Faizə ananın gül toxumu və ya Ağdam səfərinə sözardı
15-03-2021 [21:42]
Əflatun AMAŞOV,
Mətbuat Şurasının sədri
***
Qapının zəngi çalındı. Açdım ki, Faizə anadır. Qızı qonşumuzdur. Özü ilə də tanışlığımız var, necə deyərlər, qaynayıb-qarışmışıq. Hər dəfə qızıgilə gələndə söhbətləşirik. Ağdamdandır. Biləndə ki, Ağdama gedəcəm, tez özünü çatdırmışdı.
Söhbətə başlayar-başlamaz əlindəki kəlağayı parçasını mənə uzatdı. Təəccübləndiyimi görcək bildirdi ki, arasındakı gül toxumudur. Dərhal da Ağdamdakı evinin yerini başa salmağa keçdi – məscidin yanındakı küçə ilə get, üçüncü döngədən sağa burulanda ikinci darvaza. Faizə xala gülü darvazadan içəri girən kimi su krantının yanında əkməyimi istədi.
Bir anlıq Ağdamın indiki halını təsəvvürümə gətirdim. Gözümün önünə şəhərin işğaldan sonra yayılmış görüntüləri gəldi. Duruxub qaldım. Düşündüm ki, qarşımda dayanan nur üzlü ağbirçəyin xahişini necə yerinə yetirəcəm?
Görünür, vəziyyətimi oxudu və qəfildən sanki məni çətinlikdən çıxarırmış kimi dilləndi – bilirəm, mən də televizorda görmüşəm, dığalar Ağdamı viran qoyublar, amma deyirəm bəlkə evimdən, həyət-bacamdan nə isə qalıb, ona görə bu gül toxumunu sənə verirəm. Bunu da götür, birdən demək olmaz, - deyən Faizə xala qəhvəyi rəngini hələ də itirməyən kəndirə bağlı açarı da ovucuma qoydu. 28 il əvvəl qapısını bağladığı evinin açarını.
Beləcə Ağdam yolçuluğum müddətində bir neçə dəfə məni yaxalayan qəhər ilk dəfə yola heç düşməzdən əvvəl yaxaladı, kövrəldim. Elə Faizə xalanın da gözləri doldu. Bunu göstərməmək üçün dərhal uğurlu yol arzulayıb qapıdan içəri girmədən sağollaşdı.
Faizə oğlunun ikisini də şəhid vermiş anadır. Görün, müharibənin övladlarına qıydığı nə qədər analar var. Ağdamda lap çoxdur. Birinci Qarabağ Müharibəsi dönəmində altı minə yaxın şəhid vermiş müqəddəs diyarımızdır Ağdam. Görünür həm də buna görədir ki, Ulu öndər Heydər Əliyev çıxışlarının birində ağdamlıların qarşısında baş əydiyini böyük yanğı hissi ilə dilə gətirmişdi. Ağdama Baş Qərvənd yolu ilə girər-girməz bütün bunları düşündüm və rayonun işğalını doğuran proseslər gözümün önündə sanki kino lenti kimi canlandı...
Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin rəhbərliyi ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrinin Ağdama səfəri onun iştirakçısı olan hər kəsdə geniş təəssürat zənginliyi yaratdı. Hamı ermənilərin Faizə xalanın təbirincə desəm, viran qoyduğu Ağdamı gördü. Düşmənlər 30 ilə yaxın müddətdə burada ancaq torpağı qazmaqla, kələklər qurmaqla məşğul olublar. Vətənizimin 20 faizini işğal etmələri bir yana sanki torpağın özündən qisas alırlarmış kimi davranıblar. Dəhşətdir həqiqətən. Dəhşəti xarakterizə edən nə qədər desəniz fakt var. İstehkamlardan, səngərlərdən tutmuş hələ də yerin altında qalan partlamamış minalaradək, daha nələr-nələr. Yalnız onu deyə bilərəm ki, Ağdamın indiki durumu işğal tariximizin ən böyük dərsidir. Bu dərsi tam şəkildə mənimsəməli, qüsursuz öyrənməliyik. Bu dərsdən ciddi nəticə çıxarmalıyıq ki, bir daha torpaq itirmək acısını dadmayaq.
Torpaqdan söz düşmüşkən, oyanmaqda olan, münbit, bir qarış da çatı olmayan, əbədi sakinlərinin ilıq nəfəsinə, sevgi ilə basılan ayaq səslərinə həsrət Ağdam torpağına baxıram. Görəsən, bizi bağışlayırmı, - deyə düşünürəm. Axı Ağdam sıradan bir yer deyildi. Hər daşı, hər qayası, hər abidəsi soyqırıma məruz qalmış şəhər bir vaxtlar qaynayırdı, sabaha bəslənilən böyük ümüdlərlə çoşub-daşırdı. Ağdam sənət dünyasından tutmuş sıravi sakininədək kolorit idi. Bu rəngarəngliyə buradan yazda ta Ağdərə yüksəklərinə qədər yol boyu göz oxşayan lalələr xüsusi ovqat gətirirdi. Elə bu an Faizə xalanı xatırlayıram. Cümə məscidinin kənarlarına baxıram. Gözüm onun dediyi ünvandan heç olmasa, bir nişanə axtarır, amma tapmır. Nəhayət, həmkarım Şakir Ağayevlə qərara alırıq ki, Faizə ananın gül toxumunu Cümə məscidinin düz yanındaca əkək. Elə də edirik.
Artıq əkdiyim bu toxum mənim üçün Ağdama qayıdışımızın rəmzidir. Heç şübhəsiz, hər bir ağdamlı üçün belə rəmzlər var və bu rəmzlər bizi Ağdamımızın əvvəlki əzəmətinə, əvvəlki həyat qaynarlığına qovuşduracaqdır. İnşallah o günlər də uzaqda deyil. Və çox arzu edirəm ki, o günlərin birində mən əlimdə gül Faizə ananın Ağdamdakı qapısının zəngini çalım.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi