Zahid Oruc: ”Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı...”
24-12-2021 [12:12]
Zahid ORUC
***
Birinci şəxsin-İlham Əliyevin tərcümeyi halının son 27 ili millətin və dövlətin həyatına elə hopub ki, 60 yaşlı bir liderin şəxsi ömrü ilə millət tarixinin mühüm bir hissəsi vahidləşib.
Azadlığımızın yaşı İlham Əliyevin təqvim ömrünün tən yarısıdır. Belədə ixtiyarımız var düşünək ki, müasir Azərbaycan dövləti həm də İlham Əliyevlə birgə 60 ildir müstəqildir! Bizə görə, sadə insanların qəlbində prezidentə bəslənən səmimi duyğular istənilən intellektual və elmi mühakimədən daha üstündür. Ona görə də bir xalq deyimini şüara çevirsək, İlham Əliyevin vəzifəsi deyil, taleyi prezidentdir!
O, təkcə torpaq savaşını və düşmənlə davanı qazanmayıb, həm də 200 ildir məğlub olan bütün liderlərin yarımçıq qalan missiyasını qələbə ilə sona çatdırıb.
İndi Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan Elçibəyə qədər hamısı İlham Əliyevin qələbəsindən pay götürə bilər.
O, Heydər Əliyevin bioloji varisi olmaqdan çox, Azərbaycan xalqının övladıdır.”Hər millət öz liderinə layiqdir” devizi 8 noyabrdan sonra bütün dünyada yenidən öz təsdiqini tapdı. Düz 17 il Onun şəxsiyyətinə milyonların güvənci və sevgisi ilə yanaşı, şübhə və inamsızlığı təlqin edənlər hərbi meydanda düşmənlə birgə məğlub oldular. Lakin Əliyev qalib gələndə də comərdliyindən vaz keçmir.
Milli və siyasi öndəri olan bir ölkənin hərbi lideri yalnız müstəqillikdən 30 il sonra, 8 noyabrda rəsmiləşdi. Qafqazlarda hərbi rəhbəri olmayan, zəif və gücsüz dövlət başçıları qoca Şərqin hökmdarı ola bilməyib. Bəlkə də müasir avropalılar üçün Birinci şəxsin zəifliyi sistemin və xalqın qüdrəti ilə örtülə bilər, lakin hər zaman güclüyə ehtiram bəsləyən, üç imperiyanın qovuşduğu Azərbaycanda yalnız qüdrətli rəhbəri qəbul edən millət siyasi xəritədə qala bilir. Deməli, İlham Əliyevin gücü mlliət qüvvəsinin ayrılmaz hissəsidir.
Müstəqillik qazanandan bu yana bir xalqın düşüncəsinə hakim kəsilən “biz kiçik xalqıq, çünki “böyük Ermənistan” var” deyimi tarixi qələbədən sonra “biz böyük millətik və ermənilər zəifdir” hökmü ilə əvəzlənib. Dünyada ən azı 30 dövlətin yığılıb birgə yazdığı Qarabağ ssenarisini düz 30 ildən sonra xalqı, ordusu ilə birgə Tək dəyişdirən məhz Odur. Xalqımız təzədən SSRİ-nin dağıldığı tarixə qayıdıb layiq olduğu yeni təqvimi yaşamaq istəyir.
1918-ci ilə, yaxud 1828 və ya 1813-cü ilə qayıtmaq hissi də buradan qaynaqlanır. Azərbaycanın keçmişi və siyasi tarixi heç vaxt indiki qədər diri olmayıb.
Kommunistli, demokratlı, qərbpərəstli və şərqsevərli heç bir milli rəhbərin- Heydər və İlham Əliyevdən başqa Şuşanı ziyarət etdiyinə bir foto xalqın yaddaşında qalmayıb. Deməli, İlham Əliyevin Şuşa zirvəsinə qayıdışı tarixi qanunuyğunluq idi. Bu məntiqi davam etdirəsək, 1982-ci ildə rəhbər statusunda İrəvanı ziyarəti edən ata Əliyevin missiyası tələb edir ki, oğul Əliyev Rəvan xanın qalasına mütləq qayıdacaq. Bir milyona qədər köçkün ata və oğulların taleyi bir millətdə heç zaman bu qədər vahid olmayıb!
Qələbə Azərbaycanı öz coğrafiyasından böyük göstərir. İlham Əliyevin şəxsiyyət miqyası Azərbaycanın sərhədlərini aşır. Əgər gedib ölçsəniz, görəcəksiniz ki, nəinki region ölkələri-Türkiyədə, Rusiyada, Gürcüstanda, İranda eləcə də dünyanın digər məkanlarında İlham Əliyevi tanıyır və ona ehtiram bəsləyirlər. Bu o deməkdir ki, bir ölkənin ərazisi ona rəhbərlik edən şəxsiyyətin nüfuzu qədər böyüyür!
Zəfər Komandanı qələbələrini hər zaman miləti ilə bölməyi bacarır.Qələbənin birinci ildönümü bir Liderin xalqına və özünə etdiyi ən büyük hədiyyədir!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi