30-03-2014 [23:26]
Dünən kiçik bir xahiş üçün yaxın tanışıma, həm də həmkarıma zəng elədim. Qısası, bəri başdan bildirim ki, xahişimi canla-başla yerinə yetirdi. Zəngimə də çox sevindi. Sağ olsun. Təşəkkür edirəm.
Soruşdu ki, necəsən? Dedim, çox xoşbəxtəm.
Güldü uzun müddət. Kontur diliylə desəm, təxminən yüz əlli konturluq güldü. Elə nəsə demək istəyirdi ki, onu gülmək tuturdu. Dedim, a kişi, niyə gülürsən?
Zarafat etmirəm. Əsaslandıra bilərəm. Əvvəla, nəslimin seçilən nümayəndələrindən biriyəm. "Quqark" romanında əmim oğlu haqqında yazmışam. İyirmi il idi ki, görüşmürdük. Rusiyadan bir dostum gəlmişdi. Bu adamın taleyini və nə tip olduğunu ifadə etmək çətindir. Gərək, ən azı roman yazasan. Hind kinosu bu adamın həyatının yanında çox inandırıcı görünür. Məni çox istəyir. Çünki onun ən çətin vaxtlarında məktub yazıb təsəlli vermişəm, mənəvi dəstəyimi göstərmişəm. Bunu hər zaman yüksək qiymətləndirib və unut-mur. Biz tamam başqa-başqa dünyanın adamlarıyıq. Sifəti, boynu çapıq-çapıq. Başında dəri papaq, əy-nində "dublyonka". "Rusyət adamı" sözləri alnında yazılıb. Yatıb çıxıb. Özü də Rusiyada.əApardı məni res-torana. Oturduq bir az yedik, bir az içdik. Dedi ki, əmioğlun filankəs də burda qalır. İstəyirsən çağırım. Dedim, necə istəyirsən. Çağırdı. Görüşdük. Bir-birimizə diqqətlə baxdıq. Sifətimizdəki dəyişikliklər illərin keçməsini təsdiq edirdi. Bəli, həyat elə bu imiş. Adamların adını çəkdikdə "Allah rəhmət eləsin" deməyə məcbur olduq. Xeyli adamları, xeyli hadisələri xatırladıq. Əmioğlum dedi ki, sən savadlı uşaq idin, niyə savadının dalınca getmədin? Bunu deməklə o, hərbi məktəbi bitirməyimə bir ay qalmış məktəbi tərk etmə-yimə işarə vururdu. Bu hərəkətim bütün nəsli incitmişdi. Heç kim məni başa düşmürdü. Bütün hörmətimi itirmişdim. Adamlar məndən küsdülər. Heç kimin sözünə qulaq asmadım. Buna görə məni itirilmiş adam hesab etdilər. "Sən savadlı uşaq idin, niyə savadının dalınca getmədin",- deyən bu adamın xəbəri yoxdur ki, yeddi kitab müəllifiyəm. Hətta "Quqark" romanında onun özü haqqında belə yazmışam...
Hər zaman seçilmişəm. Orta məktəbdə. Hərbi məktəbdə. Hazırlıq kursunda. Universitetdə. Bunu qəsdən etməmişəm, belə alınıb. Bu, mənim naturamdır. 90-cı illərdə adamlar qapqara geyinəndə geyimimlə fərq-lənmişəm. Girirdim metroya, baxırdım ki, platforma qapqara adamlarla doludur. Onların arasında tutuquşu kimi görünürdüm. Çoxları məni azərbaycanlı hesab etmirdi. Elə bilirdilər türk-zadam. Ya da nəsə xarici-filan. Kafelərdə ofisiant türkcə danışanda qəsdən təmiz Azərbaycan dilində cavab verirdim. Marketdə tez-tez dalaşırdım. Satıcı qızlar rus dilində danışanda deyirdim: "Niyə mənimlə rus dilində danışırsız? Bəyəm bir balaca əyni-başı qaydasında olan adam mütləq rus dilində danışmalıdır?" Boş-bekarçılıq idi, bir az boşboğazlıq edirdim. Mövzu axtarırdım. Azərbaycan dilində menyu olmayanda administratorla, ofisantlar-la mədəni dildə xeyli danışıb iradlarımı bildirirdim. Bir sözlə, danlamağa adam axtarırdım. Bunun üçün də hər yerdə səbəb tapa bilirdim. Doqquz milyonluq xalqın arasında da seçilmişəm. Avtoşluq etmirəm, maşı-nıma at-eşşək səsi qoymamışam. Bacardığım qədər qaydalara riayət etməyə çalışıram. Elə adamlar var ki, onlar haqqında bir cümləlik standartənekroloq yazmaq olar, "50, 60 il yedi, içdi, yatdı, öldü". Çalışıram ki, belə bir aqibətdən uzaq olum. Həyatın elə məqamları var ki, insan əldə etdikləri ilə deyil, imtina etdikləri ilə böyüyür. İmkanım düşən qədər imtina etmişəm. Don Kixotun Sançoya dediyi sözlər daima qulaqlarımda səslənir: "Bu dünyada ən böyük xoşbəxtlik bir tikə çörəyi minnətsiz yeməkdir. Kimin ki, bir tikə minnət-siz çörəyi var, o dünyanın ən xoşbəxt insanıdır".
Bu bir tikə minnətsiz çörəyin içində hər şey var. Düz yol, sağlam istiqamət, halallıq, vicdan, paylaşmaq mədəniyyəti, mərhəmət... Adamların arasında alnıaçıq gəzmək istəyirəm. İstəmirəm kimsə üzümə baxanda utandığımdan başımı salım aşağı. Bəyəm bu xoşbəxtlik deyilmi? Əsas yolun və istiqamətin sağlam olma-sıdır. İnkişaf sonra baş verir. Bəzən keçmişdə etdiyim hərəkətlərimə görə əzab çəkirəm. Bunun da ən əsas səbəbi həssas olmağımdır. Bunun özü də vicdanın yerində olmasının göstəricisidir. Bəzən keçmişdə etdiyi günahlar insanı müqəddəsliyə aparır. Hər bir sivil insanın iztirabları bəşəri olmalıdır. Müşahidə qabi-liyyəti artdıqca, həyatı tanıdıqca kədərli mənzərələrin sayı da artır. Bu da ovqatımın tez-tez korlanmasına səbəb olur.
Bütün bunlara baxmayaraq, nə qədərə qəribə olsa da ətrafımdakı adamlar özümü xoşbəxt hiss etməyə məni zorla məcbur edirlər. Buna zorən xoşbəxtlik adı da vermək olar. Baxıram ki, adamlar bədbəxtdirlər. Bir-birlərinin ətini yeyirlər, bir-birlərinin qanını içirlər. Belə baxırsan ki, sifətdən adama oxşayır, amma bütün insani sifətini itirib. Göydəki Allahdan daha çox yerdəki balaca allahlardan qorxurlar. Ümumiyyətlə, bizim camaat dava-dalaş, mübahisə zamanı bir sözü təkrar etməyi çox xoşlayır: "Mən Allahdan başqa heç kim-dən qorxmuram". Kaş, onlar bu sözü deyərkən necə saxta göründüklərini biləydilər. Çünki sözün həqiqi mənasında onlar Allahdan başqa hamıdan və hər şeydən qorxurlar. Rəisdən, polisdən, müdirdən, direk-tordan, benzinin bahalaşmasından...
Baxıram onların böyütdüyü uşaqlara, özümü saxlamayıb üzlərinə deyirəm: "Belə övladın olmasındansa, ol-maması daha yaxşıdır". Beləcə, adamlarla danışmaq, ünsiyyətə girmək getdikcə çətinləşir. Çünki dilindən çıxan ən adi həqiqəti həzm edə bilmirlər. Təhqir olunmuş cəmiyyətdə yaşamaq çətindi. Ən pisi də odur ki, adamlar özləri də təhqir olunduqlarını, yaltaqlandıqlarını, alçaldıqlarını gözəl bilirlər. Məhz buna görə də ən adi bir həqiqətə dözümsüz yanaşırlar. İstəmirlər bu haqda kimsə danışsın. İstəmirlər rahatlıqları pozulsun.
Rəhmətlik Elçin Səlcuq deyirdi ki, elə adamlar var ki, dədələri onların əvəzinə bir lək soğan əksəydi daha yaxşı olardı. Belə adamlardan olmamağa çalışıram. İstəyirəm ki, heç olmasa, bir lək soğandan dəyərli olum. Baxıram ki, adamlar yaşaya bilmirlər. Ev tikə bilmirlər. Ölü basdıra bilmirlər. Ölüyə xərclədiklərinin yarısını diriyə xərcləmək istəmirlər. Bir-birlərin aldadırlar. Oyun oynayırlar. Böyük tamaşa qurublar. Bir-bir-lərini yaxşı tanıdıqlarına görə bir-birlərinə inanmırlar. Çünki hər biri ayrıca özünü yaxşı tanıyır. Təbiətdən zövq almırlar. Geyinməyi bacarmırlar. Əllərində pul girirlər mağazaya, bilmirlər əyinlərinə nə alıb geyinsin-lər. Ailə qurmurlar, cütləşirlər. Ağılla, geyimlə, savadla seçilə bilmədiklərinə görə,ətəmtaraqla, israfçılıqlaə-seçilmək istəyirlər. Öz mənəvi kasadlıqlarını maddiyatla ört-basdır etmək istəyirlər. Tanrının, təbiətin bəxş etdiyi orqanlardan təyinatına uyğun istifadə etmirlər. Nə qədər gözəl musiqilər var, gedib harda səviyyəsiz mahnı varsa, onu tapıb qulaq asırlar. O mahnılar ki beyin üçün, ruh üçün deyil, ayaq üçün, yalnız atlanıb-düşmək üçündür. Ќə qədər gözəl filmlər var. Bunlar isə təbiətin bəxş etdiyi gözlərlə "Kurtlar vadisi" kimi səviyyəsiz bir seriala baxırlar. Şükür Allaha ki, rüşvətlə həcc ziyarətinə getməmişəm. Adam başı ilə futbol oynamıram. Ev tikib, içini bəzəmək yarışına girmirəm. Toy kasetinə baxıb qız seçmirəm. Kreditə girib özümə maşın, telefon almıram. İndi işlətdiyim telefonu Azərbaycanda hansı uşağa hədiyyə vermək istəsən, qaytarıb adamın başına çırpar. 9 milyonluq Azərbaycan xalqından, 50 milyonluq dünya azərbaycanlıların-dan, 300 milyonluq türk dünyasından, 1 milyardlıq müsəlmanlardan bu mənada çox fərqliyəm. Onlara ba-xanda adam özünü istər-istəməz xoşbəxt hiss etməyə məcbur olur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi