MƏHƏMMƏD FÜZULİDƏ TÜRK ANLAYIŞI...
12-10-2021 [21:34]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Böyük məfkurə və duyğu şairi,eyni zamanda böyük filosof və islam inancı daşıyıcısı M.Füzuli özünün türk, dilinin türk dili olduğunu zaman-zaman bəyan etməsilə diqqət çəkir:
Ey feyzrəsani ərəbi-türki-əcəm!
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsadəm,
Mən türkzəbandan iltifat eyləmə kəm (4, 202).
Bu rübaini kütləvi auditoriya üçün sadə şəkildə şərh edək:
(Ey, ərəbin, türkün, əcəmin bərəkət yetirəni (Allah-Təala). Ərəbi aləmin gözəl, aydın danışan insanı, əcəmi də İsa kimi gözəl, bəlağətli danışan söz sahibi etdin. Mən türk dillidən də iltifatını (lütfünü) əskik etmə).
M.Füzuli nəinki özünü türk adlandırır, eyni zamanda türk dilinin təəssübünü çəkərək öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də irəli sürür və bu mövqeyi farsdilli ədəbiyyata qarşı qoyur. Halbuki şairin istər ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər dillər əzbəridir. Eyni zamanda şairin hər üç dildə divanı vardır. Lakin Füzulinin soykökü nə olan tükənməz sevgisi və böyük Vətən anlayışı onu bu dilə biganə qalmağa qoymur. Şair bu barədə bir “qitə”sində yazır:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutu nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi – gül izhar olur (4, 190).
(Fars dilində yazılan poeziya örnəkləri ona görə çoxdur ki, türk dilində incə şeir yaratmaq çətindir. Çünki daha çox şairlik istedadı tələb edir. Elə bu səbəbdən də əlinə qələm alan bir çoxları türk ləhcəsinin tərkibinin şairə uyğunluğunu qəbul edə bilmədiyindən bu dildə rabitəsiz və dolaşıq sözlər söyləmişlər. Məndə uyğunluq olsa bu çətini asan edib bu dildə gözəl və incə nümunələr yaradaram. Necə ki, yeni bahar gələndə tikanların üstünü gül yarpaqları örtür ).
Füzulinin bu milli mövqeyi onun bir qitəsi ilə sona yetmir. Bütün Şərq və eləcə də dünya ədəbiyyatının mükəmməl abidəsi olan “Leyli və Məcnun”əsəri də məhz bu ardıcıl münasibətin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Şair özü bu barədə həmin əsərin “kitabın yazılmasının səbəbi” haqqındakı hissəsində məlumat vermişdir:
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı (5,13)
Beləliklə Füzuli Leyli və Məcnun əfsanəsinin fars dilində işlənmiş nümunələrinə işarə vurduqdan sonra ona bu əfsanəni türk dilində yazmaq təklifinin verildiyini diqqətə çatdırır. Çünki “ətrak” (türklər)də bu əfsanə doğma dildə işlənməmişdir. Şair bu qəmli dastanı yazmağın çətinliyini də gözə alır, lakin onu yazmaq qərarına gəldiyini, sanki əlinə düşən fürsəti dəyərləndirdiyini elan edir:
Gərçi bilirəm bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
Əmma necə etmək olur ikrah?
Bir vaqeədir ki, düşdü nagah (5,14).
Füzulinin Azərbaycan dilində yazdığı bu əsəri “türk dilində yazılan əsər” adlandırması dilimizin türk dili olmasından xəbər verməklə bərabər eyni zamanda istər Nizami dövründə, istərsə də ondan sonrakı dövrlərdə gedən türklük mücadiləsinin təsadüfi hadisə olmamasını göstərir. Millət və ümmət məsələsini bir-birinə qarşı qoyan diletantlardan fərqli olaraq məhz Füzuli də mənəvi ustadı Nizami kimi, türk dilinin “geniş söz meydanı” tapmasının vacibliyindən bəhs açır və bu istiqamətdə gözəl ədəbi əsərlər yaradır. Biz eyni mahiyyətdən yanaşaraq ustad Nizaminin də türkcə divanının mövcudluğu ehtimalını irəli sürürük. Daha doğrusu, bu yönümdəki fərziyyələri təsdiq edirik. Ümmət və millət məsələsinə gəlincə, dərin təfəkkürlü görkəmli şəxsiyyətlər soykökü ilə inanc əxlaqını heç zaman bir-birinə qarşı qoymamış, əksinə təsdiq etmişlər. Elə bu baxımdan da Nizami də, Füzuli də həm böyük İslam əxlaqı daşıyan müdrik şəxsiyyətlər olmaqları ilə birlikdə eyni zamanda bir millətin övladı idilər və bunu inkar etmirdilər.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi