Rəqəmsal maliyyə" dərs kitabı haqqında
12-09-2022 [13:58]
Saleh Məmmədov,
Professor, sabiq maliyyə naziri
***
Uzun müddətdir ki, yeni dərs kitabı - "RƏQƏMSAL MALİYYƏ" üzərində çalışırdıq. Nəhayət, bu gün son çalışmaları başa vurduq, nəşriyyata təqdim etmək üçün tam hazır vəziyyətə gətirdik.
Bu kitab mənim bir il əvvəl dərc etdirdiyim "Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi" kitabının davamı olaraq qiymətləndirilə bilər.
Kitabda Maliyyənin təşkili, idarə edilməsi və planlaşdırılması prinsipləri çağdaş elmi-rəqəmsal təşkil mövqeyindən təhlil edilmiş, həm dövlət, həm də bununla əlaqədar özəl (sahibkarlıq) maliyyə işinin müxtəlif yönləri, beynəlxalq və regional maliyyə münasibətləri geniş işıqlandırılmışdır. Sosializm düşərgəsi ölkələrindəki (SDÖ) maliyyə elmi Qərbdəki maliyyə elmindən xeyli fərqlənir. Müəlliflər dünyanın bir çox bölgələrindəki iş təcrübəsindən bəhrələnərək həmin iri regionlarda istifadə olunan maliyyə terminlərinin və maliyyə işinin öyrənilməsi prinsiplərinin müvafiq ortaq məxrəcini tapmağa çalışmışdır. Əsərdə SDÖ və Qərb maliyyələri nəzəri və praktik cəhətdən ümumiləşdirilmiş, müasir rəqəmsallaşma şəraitində həmin regionlarda fəaliyyət göstərən rəqəmsal maliyyənin bütün aspektləri və istiqamətləri nəzərdən keçirilmişdir. Tədqiqat obyekti kimi bütün dünya iqtisadiyyatı, o sıradan hazırda rəqəmsal keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatı seçilmişdir. Keçid dövru maliyyə sisteminin rəqəmsallaşmasına, maliyyə elminin klassik hümanitar elmi konteksindən çıxıb maliyyə mühəndisliyinə və maliyyə texnologiyaları sisteminə keçməsinə, bu elmin süni intellect, maliyyə data sayəns, maşın lörninq, neyron şəbəkələri metodları ilə öyrənilməsinə, müasir texnologiyalar əsasında maliyyə münasibətlərinin və maliyyə bazarının qloballaşmasına xüsusi diqqət yetirilmişdir.
Kitab, əsasən, bakalavr, magistr və doktorluq tələbələri və müəllimlər üçün nəzərdə tutulsa da, o, bütövlükdə SDÖ və Qərb mütəxəssislərinə də faydalı ola bilər: buradakı problemlər ilk dəfə olaraq dünya maliyyə elmi nəzəriyyəsindəki və təcrübəsindəki iki əsas formanın – klassik və rəqəmsal idarə etmə sisteminin vəhdəti şəklində nəzərdən keçirilmişdir.
Bu dərs kitabını fərqləndirən xüsusiyyətlər:
1. Əvvəla, dünya miqyasında Rəqəmsal maliyyə (Digital finance) adında hazırlanan ilk universal dərs vəsaitidir. Dünya miqyasında bu elmə həsr olunan monoqrafiya, məqalə, təhlil çoxdur, amma, dərs vəsaiti kimi tam yenidir, Azərbaycanda isə birinci dərc olunan elmi materialdır.
2. Bu əsər hazırda da çalışdığım üç universitetin kollektivinin köməyi və fəal iştirakı ilə hazırlanmışdır. BMU, UNEC və ADAU. Hər üç universitet ciddi proqressdədir, yəni sürətli inkişafdadır. 32 min dünya universitetlərinin reytinq cədvəlində son iki ildə BMU 10 min universiteti geridə buraxmışdır və respublika üzrə 7-ci yerə qalxmışdır. UNEC 3 min universiteti geridə buraxmış və respublika üzrə ikinci yerə çıxmısdir. Proqnozlar göstərir ki, yeni ilə birinci yerə çıxacaq ADAU həmçinin 2000 universiteti geridə buraxmışdır. Kollektiv çalışmalar elmdə daha böyük effekt verir.
3. Dərsliyin işlənilməsinə dünya miqyasında ilk dəfə olaraq köməkçi müəllif kimi tələbələr cəlb olunmuşdur. Yuxarıda göstərilən bütün üç universitetdən mənim ən istedadlı tələbələrim kitabın hazırlanmasında iştirak etmişdilər. Məsələ burasındadır ki, dərsliyin ən böyük müştərisi, yəni, istifadəçisi tələbələrdir. Məhz onlar daha yaxşı başa düşür, dərsliyin necə olmasını onlar daha yaxşı dərk edir.
4. Kitabda qoyulan məsələlər problem xarakterlidir və problem mühazirələr üçün yaxşı vəsaitdir. Azərbaycanda baş verən son 35 ilin üç keçid (bazar iqtisadiyyatına keçid, əyalət iqtisadiyyatından müstəqil dövlət idarəçiliyinə keçid və hazırkı rəqəmsal keçid) vəhdətdə və qarşılıqlı əlaqədə təhlil olunmuş, problemlər aşkarlanmış və həlli yolları göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq bir çox elmlərin, o cümlədən, Finansallaşma (Finacialisation) Maliyyə mühəndisliyi, Maliyyə texnologiyaları (Fintech), Maliyyə data elmi (Financial data science), Neyrofinancenet, Maşın lörninq, Kriptovalyutalar, Rəqəmsal manat, Rəqəmsal pul dövriyyəsi, Özəl valyutalar və s., geniş izahatı verilmiş, ölkəmizdə tətbiqi öyrənilmişdir, dünya miqyasında ilk dəfə olaraq kosmosun, başqa planetlərin maddi və maliyyə resurslarını da əhatə edən "Kainat maliyyəsinin" əsasları verilmiş, bu universal elmin daha geniş miqyasda tədqiqi zəruriyyəti göstərilmişdir.
Bu özəl xüsusiyyətlər göstərilən dərs vəsaitinin yüksək səviyyədə alınmasına xeyli kömək etmişdir.
Kitab planlaşdırdığımıza görə bu ayın sonuna oxucuların istifadəsinə veriləcək.
Mia.az
Qəzzada ölənlərin sayı 34 min 943-ə yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTOLAR
Prezident və birinci xanım Mamayı məscidinin açılışında - FOTOLAR
Taylandda qızmar hava: 61 nəfər ölüb
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
Ceyhun Bayramov Qazaxıstanda - XİN başçıları arasında 4 saatlıq görüş olub (FOTO) - YENİLƏNİB
Qırmızı bülletenlə axtarılan rusiyalı kriminal Antalyada tutulub
Türkiyədə Ali Məhkəmə sədrliyinə 36-cı dəfə seçki keçiriləcək - Namizədlərdən biri geri çəkilib
Prezident İlham Əliyev Qarabağ zonasında - Şuşanın ilk sakinləri ilə görüş + ÇIXIŞ (FOTOLAR) - Yenilənib
Bakı və Abşeronda hava şəraiti dəyişəcək
İstanbulda çörəyin qiyməti qalxıb - 31,25 faiz
Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi
Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Ali Koç cəzalandıırlıb
Deputat: "Növbədənkənar seçkilər olmaya da bilər" - "Partiya kimi namizəd kimi görəcəksə, o, seçkiyə gedəcək"
Sabunçu rayonunda əməliyyat: saxlanılan var
Koleclərə qeydiyyat başlayıb
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
Afrikanın daha bir ölkəsində epidemiya yayılır - 156 nəfər ölüb
“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
SABİQ REKTORA AĞIR CƏZA VERİLDİ: "O, məndən yazırdı..." - Qətl işi
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?
Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Azərbaycan nefti cüzi bahalaşıb
YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı
ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)
Dövlət qulluğuna imtahan keçiriləcək - Açıqlama
Belçikada telekanal "Eurovision"un yayımını kəsdi, İsraili qınadı: "Bu, bir həmrəylik aksiyasıdır"
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
Türkiyədə 7 polis saxlanılıb - “Qarson”un ifadəsi əsasında
YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
Saatlı Rayon Polis Şöbəsində daha bir dəyişiklik olub