MÜHİTİN BƏLASI
15-11-2021 [11:14]
İbrahim İsgəndərli
***
Yazıçı Anar 3 noyabr 2021-ci il tarixdə "Müsavat"ın redaksiyasına Çingiz Abdullayevi xalqın qınağından qurtarmaq üçün öz baxış bucağına əsaslanan müdafiə xarakterli müraciəti ilə, mahiyyətinə varmadan özünün də həmkarı ilə eyni platformada olduğunu bariz formada ortaya qoyur.
İlk növbədə hörmətli yazıçı Anar, Siz xalq yazıçısı və AYB-nin sədri, eyni zamanda Çingiz Abdullayev da AYB-nin I katibi, xalq yazıçısı olmasaydınız ,tərəfinizdən söylənmiş fikirlərə bir dəqiqəmi belə sərf etməzdim. Mənim üçün ən təəccüblüsü odur ki, bu cür titullara sahib olan yazıçı özündə necə cürət tapıb bir xalqın tarixinə, özü də yaxın tarixinə həqarət edən insanı müdafiə edir, eyni zamanda fərqinə varmadan onu aşağılayır. Aşağılayır ona görə ki, müdafiə arqumenti olaraq: “ola bilsin ki, Çingiz müəyyən fikirlərini dürüst şəkildə ifadə edə bilməyib”, ancaq konkret olaraq Çingiz bilməyərək səhv edib və yaxud yanlışlığa yol verdiyini bildirmiş olsaydı,bu münasibətin mahiyyətini hardasa anlamış olardım. Ancaq təəssüflər olsun ki, o notları bir vətəndaş kimi görə bilmədim. Onu da inkar etmək olmaz ki, ədaləti əsassız, heç bir məntiqə sığmayan formaya bükmək olmaz, çünki onun şüaları necə olursa olsun, o formanın yırtıqlarından öz gücünü göstərir. Anarın xalq yazıçısı"öz fikrini dürüst ifadə edə bilməyib" yanaşmasını hansı məntiqlə anlamaq olar? Sıravi bir vətəndaş buna inanarmı? Fərz edək ki, 1% inanar? Bu nəyi dəyişə bilər? O 1 % Çingiz Abdullayevin AYB-nin I katibi kreslosunda oturmağına haqq verir mi? Digər tərəfdən, həmkarınız fikrini dürüst ifadə edə bilməyibsə bir sədr, bir həmkar kimi Çingizin qulağına nəsə pıçıldasaydınız indi də bu formada Çingizin əvəzindən üzrxahlıq edib, bu mənzərəni nə ona , nə də bizlərə yaşatmazdınız. Çox təəssüf........
Yazıçı Anar bu müraciəti ilə həm özünü, həm də həmkarını, ən önəmilisi oxucularını çox pis duruma saldı. Səbəb? Oxucu bu münasibətdən sonra yazdığınız o yazılarda sevgi duyğularını necə qəbul edəcək?
Eyni zamanda düşündüm ki, Sizin həmkarınızın bu cür müdafiəsindən sonra yazıçılar birliyindən bir səs çıxar,ancaq təəssüflər ......
Bəlkə də siyasətçi səhv edə bilər. Çünki o, siyasətçidir, o da bu cür mövzular da səhv etməməlidir, çünki bu zaman nəticə ağır olur. Hələ millətin yazıçısı bu cür məsələlərdə isə heç vaxt. Çünki yazar siyasətdən uzaq olanda heç vaxt milli məsələlərdə büdrəmir. Yazıçı Anar, onu da bildirməliyəm ki, yazırsan ki, birinci müharibənin şəhid və qazi ailələrinə ikinci müharibənin şəhid və qaziləriylə eyni münasibət bəsləmək təklifini də dəstəkləyirəm.
Hörmətli Anar, bu təklifi öz həmkarına söyləsən, daha yaxşı olardı. Xalq bu münasibəti öz ürəyində çoxdan daşıyır, məhz bu cür hadisələrə təklif kimi yanaşmaların nəticəsidir ki,bu cür hallarda baxışlarınız ərəb saçı halına düşür.
Yazıçı Anar, milli dəyər və “milliyyətçilik” ayrı-ayrı baxışların məhsuludur. İlk növbədə milli dəyərləri millətin ziyalısı göz bəbəyi kimi qorumalıdır!!!
Qaldı erməni şovinist milliyətçiliyinin bu mövzuya heç bir aidiyyatı ola bilməz. Bu bizim ölkənin “ziyalı” adlandırdığı bir qrup insanların bəlasıdır..! Onu da bir vətəndaş kimi bildirməliyəm ki, bu mövzu 5 mərtəbəli evin 6-cı mərtəbəsi deyil.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi