vəziyyəti 2008-ci ildə Cənubi Osetiyadakı vəziyyətə bənzədib. Lavrovun bu müqayisəsi Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etdiyi kimi, indi də Ukraynaya hərbi müdaxilə edə biləcəyinin anonsu sayılır.
Cenevrə anlaşmasının digər iştirakçıları - ABŞ və Avropa Birliyi Rusiyadan fərqli olaraq, rəsmi Kiyevin an-titerror əməliyyatlarını qanuni hesab edirlər. Vaşinqton və Brüsselin bu mövqeyi isə Moskvada ciddi na-razılıq doğurub və Rusiya Ukraynada baş verənlərə görə ABŞ-ı ittiham etməyə başlayıb.
Moskvada düşünürlər ki, rəsmi Kiyevin antiterror əməliyyatının planı Mərkəzi Kəşfiyyat İdarəsinin (M-Kİ) rəhbəri Con Brennanın aprelin 13-də Ukraynaya gizli səfəri zamanı hazırlanıb. Rusiyanın söz sahibləri qeyri-rəsmi şəkildə iddia edirlər ki, antiterror planı MKİ-nin direktevləri əsasındadır.
Rəsmi Kiyevin antiterror əməliyyatlarına ABŞ-ın vitse-prezidenti Co Baydenin Ukraynaya səfərindən sonra başlaması isə Moskvada yeni ittihamlar meydana çıxarıb - proses Vaşinqtondan idarə olunur!
Rusiya tərəfinin bu ittihamlarının doğru olub-olmadığını birmənalı şəkildə söyləmək mümkün deyil. An-caq ABŞ-ın Ukraynanı birmənalı dəstəkləməsi göz önündədir. İstər MKİ rəhbəri Con Bernnanın, istərsə də vitse-prezident Co Baydenin Kiyevə səfərləri ABŞ-ın Ukraynaya birmənalı dəstəyi kimi qəbul olunur.
ABŞ-ın Rusiyaya qarşı böyük planı
Vaşinqton Kiyevə ən yüksək nümayəndələrini göndərməklə işini bitmiş saymır. ABŞ tərəfi həm də rəsmi Moskvaya qarşı yaratmağa çalışdığı yeni blokun yalnız ЌATO dövlətlərindən ibarət olmasını istəmir. Belə görünür ki, Vaşinqton bu dəfə Moskvaya qarşı tarixin ən böyük birliyini yaratmaq fikrindədir. Belə ki, Vaşinqton yeni bloka ЌATO və Avropa Birliyi ilə yanaşı, Yaponiya başda olmaqla, Uzaq Şərqin bir çox dövlətlərini də cəlb etməyə çalışır.
ABŞ prezidenti Barak Obamanın Tokioya səfəri zamanı Yaponiyanın baş naziri Sindzo Abenin Rusiyanın hərəkətlərini sərt şəkildə tənqid etməsi rəsmi Tokionun Moskvaya qarşı formalaşmaqda olan blokda yer almağa hazır olduğunu göstərir.
Vaşinqtonun Moskvaya qarşı çox böyük blok qurmağa çalışmasına baxmayaraq, Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı azalmır. Cenevrə anlaşmasının imzalanması ilə müharibə ehtimalı azalsa da, son günlər artan gərginlik dünyanı yenidən müharibə həddinə gətirib.
Putinin şovinizmi dünyaya fəlakət vəd edir
Rusiya prezidentinin keçmiş müşaviri Andrey İllarionov hələ Krımın ilhaqından sonra bəyan etmişdi ki, Putin bu yarımada ilə kifayətlənməyəcək. O zaman keçmiş müşavirin bu sözləri ciddi qəbul olunmurdu və dünya hələ də sərhədlərin güc yolu dəyişdirilməsinin mümkünlüyünə şübhə edirdi. Ancaq son günlər bu şübhələr azalmaqdadır. Belə görünür ki, keçmiş müşavir Rusiya prezidentinin xarakterinə yaxşı bələd olduğundan, daha doğru fikir səsləndirib.
Putinin Krımla kifayətlənməyəcəyi və Ukraynanın ən azı bir hissəsini də Rusiyaya birləşdirməyə çalışacağını düşünən yalnız Andrey İllarionov deyil. Rusiya Dövlət Dumasının üzvü İlya Ponomaryev də hesab edir ki, Putin Krımı ilhaq etməklə geriyə dönüşü olmayan yola qədəm qoyub. Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs vermiş yeganə deputat olan İlya Ponomaryevin fikrincə, Putin istəsə belə, artıq geri çəkilə bilməz. Demək olar ki, Putin özünün yaratdığı vəziyyətin girovuna çevrilib və geri çəkilsə, onun hakimiyyətinə təhlükə yaranacaq.
ABŞ xarici siyasətinin formalaşmasına təsir edən azsaylı şəxslərdən biri olan Zbiqnev Bjezinski də hesab edir ki, Putinin şovinizmi dünyaya fəlakət vəd edir.
Üçüncü Dünya müharibəsi təhlükəsi yaranıb
Rusiyanın müharibəyə başlamaq niyyətində olduğunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk da bəyan edib. Bir neçə gün öncəyə kimi Ukrayna hökumətinin başçısı Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsinin mümkün görünmədiyini söyləyirdi. Lakin Rusiyanın Ukrayna ilə sərhəddə çoxlu sayda hərbi texnika və əsgər cəmləşdirməsi, eyni zamanda Moskvadan səslənən bəyanatlar Yatsenyuku mövqeyini dəyişmək məcburiyyətində qoyub. Aprelin 24-də Ukrayna hökumətinin iclasında baş nazir bəyan edib ki, bəşəriyyət İkinci Dünya müharibəsini unutmayıb, Rusiya isə artıq Üçüncü Dünya müharibəsinə başlamaq niyyətindədir.
Ukraynanın BMT-dəki nümayəndəsi Yuri Sergeyev isə, Rusiyanın onun ölkəsinin sərhədinə onminlərlə əsgər, çoxlu sayda hərbi texnika və "Qrad" qruğuları cəmləşdirməsi ilə bağlı həyəcan təbili çalıb. Sergeyev bəyan edib ki, texnikanın üzərinə "Sülhməramlı missiya" sözləri yazılıb. Görünür, Rusiya Ukraynaya hərbi müdaxiləsini məhz bu cür qələmə verməyə çalışır. Ekspertlərin fikrincə, artıq elə vəziyyət yaranıb ki, Putinin geriyə addım atması mümkünsüzdür və belə bir vəziyyətin yaranması müharibə ehtimalını artırır.
Rusiya Hitler Almaniyasının taleyini yaşaya bilər
Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının artması Vaşinqtondan səslənən bəyanatları da sərtləşdirir. ABŞ rəsmiləri bəyan edir ki, əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, bu, ona baha başa gələcək.
Bu ifadə ilə ABŞ rəsmilərinin nəyə işarə etdiyini dəqiq söyləmək mümkün olmasa da, artıq Rusiyada bə-zi şəxslər həyəcan təbili çalmağa başlayıblar. Məsələn, "Exo Moskva" radiosunun baş redaktoru Aleksey Venediktov hesab edir ki, Almaniyanın 1933-cü ildə seçdiyi yolu seçənlər 1945-ci ildə faşist Almaniyasının başına gələnlərə də hazır olmalıdırlar. Venediktovun fikrincə, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, müharibənin sonunda Rusiyanın özü dağılacaq.
Alksey Venediktovla həmrəy olanlar çox olsa da, bu gün Putinin iradəsinə qarşı açıq şəkildə çıxmaq gü-cündə olan çox az adam var. Xüsusilə də, Rusiyada indi hökm sürən əhval-ruhiyə fərqli fikir söyləməyi çətinləşdirir. Ancaq bununla belə, bir çoxları hesab edir ki, Ukraynaya hərbi müdaxilə Rusiyaya həqiqə-tən də çox baha başa gələ bilər. Buna görə də onlar ehtiyatlı şəkildə müharibənin əleyhinə çıxırlar.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ukaynaya hərbi müdaxilənin yolverilməz oldu-ğunu, belə hadisənin baş verə biləcəyini düşünmək belə istəmədiyini bəyan edib. Rusiyanın siyasi dairələrində ən nüfuzlu şəxslərdən olan V.Matviyenko bəyan edib ki, Ukraynada ya-ranmış böhranı ancaq danışıqlar yolu ilə aradan qaldırmaq olar. Putinin ən yaxın adamlarından olan Matviyenkonun bu mövqeyi Rusiyanın hakim dairlərində hələ də soyuq başla düşünə bilən insanların qalmasından xəbər verir.
Digər tərəfdən, Rusiya iqtisadiyyatının durğunluq dövrünə qədəm qoyması artıq rəsmilər tərəfindən də etiraf olunur. Qərbin ağır sanksiyalarının qısa müddətdə dağıdıcı ola biləcəyini hesablayanlar az deyil. Hətta Putinin bəzi rəqibləri də Qərbi belə kəskin addıma əl atmamağa çağırırlar. Onların fikrincə, Qərbin anonsunu verdiyi sanksiyalar tətbiq olunsa, Rusiya iqtisadiyyatı tamamilə çökəcək və bu, ölkədə xaosa səbəb olacaq.
"Hərbi-vətənpərvərlik xəstəliyi"nə tutulmayan şəxslər başa düşürlər ki, Ukraynaya hərbi müdaxilə digər postsovet respublikalarını qorxudacaq və onlar Qərbə üz tutacaqlar. Eyni zamanda Rusiyadan gələn təhlükə qorxusu onları Moskvaya qarşı bir cəbhədə birləşdirə bilər.
Artıq Moldovanın da Ukrayna ilə birgə Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq haqqında razılığa gəldiyi bildirilir. Rusiyadan gələn təhlükə artdıqca bu birliyə digər postsovet respublikalarının da qoşulması mümkündür. Rusiyanın isə eyni vaxtda bütün qonşuları ilə müharibə aparmaq gücü yoxdur. Bu həqiqətlər hamıya bəlli olsa da, Rusiya prezidenti Ukraynaya hərbi müdaxilə etməkdə çox israrlı gö-rünür. Əgər Putin belə bir addım atarsa, Rusiya həqiqətən Hitler Almaniyasının taleyini yaşaya bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi