Gərək adamın ADAMI olsun…
29-08-2022 [15:55]
Seymur VERDİZADƏ
***
İnkişaf etmiş ölkələrdə aciz, öz müstəqil işini qura bilməyən adamlar məmur olmağa, dövlət qurumlarında çalışmağa can atırlar. Çünki bacarıqlı insanlar ya öz bizneslərini qurur, ya da özəl sektorda yüksək məvacibi olan işdə çalışırlar. Siz deyin: yaxşı diş həkimi niyə 350 manat maaşla poliklinikada işləməlidir?
Başa düşürəm, bura Azərbaycandır. Bizim ölkəmzidə BDU-nun hüquq fakültəsini bitirən savadlı kadr hansısa savadsız vəkilin ofisində sənəd daşıyır, çoxdan arxivə göndərilmiş Beynəlxalq Universiteti sürünə-sürünə qurtaran, adını yaza bilməyən adam isə gömrükdə generaldır, səhər-axşam pul sayır.
Ona görə də azərbaycanlılar deyir ki, gərək adamın ADAMI olsun…
Bəs adamı olmayanlar necə, acından ölürlərmi? Doğrudanmı, yüksək vəzifədə işləyən atası, imkanlı əmisi, pullu dayısı olmayanların hamısı işsiz-gücsüz küçədə it döyür?
Bunu iddia etmək tısbağanın ceyrandan daha gözəl olduğunu iddia etməyə bənzər. Az-çox vicdanı olan adamlara belə müqayisə yaraşmaz…
Mən kasıb ailədən çıxmış yüzlərlə bacarıqlı, savadlı həkim, vəkil, müəllim, mühəndis, iqtisadçı tanıyıram. Düzdür, onlar sahib olduqları savada rəğmən gömrükdə general, FHN-də idarə rəisi, vergidə müfəttiş ola bilməyib. Amma tamamilə kənarda da qalmayıblar. Öz sahələrində uğur qazanaraq, dövlətinə və millətinə gömrük generalından, vergi müfəttişindən, FHN-nin şöbə müdirindən çox fayda verirlər.
Həkim tanıyıram ki, noyabr ayının 15-nə kimi növbəsi doludur.
Müəllim tanıyıram ki, hazırlaşdırdığı uşaqların ən azı 80 faizi qəbulda 30 sualdan 29-na düz cavab yazır.
Vəkil tanıyıram ki, 10 illik karyerası dövründə ən azı 20 bəraəti var.
Burda dayanaq. Dünən eşitmişəm ki, həmin vəkil hakim olmaq üçün imtahan verib. Hətta birinci mərhələdən də keçib. Yenə eşitdiyimə görə, ikinci mərhələdən də keçsə, Zərdaba hakim göndəriləcək…
Niyə belə olur? Niyə öz sahələrində həm uğur, həm də pul qazanan adamlar dövlət işlərində çalışmağa can atırlar. O vəkil yoldaş hakim mantiyasını geyinəndən sonra ayda 3000 manat maaş alacaq. Amma bildiyimə görə Bakıda adi boşanma işinə 1000 manata çıxır. Bunun oğurluğu, ölümü, baş kəsib ev yandırmağı var. Hər işin də öz qiyməti var…
Təəssüf ki, reallıqdan qaçmaq olmur. Razılaşmaya bilərsiniz. Amma məncə, Azərbaycanda insanların dövlət qurumlarında çalışmağa, yəni, məmur olmağa can atması daha çox şəxsi maraqlarını təmin etməyə hesablanıb. Dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda məmurlar daha yaxşı yaşayır. Hansı ki, Azərbaycanda məmurlar aşağı maaş alan təbəqə hesab olunur. Ortaya sual çıxır: əgər Azərbaycanda məmurlar az maaşı alırlarsa, hansı vəsaitlə yaxşı yaşayır, evə, villaya, bahalı maşınlara sahib olurlar? Məncə bu sualın cavabı hamıya məlumdur. Çünki əksər məmurlar dövlət resurslarından öz mənafeyi üçün gen-bol istifadə edir, büdcə vəsaitini talayır.
Buna görə də Azərbaycanda məmurlar müsbət imic sahibi olan təbəqə sayılmır. Onların acgözlüyü, pula hərisliyi cəmiyyəti haqlı olaraq hiddətləndirir. Hazırda Azərbaycan həbsxanalarında vaxtilə məmur olmuş yüzlərlə insanın cəza çəkməsi də bunu sübut edir.
Məncə, insanlar düzgün seçim etməlidir: Xalqına xidmət etmək istəyən adamlar məmur, var-dövlət, sərvət qazanmaq istəyənlər isə biznesmen olmalıdır.
“Dövlətin malı dəniz, yeməyən donuzdur” təfəkkürü ilə yaşayanlar bir gün mütləq o dənizdə boğulacaqlar…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi