Ayaqlaşa bilirikmi? - Deputat yazır
18-05-2021 [14:01]
Etibar ƏIİYEV,
Deputat
***
Bəşəriyyətin keçdiyi yolu ümumiləşdirsək, görün necə mənzərə yaranır:
Aqrar dövr – əsas struktur istehsala heç nə verməyən, lakin ona sahib çıxan monarxiya, ordu, kilsə və digər dini idarəçilik strukturları idi.
Sənaye dövrü – əsas struktur ağır sənayenin inkişafı firma və korporasiyalar idi.
Postsənaye dövrü - əsas struktur bilgini, bilim adamlarını, bilən adamları yaradan və paylayan universitetlərdir.
Aqrar dövr özündən əvvəlkinə nisbətən artıq irəli bir cəmiyyət idi. Amma bəşəriyyət özünün aqrar dövründə, yəni əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu dövrdə daha böyük, daha dəhşətli aclıqlar yaşamışdı. “Yağmadı yağış, bitmədi qamış” dövrü idi. Hətta onu da demək olar ki, sənaye dövrü aclıqlara qarşı yarandı. Təhsilə də aclığa qarşı düşünülmüş layihə kimi baxmaq olardı. Sənaye özünün yeni üsul və qurğuları ilə istehsalı artırmalı, aclığı da yox etməli idi. Maarifçi baxışlarda xeyli mənəvi və ictimai hədəflər də vardı. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı.
Aqrar dövrün arxada qalması kənd təsərrüfatının aradan qalxması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri – sənaye yaranmışdı. Üsullar, qurğular, gübrələr, vasitələr yardıma gəlmişdi. Sənayeyə yaxından yardımçısı olan yeni təhsil modeli də yaranmışdı.
Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq aclığa kifayət qədər qalib gəlinmişdi. Aclıq tamam yox olmamışdı, amma ondan qurtulmağın yolları tapılmışdı.
Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda çalışmırdı. Xidmət sahələri böyümüş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi.
Yəni postsənaye dövrü gəlmişdi. Onu bilği çağı, informasiya cəmiyyəti adlandırmaq olardı...
Gördünüzmü, sənaye dövründən sonra təhsilin modeli və rolu necə dəyişdi. Sənaye dövründə təhsil sənayeyə, əməyə bağlı idi. Postsənaye dövründə o müstəqil və mərkəzi mövqedədir.
Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yerinə yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır.
İndi yeni dövr də o qədər tez gəlir ki, asanlıqla demək olar - gələcək daha tez ortaya çıxır. Dünən sehrli güzgü ilə danışmağı nağıl edən adamlar bu gün ağıllı telefonlarla videogörüntü ilə danışmağı adi hal sayır.
100 il bundan qabaq orta ömür əksər ölkələrdə 30 yaşın civarında idisə, bu gün Avropada orta ömür 80-ni ötüb. Nə vaxtsa kralların ailəsində uşaq ölümü o qədər çox idi ki, varis tapmaq çətin olurdu bəzən. Bu gün isə normal ölkələrdə bu göstərici 1%-in altındadır.
Tarix boyu Azərbaycanda ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılırdısa, bu gün ürək köçürmə əməliyyatları həyata keçirirlər.
Harvardlı alim Deniel Bell 1959-cı ildə “Postsanəye” anlayışını bizə bəxş edəndə yəqin ki, yeni dövrün bu qədər böyük üfüqlərə sahib olacağını düşünməzdi.
İndiki dövr insanı bütün bəlalardan qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür. Və gördünüz ki, təhsil bu dövrün mərkəzində dayanıb. Universitetlər yeni dövrün baş müəssisələridir. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir, təhsildən gəlir.
Kimlərsə bu dövrlə hələ yaxşı ayaqlaşa bilmirsə, o demək deyil ki, bu dövr uğurlu deyil.
Sadəcə, Ayaqlaşmaq dövrüdür.
Bəşəriyyət 3 sənaye inqilabını yaşayıb. Hazırda dünyada dördüncü sənaye inqilabı baş verir. Azərbaycan Prezidenti İlham Əliyevin 06 yanvar 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab işlədib. K. Şvab özünün “Dördüncü sənaye inqilabının texnologiyaları” adlı sonuncu kitabında yazır: “Dördüncü sənaye inqilabı ilk mərhələdə olduğundan bizdən asılıdır. Yeni texnologiyaların tənzimlənməsi üçün ictimai və qanunvericilik normaları yenidən formalaşır. Bizim həyatımızı dəyişən texnologiyaların inkişafında hamının iştirakı vacibdir. Bu keçid dövründə hamımızın üzərinə böyük məsuliyyət düşür. Bizim imkanlarımız var ki, yeni texnologiyaları ümumi mənafeyimizə yönəldək. Biz bunu insan ləyaqətinin qorunması və ətraf aləmin mühafizəsinə yönəltməliyik. Bu da ayrı ayrı fərdlərə, cəmiyyətlərə və hökumətlərə birbaşa təsir edən texnologiyaların dərindən əxz olunmasını və yeni təfəkkür tərzini tələb edir.” Hətta, 7 bənddən ibarət “Gənc alimin etik kodeksi” də müəyyənləşdirilib.
Dördüncü Sənaye İnqilabı da ayaqlaşmağı tələb edir.
Ayaqlaşa bilirikmi?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi