Tarix yazan xalq... - İcra başçısının birinci müavini yazır
27-02-2021 [16:31]
Gülarə Verdiyeva,
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,
YAP Nəsimi rayon Qadınlar Şurasının sədri
***
30 il ürəklərdə qalan arzular bu gün real həyata çevrildi. Dədə-baba yurdundan qovulan körpə balalar bu gün Qarabağa əldə silah, müzəffər Ordunun xilaskar əsgəri kimi qayıtdı. Nənə və babalarımızın, ata və analarımızın arzuları çin oldu, müqəddəs torpaqlarımız düşmən işğalından azad edildi. Zəfər dolu bu günləri yaşamaq elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyildir.
Artıq biz zəfər qazanmış qalib bir xalqıq. Bütün dünya gördü ki, biz 44 gün ərzində işğal altında olan müqəddəs torpaqlarımızı erməni işğalından azad etdik və qələbə çaldıq. Çünki, bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalət müharibəsi idi. Düşmən isə işğalçılıq müharibəsi aparırdı. Bütün dünya bilir ki, haqq-ədalət bizim tərəfimizdədir. 30 il ədalət carçısı olduq, haqqımızı tələb etdik, qan tökülməsin, sülh olsun dedik, lakin buna məhəl qoymadılar. Ermənipərəs ölkələr münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur dedilər. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər kəsin cavabını verdi və “Var başqa yol” dedi, eyni zamanda da dediyini etdi. Ali Baş Komandanın əmri ilə döyüşə atılan müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu qısa bir zaman içərisində dəyişdi. İndi nə status-kvo var , nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan Ordusu döyüş meydanında sübut etdi.
Bu bir həqiqətdir ki, güclü və qüdrətli ordusu, qətiyyətli və uzaqgörən lideri olan dövlətin müstəqilliyi sarsılmaz və əbədidir. Ali Baş Komandanımız İlham Əliyev 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı 44 gün ərzində azad etməkləşanlı tariximizin zəfər səhifəsini yazdı.
Ail Baş Komandanımız İlham Heydər oğlu öz fəaliyyəti, cəsarəti və müdrük qərarları ilə dünyanın gözündə bir daha yüksəldi, özü ilə bərabər xalqımızın şərəfini, ləyaqətini də göylərə qaldırdı.
Son hadisələr düşmənə də, bütün dünyaya da göstərdi ki, bu şərəfli, namuslu xalqın hissiyatı ilə oynamaq, onu təhqir etmək olmaz. Öz liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxaraq, müqəddəs torpaqlarımızı erməni işğalından azad etdi. Millətimizin hər bir övladı birləşərək bir ürək kimi vurdu. Sözün əsl mənasında 44 günlük döyüş əsl Vətən müharibəsi idi.
Vətənin mərd oğulları öz canı-qanı bahasına düşməni vətən torpaqlarından qovub çıxardı və şanlı tarixi yazdı. Danılmaz həqiqətdir ki, Azərbaycan zəfərin əldə olunması üçün illər ərzində böyük hazırlıq işləri görürdü. 30 ildə Azərbaycan
xalqı bütün gücünü səfərbər etdi, eyni zamanda gənc, vətənpərvər bir nəsil yetişdirdi.
Bütün gənclər səfərbər oldu. Müharibə başlandığı gündən gənclər könüllü olaraq döyüşə yollandılar. Hər gün yüzlərlə gənc cəbhə bölgəsinə getmək, orada döyüşmək istədiyini bildirdilər. Nəsimi rayonundan da 1000-dən artıq igid oğullarımız qəhrəmanlıqla döyüşdülər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı yağı düşməndən azad etdilər.
Bu qələbə tarixi hadisədir. Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır. Azərbaycan xalqı bu qələbə ilə bütün dünyaya öz gücünü göstərdi...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi