Əliyevin Laçında verdiyi delimitasiya mesajı... - Ekspertdən izahat
22-09-2022 [12:34]
Asif Nərmanlı
***
Laçının mərkəzində Azərbaycan bayrağını qaldıran Əliyev diqqətçəkən məqamlara da toxundu. Bu, həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir.
- Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib;
Əliyev elan etdi ki, delimitasiya aparılmadığı müddətdə sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz: bu, həm xaricdən, həm daxildən səslənən “Azərbaycan Ermənistana təcavüz edib” iddiasına cavab olmaqla yanaşı, problemin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğu da deməkdir;
Delimitasiya hansı xəritələrlə aparılacaq?
Əliyev rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir.
Burada diqqətçən məqam “SSRİ dövrünün” yox, məhz “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” ifaadəsidir: bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir;
Bu gedişin iki mümkün səbəbi var:
1. Hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq: Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər;
1. Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır;
Sentyabr əməliyyatının nəticəsi
Əliyevin çıxışı əməliyyatda üç nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir.
Birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub: bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır;
İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir: Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə biləcək;
Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır;
Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi:
- Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb;
- Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır;
Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın.
Əliyevin fikirləri Ermənistan üçün “yol xəritəsi” də hesab edilə bilər: 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır; Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır; Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur;
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi