DÜNYANI SİLKƏLƏYƏN DƏYİŞİKLİK: Taliban Azərbaycana təhlükədirmi?
16-08-2021 [00:30]
Şahin CƏFƏRLİ,
Politoloq
***
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bizə birbaşa hər hansı təhdid yaratmır. Hazırkı mərhələdə yeganə təhlükə Əfqanıstandan başlayan qaçqın axınının bir ucunun Azərbaycan sərhədlərinə yönəlməsi ola bilər, amma əfqanıstanlıların əsas miqrasiya istiqaməti Türkiyə və Avropadır. Bu baxımdan Türkiyə üçün ciddi iç qarışıqlıq riski var. Türkiyə toplumunun səbri tükənib və qaçqın problemi ilə əlaqədar partlamağa hazır bomba kimidir. (Qarşıdakı seçkilərin nəticələrində bunu görəcəyik.)
Taliban reallığı Azərbaycanın maraqları baxımından bəzi qeyri-müəyyənliklər və dolayı təhlükələr yaradır. Kabildəki hökumət Azərbaycanın dostu idi, bütün beynəlxalq təşkilatlarda (BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı) bizə birmənalı dəstək verirdi.
Taliban hökuməti necə mövqe tutacaq, ümumiyyətlə, bu hökumət beynəlxalq səviyyədə legitimlik qazanacaqmı?
Bu, aydın deyil. Dolayı təhlükə kimi sərhədlərimizin yaxınlığında radikal islamın dirçəlməsini qeyd edə bilərik, bunun bütün bölgədə eyni və bənzər ideoloji görüşdə olan qüvvələri ruhlandıracağı şübhəsizdir.
Azərbaycan yəqin ki, ehtiyac olacağı təqdirdə, Pakistan vasitəsilə Talibanla əlaqə qurmağa çalışacaq. Pakistan Taliban üzərində böyük təsir gücünə malik regional oyunçudur. Bu hərəkatın yaradılmasında, güclənməsində Pakistan kəşfiyyatı ISI-ın böyük rolu var. Hazırda Taliban lideri, əmir əl-möminin ünvanı almış Heybətullah Axundzadənin Pakistanda yaşadığı güman olunur, lakin bu adamın kimliyi, ümumiyyətlə, belə bir adamın mövcud olub-olmadığı dəqiq bəlli deyil.
Pakistan-Taliban əlaqəsi barədə bu gün çoxlu suallara rast gəldim. Bu mövzunu anlamaq üçün İranın Azərbaycan Respublikasına baxışı sizə açar rolunu oynaya bilər. Pakistan Əfqanıstanda normal dövlət qurulmasında maraqlı deyil və orada “failed state” (baş tutmamış dövlət) durumunun davam etməsini istəyir. Çünki Əfqanıstanda stabil, güclü paştun dövlətinin qurulması Pakistandakı 40 milyonluq bu etnosu hərəkətləndirə və paştun millətçiliyini tətikləyə bilər. Əşrəf Qəni Hindistanla çox yaxın əlaqələr qurmuşdu və onun devrilməsi Pakistanı yəqin ki, məmnun edib. Amma bununla yanaşı, Pakistan Talibanın tam oturuşub, möhkəmlənməsində də maraqlı olmayacaq.
Ümumiyyətlə, yaxın gələcəkdə Əfqanıstanda Suriyaya bənzər bir vakxanaliyanın yaranması və vəkalət savaşlarının başlaması ehtimalı böyükdür:
- ABŞ çalışacaq ki, Çin ətrafında, “Bir kəmər – bir yol” marşrutu üzərində qeyri-sabitlik olsun və qonşuluqda qalib gələn radikal islam Doğu Türküstana da təsir etsin;
- Çin də öz növbəsində çalışacaq ki, buna yol verməsin, Suriyadakı Türküstan İslam Partiyası döyüşçülərinin Əfqanıstana gəlib, orada mövqe tutmasını əngəlləsin, öz sərhədlərinin, o cümlədən strateji əhəmiyyətli Vahan dəhlizinin və infrastruktur proyektlərinin təhlükəsizliyini təmin etsin;
- Rusiya çalışacaq ki, KTMT və Avrasiya İttifaqı sərhədlərində İŞİD, “Əl-Kaida” kimi terror qruplaşmaları güc toplamasın və Orta Asiyaya radikal islam sirayət etməsin;
- İran çalışacaq ki, Səudiyyə Ərəbistanı liderliyində sünni ərəb dünyasının Talibanla ittifaqı yaranmasın və məzhəb antaqonizminə baxmayaraq, Talibanla praqmatik əsasda stabil münasibətlər qursun;
- Hadisələrdən ən çox zərər çəkən dövlət Hindistan ola bilər. Hindistan İranın Çabahar limanı vasitəsilə Pakistandan yan keçməklə Əfqanıstana və Orta Asiyaya çıxan nəqliyyat koridoru yaratmışdı və İranla bu layihəyə 500 milyon dollar investisiya yatırmağı nəzərdə tutan anlaşma imzalamışdı. İndi bu koridorun taleyi nə olacaq, hələlik bilinmir. Hindistan da digər qlobal və regional güclər kimi, hazırda Talibanla təmasdadır.
Talibanın Dohadakı siyasi qanadı hər kəsə zeytun budağı uzadır, heç kimi geri çevirmir. Lakin Taliban homogen bir struktur deyil, tərkibində çeşidli qruplar var. Talibanla bərabər hərəkət edən ultraradikal Hakkani şəbəkəsi də kifayət qədər güclüdür. Bu qruplaşma da Pakistana yaxındır. Yəni Dohadakı nümayəndələrin bütün Talibanı təmsil edib-etmədiyi sual doğuran məsələdir.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi