Qorxulu adamlar...
18-08-2022 [11:21]
Nadir Qocabəyli,
***
Yenə məndən inciyənlər, sancmağa çalışanlar olacaq. Ancaq həqiqət hər şeydən yüksəkdir və kimsə haçansa onu səsləndirməlidir.
Porno videosu yayılan FHN polkovniki Zaur Həsənov sən demə öz rəisinin bacısı qızı ilə evli imiş. Yəni köməkçisi olduğu Yanğından Mühafizə İdarəsinin rəisi general Füzuli Əsədovyn dost-doğma bacısı qızı ilə. Bu sayədə 10 il ərzində polkovnik olub və yəqin ki, qaz vurub, qazan dolduraraq harınlayıb.
Füzuli də keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.
Əvvəliki yazılarımda da qeyd etdiyim kimi, belə tiplər xalqımız arasında itinə tökdür. Neçəsini şəxsən tanıyır, neçəsinə dəfələrlə rast gəlmişəm. Amma onu da bildirim ki, çoxunun aqibəti acınacaqlı olur.
Söhbət karyera, vəzifə, pul, şöhrət naminə ailə quranlardan, nəyin bahasına olursa-olsun vəzifəli, varlı adamla qohum olmağa çalışanlardan gedir. Xalqımızın bir çox nümayəndələri hələ də başa düşmür ki, bu dünyada heç nə havayı deyil, hər bir şeyin bədəli, yəni əvəzi var və türklər demişkən, davul da gərək dəngi dənginə olsun. Nəsə alırsansa, hökmən əvəzini ödəməlisən. Bundan qaçış yoxdur.
Hə, varlı qızı alacağam, onun hesabına vəzifəyə düzələcəyəm, rahat yaşayacaq və xoşbəxt olacağam. Bu cür düşünən gənclərlə bərabər, yaşlılar, valideynlər də çoxdur. Ancaq yenə deyirəm, anlamırlar ki, varlı qohumdan faydalanmağın özü belə asan məsələ deyil və çox zaman bunun ziyanı olur.
Gəncliyimdə şəxsən mənə də belə təkliflər olunub, buna imkan da olub, ancaq birmənalı imtina etmişəm. Bunu şəxsiyyətimə, kişiliyimə sığışdırmamışam. Necə yəni kiminsə qızıyla evlənəcək və bu sayədə kişi olacağam.
İlk baxışda ağılsızlıq kimi görünən bu hərəkət əslində özünü ağıllı sayanlar üçün böyük bir dərsdir. Xırda, cılız, merkantil, mikro ağıldan daha üstün olan geniş, dərin, uzaqgörən, makro ağıldır. Mikro ağıl sahibləri nə qədər bic olsalar da, nəticə etibarilə həmişə sadəlövh saydıqları makro düşünənlərə uduzurlar.
Tələbə vaxtı bir dostumuz vardı, qardaşı icra başçısının qızıyla evlənmişdi. Mən görməmişdim, amma deyilənə görə, qız gözəl deyildi. Yəni zahiri baxımdan ən azından oğlandan xeyli zəif sayılırdı.
Bəli, bu nikahdan sonra oğlan qısa müddət ərzində hüquq fakültəsinin tələbəsi oldu. Altında o zamanların brendi olan qəttəzə "06" şəhərdə o yan-bu yana şütüyür, qız tutur, onları "İnturist"də kirayələdiyi nömrədə qonaq edirdi.
Bir dəfə İnturistin qarşısında açıq havada çay içirdik. Gəlib maşını saxladı, şəstlə düşdü. Yanında oturan əndamlı fahişəni də düşürdü. Bizə heç salam da vermədi. Halbuki hamımızı tanıyırdı, hətta atamın işçisi olmuşdu. Qardaşını çağırıb, açarı uzatdı ki, maşını dayanacağa qoy. Sonra lovğa-lovğa, özünü ətrafa nümayiş etdirə-etdirə qadınla birlikdə hotelin qapısına sarı addımladı.
Qardaşı qayıdıb gələndə ona dedim ki, bizə niyə salam vermədi? Malaladı ki, yəqin tanımayıb...
Mən o vaxt da başa düşmədim, aradan 30 il keçdikdən sonra indi də başa düşmürəm: insan nə dərəcədə həyasız, nə dərəcədə vicdansız, şərəfsiz olmalıdır ki, qaynatanın pulu hesabına "bazlıqla" məşğul olsun. Hətta bu məqsədə çatmaq üçün plan qursun və onu həyata keçirsin. Sevmədiyi, xoşlamadığı qadınla evlənsin, məcburən onunla bir yastığa baş qoysun ki, atasının pulları hesabına karyera quracaq, qürrələnəcək, bahalı maşın sürəcək, fahişələri yemləyəcək və onlarla vaxt keçirəcək.
Mən bu adamların seksdən nəsə anladıqlarını da qəbul etmirəm. Çünki seks və sevgi bir-birindən ayrılmazdır, sevgisi olmayan adamın seksi nə olacaq. Bu adamın bircə amalı ola bilər: komplekslərinə qalib gəlmək, ətrafa nəsə nümayiş etdirmək və "bomba oğlan" olduğunu göstərmək.
Amma bir məsələ də var ki, ətrafda da ona göyərənlər az olmur. Yəni cəmiyyət onu qınamaq əvəzinə, qibtə edir.
Ancaq mənə görə, həm o adamlar, həm də cəmiyyət bədbəxt və xəstədirlər.
Təəssüflə qeyd etməliyəm ki, o oğlanın sonu yaxşı olmadı. Qudurğanlığına görə, allah onu cavan yaşında cəzalandırdı. Təxminən elə FHN-nin Zauru kimi. Sizi əmin edirəm ki, Zaurun da aqibəti daha acınacaqlı olacaq.
Başqa cür ola bilməz. İlahi bir ədalət var. Niyyətin hara, mənzilin də ora. Hesabla ailə quranları həmişə ağzı yanan, ən azından peşman görmüşəm. Ən yaxşı halda günləri arvad qaxıncıyla keçib: "Dədəmin hesabına kişi olmusan!" Bu cür izdivacların faciəylə bitəni də az olmur. Neçəsinə şahidəm.
Əlbəttə, hərənin öz seçimi var. Kimi bu dünyada başı dik, alnıaçıq gəzmək istəyir, kimi də qarnını zir-zibillə doldurub, artıq-urtuqla cütləşməyi, özünü arabayla, telefonla, daş divarla nümayiş etdirməyi kişilik sayır. Daha doğrusu, kişilik də saymır. Bu adamlar və onlara qibtə edənlər kişiliyə, halal zəhmətə, düzgün yaşamağa də ağız büzür, lağ edir, bir sözlə, özlərini oğraşlığa qoyurlar. Bir dəfə biri dedi ki, onsuz da hər şey torpağın altında çürüyəcək. Yəni namus da, qeyrət də, kişilik də, heysiyyət də...
Qorxulu adamlardır. Allah qorusun!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi