31-12-2013 [13:02]
Bayramı qara gələnlər... Əslində, üç sözü bir araya gətirən bu cümlə çoxları üçün sadə, bəlkə, əhəmiyyətsiz görünsə də, çox ağır bir cümlədir. Yaşamayan bayramın qara gəldiyinin nə olduğunu bilməz.
Qələminə və şəxsiyyətinə hörmət etdiyim Zöhrab Əmirxanlı iki il əvvəl bayramqabağı elə bu üç sadə sözün vəhdətindən yaranan ağır cümləni köşəsinə başlıq seçmişdi. Təsirli yazı idi. Oxuyanda xeyli təsirlənmişdim, amma özümü o yerə qoymurdum. Zöhrab müəllimin o yazını hansı iztirab içində yazdığını anlayırdım.
20 il əvvəl, 1993-cü ilin son günü idi. Bizim evə bayram hələ qara libasda gəlməmişdi. Amma nə hikmət idisə, o gün bizim evdə qaranlıq idi. Uşaq idim, saat 12-ni gözlədiyim yadımda deyildi. İşıqların söndüyünü xatırlayıram. Axşam yeməyimizi, çıraq işığında yemişdik. Evdəkilərin gözündə zərrə qədər işıq, bayram əhvalı yox idi. Hamı qəlbi qırıq, sınıq adam təəssüratı bağışlayırdı. O il bizə heç düşməmişdi. Dədə-baba yurdumuz işğal olunmuşdu, bütün qohum-əqrəbamız köçkün düşmüşdü. Çoxu da bizim yaşadığımız yataqxanaya sığınmalı olmuşdu. Evsizlik, didərginlik ağır şeydir. O gün bizim evdə bayram günü qaranalıq olmasının səbəbi başqa idi. Biz tərəflərdə evin çırağı sayılan evin kişisinin süfrənin başında olmaması qaranlıq gətirmişdi. Atam o gün ilk dəfə idi ki, bizi bayramda tək buraxmışdı. Ağdamda döyüşdə idi. Biz o vaxt əsgər ailəsi sayılırdıq. Yəqin ki, o gün bütün əsgərlərin evlərində bayram qaranlıq keçib. Hətta işıqları sönməyənlərin də...
Sən demə, ilin təhvil olunduğu gün otağımıza qaranlıq çökməsi qarşıdakı bayramlarımızın qara gələcəyinin xəbərçisi imiş. Bəli. Elə də oldu. O gündən sonra bizim bayramımız qara gəldi. Atam şəhidlik zirvəsinə ucalsa da, bayramlarımızın qara gəlməsinə vəsilə oldu. Bayramlarda evimizdə soyuqluğun olduğunu görəndə atamı qınadığım vaxtlar olub. Niyə başqaları kimi onun da müharibədən yayınmadığını, niyə soyuq səngərdə nəm torpağın üstündə dayanmağı bayramlarda süfrəmizin başında oturmaqdan üstün tutmadığını ürəyimdən keçirmişəm. Düzdür, indi o ağır günlər arxada qaldığından, qürurla "nə yaxşı ki, atam qorxaq olmayıb” deyirəm. Amma bu gün o sözü demək mənə bayramın qara gəldiyinin nə olduğunu yaşamaq bahasına nəsib olub...
20 il sonra bu acı taleyi yada salmağın səbəbi var. O da adaşım Qarabağ QAZİsi Zaur Həsənovun faciəvi də olsa, şərəfli ölümüdür. Zaur Həsənov Qarabağ müharibəsində iştirak etdiyindən, onun da ailəsinin, yaxınlarının bayramlarda yediklərinin boğazından keçmədiyini təsəvvür edirəm. Amma Zaur Həsənov Qazi kimi də olsa, evinə dönə bilmişdi. Ailəsinə, yaxınlarına bayramın qara gəldiyinin nə olduğunu hələ göstərməmişdi.
Və nəhayət... QAZİ Zaur da bu acını ailəsinə daddırdı. Amma bu bayram təkcə Zaurun ailəsi üçün qara gəlmədi. Azərbaycan xalqı bir QAZİsini faciəvi bir şəkildə itirdi. Əslində, Azərbaycan xalqı onu yola sala bilmədi. Ona nə cəsarəti çatdı, nə də mənəvi haqqı. QAZİ Zaur son sözünə də kişi kimi dedi. Özü də sözün həqiqi mənasında odlu-alovlu. Nə yazıq ki, həmin od-alov bu millətin illərdir donan ar damarının buzunu əritmədi. Ölkənin bir tərəfində QAZİ dəfn olunur, o biri tərəfində heysiyyatını itirmiş adamlar bir tikə tort üçün sıraya düzülür. O gün millət iki yerə bölündü. Zavallı çürüklər və qismən də olsa, saf qalmağı bacaranlar. Birincilərdən danışmağa dəyməz, çünki artıq onlar bitiblər. İkincilər isə son mənzilə başı dik gedən QAZİ Zaurun cənazəsi ardında boynubükük dəfn mərasimində idilər.
Odur ki, QAZİ Zaurun ölümü bir ailənin deyil, bütöv bir millətin bayramını qara gətirdi. Öz bədənində qaladığı ocaq üzünü qaraltsa da, QAZİ Zaur bu fani dünyanın savaşından üzüağ çıxdı. İçində zavallıları hələ də barındıran millətin isə üzü qaradır. Lap bayramları kimi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi