Rövşən Əkbərovun həbsinin 20 illik kökü...
18-03-2021 [09:59]
Zülfiyyə Mustafayeva
***
Qarşımda bir audio kaset var. Lap köhnənin. Arxivimdi. 2004-cü ildə Pirəşəküldəki hərbi hissəyə gedib indi həbsdə olan Rövşən Əkbərovla etdiyim söhbət.
Əsində, içindəkilərin əhəmiyyəti yoxdu, həmişəki cəfəngiyyatını danışır. Amma bu kaset, diktafonu söndürdükdən sonra onun mənə dediklərini yadıma salır və jurnalist kimi gücsüzlüyümü mənə hər dəfə xatırladır. “Sübut eləsinlər, görüm, necə sübut edəcəklər!”.
Sübutlar, şahidlər ortada ola-ola, adam 20 il hava atıb, meydan suladı. İndi ətrafındakı ajiotaja təəccüblənmirəm. Yıxılıb yerə, vuranı çoxdu. Amma məni çoxdandı, başqa məsələlər maraqlandırır.
R.Əkbərovun 20 il əvvəl Kiyevdə ürəyinə dənizçi bıçagı (kortik) saplayaraq iş adamı Elçin Əliyevi qətlə yetirdiyini həm Ukraynanın, həm də Azərbaycanın hüquq-mühafizə orqanları bilirdi. Hələ 2005-ci ildə Ukraynadan mərhum Elçinin anasına göndərilən məktubda açıq-aydın yazılır ki, R. Əkbərovun cinayəti törətdiyinə dair sübutlar var. O zaman bizim prokurorluq cinayət işi açmalı, Rövşəni də həbs etməliydi. Bunun əvəzinə iş illərlə yubadıldı, şahidlərə təzyiqlər edildi, bəziləri pulla ələ alındı. Rövşən havadarlarının dəstəyi ilə rahatlıqla gəzib-tozdu. Hələ bu illər ərzində təltif-filan da aldı.
Rövşəni indi həbs ediblər. Özü də 4 aylıq. Çox deyilmi?

Səmayə ƏLİYEVA
Nə araşdırma var ki, bu işdə? Bütün iş halları bəlli, şahidləri dindirilib. Neçə illərdi, istintaq araşdırmasında süründürülən bu işdə nə oldu ki, adamı bu qədər uzun müddətli istintaq altına aldılar? 2 ay bəs olmazdımı işi yekunlaşdırıb məhkəməyə verməyə?
Üstəlik, 20 ildən sonra cinayətin törədilmə müddəti bitmirmi? Hansı yeni hallar ortaya çıxdı ki, Rövşəni içəri atdılar?
Hələ ötən ay ehtiyata buraxılandan sonra onun həbsini gözləyirdim, desəm, səmimi olar. Amma yenə də səmimi deyirəm ki, mən E. Əliyevin qətli üzrə ittihamı yox, Vətənə xəyanət ittihamını gözləyirdim. Çünki Nəcməddin Sadıkovdan sonra Rövşənin və Xaqani Cəbrayılovun da ehtiyata buraxılması orduda xəyanətkar dəstənin həlqəsinin tezliklə daralacagına ümidləri artırmışdı.
Hələ fevral ayından başlayaraq, müharibədən təxris olunan hərbçilərimiz R.Əkbərovun mümkün həbsinə dair proqnozlar vermişdi. Amma bu ehtimalların fonunda qətlə yetirilən E.Əliyevin dosyası agıla gəlmirdi. Bu qədər agır fikirlər və sonda cəmi bir qətl epizodu? Əkbərov kimisi üçün yumşaq deyilmi?
İndi də Əkbərovun təkcə bir qətl hadisəsi ilə canını qurtara biləcəyi fikri mənə çox gülməli gəlir. Bir düşünün, Əkbərovun dosyasını “Vətənə xəyanət”lə başlamaqçün istintaqın əlində nə qədər imkan və şərait vardı, təkcə əsgər ifadələri yetərdi buna. Bəlkə elə buna görə istintaq müddəti 4 aylıq seçilib?
Bu müddət istintaqa əsas ittihamı gücləndirmək üçün vaxt qazandıra bilər. Əkbərovun hələ azadlıqda olan mümkün ətrafının nəbzini tutarlar. Əkbərovla hətta danışıqlar da etmək olar: öz ətrafına dair tutarlı ipucları verə bilər. İstintaqa istədiyini verməsə də, problem yoxdu: E.Əliyevin qətli ilə zatən onun həbsi naglaşdırılıb, ictimai fikir də buna köklənib.
R.Əkbərov mənə görə, çətin hədəfdi. İstintaqı bərkə sala bilər. Ətrafı güclüdü. Ona 20 il müddətində açıq bir cinayətdən canını qurtarmaga yardım etmiş qüvvələrin indi bir anda laxlamasını gözləmək sadəlövhlük olardı. Bu qüvvələri onun əliylə silkələmək olar ki, hazırda E.Əliyevin qətlinə dair cinayət işinin də yenilənməsini mən bir növ onun havadarlarına mesaj kimi dəyərləndirirəm.
Hələ müharibənin ilk vaxtlarında prezident Müdafiə Nazirliyinin qərargahında keçirdiyi görüşdə müharibədəki ugurlarımızı qeyd etməklə yanaşı, belə bir söz işlətmişdi: “Bəzi yerlərdə boşluqlar var, onlar da aradan qaldırılacaq”. Müharibə dövründə boşluqlar məglubiyyət deməkdi. Məglubiyyətin təsadüfi yoxdu. Onu təşkil edirlər. R.Əkbərovun həbsinin bu boşluqların aradan qaldırılmasına hazırlıq oldugunu düşünmək mənə daha ədalətli gəlir.
Bu illər ərzində R.Əkbərovla baglı informasiyaları izləyəndə də maraqlı hallar meydana çıxır. Onun Səfər Əbiyevlə düşmənçiliyi, Əbiyev gedəndən sonra Zakir Həsənovun təyinatına “uşaq kimi” sevinməsi, müdafiə naziriylə isti münasibətlərinin oldugunu tez-tez vurgulaması, onun haqqında ərkyana şəkildə danışması (“Yeni nazir torpaqlarımızın azad edilməsinə hər zaman hazır olmalıdır” kimi), yerinin və əlinin gücləndiyinə dair eyhamlar atması adamı düşündürməyə bilməz.
Hələ 2019-cu ildə R.Əkbərov saytlardan birinə agızdolusu müsahibə verib. Həmin yazıda bizim az qala bütün əsas, müasir hərbi texnikamızı, silah-sursatımızı “adına-familiya”sına qədər ortaya qoyub. Güya müxaliflərə ordumuzun gücünü nümayiş etdirir. Son günlərdə izləyirəm bu saytı, R.Əkbərovun həbsinə dair bir kəlmə də yoxdu...
Mənə görə, məlum müsahibəsində 2016-cı il hərbi əməliyyatından dəm vurmasının üstündən cəmi il keçəndən sonra onun İkinci Vətən müharibəsindən kənarda qalmasından müəmmalı heç nə yoxdu. Adam bu 44 günlük müharibədə bir gün də iştirak etməyib. Hələ dekabr ayındakı müsahibəsində deyib ki, ehtiyata buraxılıb və cəbhədən xəbəri yoxdu.
R.Əkbərovla baglı suallara bəlkə ötən il dekabrın 12-də Müdafiə Nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Ramil Əsgərovun vəzifəsindən azad edilməsi aydınlıq gətirər. Hamıya məlum oldugu kimi, Ramil Əsgərov Nəcməddin Sadıkovun qohumudu və Sadıkovun da adının fonunda Vətənə xəyanət ittihamı dayanır. Sizi bilmirəm, amma mən bütün bunların gələcəkdə bir çətir altında birləşdiriləcəyini ehtimal edirəm.
Rəhmətlik Elçinin qətlinə gəlincə, mən bu barədə çox yazmışam. Bu hadisənin bütün detallarını anlatan mərhumun anası Səmayə xalanın səsi hər zaman qulagımdadı. Əgər istintaq işini bu istiqamətdə başlamaga qərar veribsə, gəlin, bir-iki məsələyə də mən toxunum.
Mənə görə, Rövşənin indiyədək cəzasız qalmasını təmin edən adamlar üçün indi çox əlverişsiz zamandı: manevr imkanları yoxdu. Elçinin qətlinin ört-basdır etdiriılməsində Əkbərova dəstək verənlər bu adamın əməllərinin sonunun hətta Vətənə xəyanətə qədər gedə biləcəyini bilməliydi.
Hələ 2001-ci ildə qətlin üstündən bir həftə keçməmiş verdiyi müsahibədə Əkbərov onun əleyhinə şahidlik edənlərlə “haqq-hesab” çürüdücəyinə eyham vurmuşdu.
Məzahir Şıxəliyevi xatırlayıram, rəhmətlik o vaxtlarda qaçıb Türkiyədə gizlənməyə məcbur olmuşdu. İşin əsas şahidi idi: “Rövşən “Peşera”ya girəndə Elçin tez onun yanına getdi. Oturdular. Bir az aralarında inciklik vardı, Elçin onun ürəyini almaga çalışırdı. Sonra getdi musiqiçilərin yanına, Rövşənin şərəfinə “Господа офицеры” mahnısını sifariş verdi. Rövşən heç cür yola gəlmirdi. İçmişdilər. Sonra Elçin çölə çıxdı. Rövşən də onun dalıyca çıxdı maşınının baqajından götürdüyü kortiki (dənizçi bıçagı – Z.M.) Elçinin ürəyinə sapladı”.
Şıxəliyev sonradan Ukraynaya qayıtdı, orada da rəhmətə getdi, amma ifadəsindən imtina edərək...
Rövşən Əkbərov həmin zamanlarda mediaya müsahibəsində guya Ukraynada “başının təhsilə qarışdıgını, imtahan-zaçot verdiyini və restoranlara getməyə vaxtının olmadıgını” desə də, elə həmin gecədə onun restorandan boy-boy xatirə şəkilləri vardı Kiyev hüquq-mühafizə orqanlarının apardıgı istintaq işinin materiallarında.
Yazıçı Fikrət Qocanın oglu, sonradan Bakıda qətlə yetirilən Yalçın Qocayev də işdə dəlilləri Rövşənin xeyrinə ört-basdır edən, saxta ifadə verənlərdən idi.
Rövşənə ən böyük havadarlıq edən biri kimi Nazim İbrahimovun adı çox hallanıb, bilirsiniz. Adam rəsmən qatilə “krışalıq” edib və dəlillərin ört-basdır edənlərin sırasında birinci yerdə dayanır. İndi onu istintaga ən azından, şahid kimi cəlb etməsələr, “oha”, deyəcəm.
Eyni zamanda, cinayətin ört-basdır edilməsinin bir başqa baiskarı da o zamankı xarici işlər naziri, hazırda Macarıstanda ölkəmizi səfir olaraq təmsil edən Vilayət Quliyev olub. Məhz onun verdiyi “toxunulmazlıq” sənədi ilə Kiyev istintaqçıları Rövşəni həbs etməyiblər. Vilayət Quliyev indiyə qədər izah edə bilməyib ki, hansı statusuna görə Rövşənin toxunulmazlıgı varmış. Niyə belə bir sənədlə onu qoruyub? Əgər Rövşən həbs olunsaydı, Azərbaycana ekstradisiya olunacaqdı. Amma Kiyevdən əlini-qolunu sallayaraq ölkəyə dönüb.
Rəhmətlik Elçinin anasının dediyinə görə, o, dəfələrlə Vilayət Quliyevin qəbuluna gedərək oglunun işinə ədalət tələb edib: “Məni acılayıb qapıdan qovurdu. Çox kobudluq edirdi. Deyirdim, mən anayam, niyə oglumun qatilini həbs etməyə mane olursan? İşçiləri mənim halıma acıyırdı”. Məqamı düşmüşkən, Allah rəhmət eləsin, Vilayət Quliyevin də gənc övladı rəhmətə gedib. Bəlkə indi övlad acısını anlayar, -deyə düşünürəm. Həm də onun qızının qəfil ölümündə müəmma axtarmaqdan özümü saxlaya bilmirəm. V.Quliyevin də hələ səsi çıxmayıb qızının vəfatı ilə baglı... Sözümün canı odu ki, səfir Macarıstanda otursa da, onun R.Əkbərovun işində ən azı şahidlik etməsində bir problem olmasın gərək. Necə olmasa da, vaxtilə məhz onun ”zəhmət”i ilə R.Əkbərov bizim ölkədə toxunulmazlıq “alıb”.
Və bütün bunların başında dayanan adam təbii ki, Zakir Qaralovdu. Onu dindirəcəklərmi?
Səmayə xala deyirdi ki, Zakir Qaralovun yanına şikayətə gedəndə, anası yaşda, agbirçək, aglar gözlü qadının üstünə qışqırır, qapını üzünə çırpırmış. Deyir, Rüstəm Usubov bilir nələr çəkdiyimi... Zakir Qaralovun böyük “zəhmət”i var qətlin ört-basdır edilməsində. Bu adamın ən azından bir ifadəsi işdə ya olmalıdı, ya da olmalıdı. Variant yoxdu.
İndi özünüz deyin: bütün bunları bir-biriylə tutuşduracaq, uzlaşdıracaq, müqayisə edəcək səviyyədə istintaq olacaqmı, Rövşən Əkbərovun işində?
R.S. Ötən ay ehtiyata buraxılandan sonra mən düşünürdüm ki, Rövşənin əlindən “general” rütbəsini, təltiflərini nəhayət, alarlar. Komandiri oldugu hərbi hissənin nömrəsini özünə “lotuluq etiketi” edən (bütün maşınlarını, telefon nömrələrini “777” “bəzəyirdi”), orduya, əsgərlərimizə qan uddurmuş bu qudurgan adamın hələ də “general” rütbəsi daşıması təhqirdi. Siz Allah, bu adama daha “general” deməyin...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi