Lokanik, dəqiq və sadə yazmaq, qarşısındakını dinləmək və anlamaq... - Prorektor Hafiz Paşayevdən yazır
12-05-2021 [12:29]
30 aprel 2021-ci ildə ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma tədbiri keçirildi. Bu tədbirdə ən yaxşı Sosial Məsuliyyət layihələri mükafatlandırıldı.
Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunan və hər il təşkil edilən Sosial Məsuliyyət layihələrinin mükafatlandırılma mərasimini xüsusi edən cəhət onun ADA Universitetinin missiyasına uyğun olaraq sosial rifahı düşünən tələbələrə motivasiya olmasıdır.
Bu il də hər il olduğu kimi ADA Universitetinin tələbələri tərəfindən təqdim olunan kreativ, təlabatlara uyğun və yüksək sosial təsirə malik olan layihələr mükafatlandırıldı. Mükafata layiq görülən "Go girls" (“İrəli qızlar”) layihəsində Azərbaycanda gənc qızların dəqiq elmlərə marağını artırmaq, "Gizli Azərbaycan" layihəsində ölkəmizin daha az tanınan və ya heç tanınmayan gözəl guşələrlərini kəşf etmək və "Thriving artist" (“Çicəklənən rəssamlar”) layihəsində Azərbaycanın gənc rəssamlarını bir onlayn platformada toplamaq kimi hədəflər qarşıya qoyulmuşdur.
Pandemiya şəraitində bu cür layihələri təşkil etmək və reallaşdırmaq təqdirəlayiqdir.
Təxminən bir ildən çoxdur ki, biz pandemiya ilə mübarizə aparırıq və bu şəraitə artıq müəyyən dərəcədə uyğunlaşmışıq. Universitetimiz canlı kampusdan virtual kampusa keçib. Burada mühit fiziki kampusdakı mühitdən heç də fərqlənmir. Öyrənməyə sövq edən canlı dərslər, virtual forum və müzakirələr, sorğular, qruplarla iş, “balaca adam” düyməsinə basaraq əl qaldırmaq və sual vermək, çat hissəsində sual-cavab və ya rəy yazmaq, təqdimatlar, qiymətləndirmə vasitələrini həyata keçirməyə xidmət edən əlverişli panellər bunun bariz nümunəsidir. Tədris prosesini virtual mühitə uyğunlaşdırmaqda nə qədər uğurlu olsaq da, canlı ünsiyyətin yerini heç nə əvəz edə bilməz.
ADA Universitetinin ən vacib dəyərlərindən biri, məsuliyyətli vətandaşlıq simvolu sayılan Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma mərasimini az sayda iştirakçılarla olsa belə, canlı şəkildə təşkil edə bildik.
Səhnə hər zaman olduğu kimi universitetin ən gözəl guşəsində - yaşıl çəmənlikdə qurulmuşdu. Bu guşə yeni başlanğıclar guşəsidir. Hər il yüzlərlə gənc fidanlar bu çəmənliyin qoynundan həyatın qucağına atılsa da, heç vaxt öz köklərini doğma ADA-dan qoparmırlar. Əlbəttə, bu mərasim əvvəlki illərdə keçirildiyi kimi təntənəli deyildi. Düzünü desəm, bu tədbirdə biz həm çox sevincli, həm də kədərli idik. Bir tərəfdən, bütün tələbələrimizin bizimlə birlikdə tədbirdə iştirak etməməsi olduqca məyusedici idi. Digər tərəfdən layihələrin müəlliflərini kampusda canlı görmək və tanımaq bizim üçün çox xoş idi.
Hər zaman olduğu kimi yekun söz Rektor Hafiz Paşayevə verildi və həmişəki kimi o, səmimi və dostyana şəkildə tələbələrlə söhbət etməyə başladı. Tələbələrlə ünsiyyətdə olmaq üçün nə qədər darıxdığı heç kəsin gözündən qaçmadı. Rektorumuzun nahar vaxtı yeməkxanada və ya tənəffüs vaxtı kampusun müxtəlif məkanlarında tələbələrlə söhbət etməyi yadıma düşdü. Rəsmiyyətsiz, bütün səmimiyyəti ilə, qayğıkeşliklə. Rektor bu minvalla tələbələri bir-bir tanıyır, onların uğurları və çətinlik çəkdikləri məqamlardan xəbərdar olur. Rektor danışarkən ADA Universitetinin qurulmasında göstərdiyi təbii idarəçilik istedadı və arxada buraxdığımız 15 il bir film kimi gözümün önündə canlandı.
ADA-nın 15 illik fəaliyyəti dövründə bizim hər birimizə: tələbələrə, müəllimlərə nümunəvi və əvəzolunmaz idarəçilik dərsi keçib. Bu dərslər müxtəlif nəzəriyyə və üslubları özündə əks etdirən həqiqi həyatdan götürülmüş dərslərdir.
Ancaq rektoru ən yaxşı şəkildə ifadə edə biləcək bir idarəçilik yanaşması seçsək, düşünürəm ki, bu, “Xidmət liderliyi”dir. Bunu da əlavə etmək istəyirəm ki, heç də təsədüfi deyil ki, bir neçə gün əvvəl Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ölkəsinə və xalqına xidmət etmək rektor Paşayevin təbiətindədir. Məhz buna görə də Xidmət edən lider üslubu onda çox təbii və inandırıcıdır. O, ölkəsinə bir alim, bir səfir kimi xidmət göstərib. Hal-hazırda isə təsisçi bir rektor kimi millətinə xidmət etməyə davam edir.
Bizim ADA Universitetindəki əsas məqsədimiz ölkənin bu günü və gələcəyi üçün savadlı, səriştəli, eyni zamanda, liderlik bacarığı olan gənclər yetişdirməkdir. ADA Universiteti tələbələrimiz üçün həm də liderlik məktəbidir. Burada onlara təşəbbüs göstərmək, üzərinə məsuliyyət götürmək, cavabdehlik daşımaq, biznes qurmaq, startup yaratmaq üçün öyrənmə mühiti qurulur və təcrübə qazanmaq imkanları yaradılır. Bu səriştələri qazanmaqda onların ən böyük dəstəkləyicisi zəngin təcrübəyə sahib olan müəllimləri - rektor Hafiz Paşayevdir.
Hafiz müəllimlə geridə qoyduğumuz hər il bizim üçün çox xüsusi olsa da, bu il ikiqat əhəmiyyətlidir. Çünki bu il biz iki yubileyi – ADA Universitetinin 15 illik və Hafiz müəllimin 80 illik yubileyini qeyd etdik.
Səfir Paşayevin doğum gününü təzəcə qeyd etdiyimiz bu günlərdə ADA tələbələrinin və onu tanımaq şərəfi olan hər bir gəncin ona bəxş edə biləcəyi ən böyük hədiyyə onun müdrikliyindən,
şəxsiyyətindən, iş üslubundan, insanlarla, ətrafındakılarla münasibətindən örnək götürüb, onun Vətənə xidmət yolunu davam etdirməkdir.
Hafiz Paşayevin “Xidmət Liderliyi” aşağıdakı nümunələrlə təcəssüm etdirilə bilər:
Hədəflərə, istəklərə və arzulara davranışlarla nümunə olaraq ruhlandırmaq
Öz davranışı ilə nümunə olaraq qarşısındakını hədəf, istək və arzularına doğru addım atmağa ruhlandırmaq Hafiz müəllimin əsas xüsusiyyətlərindəndir. İctimai xidməti, dürüstlüyü, humanistliyi, hərtərəfli və müxtəlif maraqları, incəsənətə verdiyi dəyər və elmə sədaqəti ilə seçilən rektor Paşayev ADA Universitetinin əsas dəyərlərinin daşıyıcısı olduğunu öz timsalında nümunə göstərən liderdir. O, bu dəyərləri peşəkar yanaşmasında və humanist davranışlarında əks etdirməklə nümunə təşkil edir.
Məsələlərə düzgün baxış üçün maraq dairələrinizi geniş tutmaq
Hafiz Paşayev bir fizik, 17 ildən çox müddətdə ölkəsini beynəlxalq səviyyədə təmsil edən bir səfir, yazıçı, caz musiqisinin pərəstişkarı və karikaturaçı kimi müxtəlif sahələrdə özünü inkişaf etdirmişdir. Müxtəlif sahələrə olan maraqlarını daim inkişaf etdirməsi onu yeni üfüqlərə aparmış və həmişə yeni perspektivlər tapmasına səbəb olmuşdur.
Detallara diqqət yetirmək, çünkü hər bir işin uğurlu həll yolu onun detallarındadır
Çox az insanın qarşısına çıxan imkan və fürsətləri dəyərləndirə bilmək uzaqgörənliyinə malik olan Hafiz müəllimin, həmçinin detallara da xüsusi diqqət yetirmək kimi bir xüsusiyyəti var. Bizim gözümüzdən yayınan xırda məqamlar, onun gözündən heç vaxt yayınmır. Ən maraqlısı odur ki, Hafiz müəllimin gözündən yayınmayan o xırdalıqlar axtaradığımız həll yollarının açarı olur. O, həmişə bizə deyir ki, müdrik qərarlar qəbul etmək və xəyalları həqiqətə çevirmək üçün təfərrüatlara diqqət yetirmək vacibdir.
Lokanik, dəqiq və sadə yazmaq
Rektor Paşayev həmişə düşünür ki, aydın yazı aydın düşüncə qəbiliyyətinin göstəricisidr.Başqa sözlə ifadə etsək, yazı bizim düşüncəmizin məhsuludur. Effektli və təsirli yazı yazmaq üçün fikirlərimizi sadə, düz və mütəşəkkil bir şəkildə təqdim etməliyik.
Rektor effektiv ünsiyyət qurmaq üçün bürokratik və akademik jarqonlardan həmişə qaçır. O, fikirlərini hər kəsin başa düşə biləcəyi təbii nitq ilə çatdırmağa çalışır. Hafiz müəllim çıxışlarına həmişə fərdi yanaşmalar əlavə edir və o, hər yazısına səmimiliyi qatmağı heç bir zaman unutmur.
Humanizmi inkişaf etdirmək üçün ədəbiyyat oxumaq
O, bədii ədəbiyyata xüsusi önəm verir və çıxışlarında həmişə mütaliə ilə məşğul olmağın nə dərəcədə vacib olduğunu vurğulayır. Rektor belə hesab edir ki, mütaliə bizim daxili aləmimizi zənginləşdirir, üfüqlərimizi genişləndirir və bizi daha humanist edir.
Qarşısındakını dinləmək və anlamaq
Rektor insanlarla ünsiyyət qurarkən səbirli, diqqətli və hörmətcil dinləyicidir. O, insanlara və onların gördükləri işə hörmətlə yanaşır. Bu da universitet daxilində həqiqi inam və əməkdaşlıq mədəniyyəti yaradır.
Təbii olmaq
Hafiz Paşayevin ən fərqli xüsusiyyətlərindən biri də onun əlçatanlığıdır. ADA Universitetinin üzvləri onu həmişə müəllim, işçi heyəti və tələbələrlə ünsiyyət qurarkən görə bilər. O, düşünür ki, lider başqalarının rifahını yaxşılaşdırmaq üçün həmişə ətrafındakı insanları dinləməli və lazım gəldikdə özünü onların yerinə qoymağı bacarmalıdır.
Qayğıkeş olmaq
Rektor universitetin hər bir üzvünə dəyər verərərək rəhbərlik edir. O, əməyi həmişə qiymətləndirir və qarşıya qoyulan hədəflərin peşəkarlıqla yerinə yetirilməsinə çalışır. Qayğıkeş bir lider olmaq onun ən əsas keyfiyyətlərindən biridir. Rektor düşünür ki, təşkilati idarəetmədə insanlara qayğı və diqqət göstərmək işin əsas təməlidir.
Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma tədbirində təqdim olunan Sosial Məsuliyyət layihələri bir daha sübut etdi ki, tələbələrimiz və gənclərimiz xalqımıza və ölkəmizə daim xidmət etməyə hazır olan gənc peşkarlarımızdır. Bu hədəfə onları öz nümunəvi fəaliyyəti ilə ruhlandırıb aparan Rektorları isə Hafiz müəllimdir.
Müəllif: Dr. Vəfa Kazdal
ADA Universitetinin Akademik işlər üzrə prorektoru
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi