Paşinyan qiyam cəhdini dəf etdi: indi o, öz gücünü nümayiş etdirmək üçün...
25-02-2021 [22:17]
Şahin CƏFƏRLİ
***
Böyük xalq kütlələrini arxalarına ala bilmədikləri üçün onların A planı – baş naziri ictimai təzyiqlə kənarlaşdırmaq cəhdi baş tutmadı.
Rusiyaya bağlı millətçilərin toplumda nüfuz qazana bilməməsinin təməl səbəbi budur ki, onlar erməni xalqına yenə qan və gözyaşı vəd edirlər. Düzdür, bu qüvvələr 10 noyabr bəyanatını açıq şəkildə təftiş etmirlər və edə də bilməzlər, çünki sənədin altında Putinin imzası var. Amma mövqeləri bu mənaya gəlir ki, "güclənib, yenidən cəhd edək". Ən azı, hesab edirlər ki, yaxın gələcəkdə Rusiyanın köməyi ilə Hadrutu və Şuşanı geri alıb, oyuncaq “respublika”nın saxta sərhədlərini bərpa etmək şansı var.
Mən başı daşa dəyən ermənilərin bir çoxunun ayıldığını və soyuq başla vəziyyəti dəyərləndirə bildiklərini düşünürəm. Əsgər valideynlərinin övladlarını Qarabağa göndərmək istəməməsi də bunun əlamətidir. Gənc nəsil ermənilər də əksəriyyət etibarilə rusiyayönümlü deyil. Paşinyan bu sosial bazaya xitab edir və əsas resursu da onlardır. Müxalifətdən fərqli olaraq, o, xalqa perspektiv təqdim edir, onlara sülh və inkişaf vəd edir.
Bu gün Paşinyan yenidən xalqa müraciət edərək əvvəlki səviyyədə olmasa da, dəstək ala bildi. Hər halda, o, radikal müxalifətdən daha böyük kütlə topladı. Məhz bu mitinqdən sonra Müdafiə Nazirliyi bəyanatla çıxış edərək ordunu siyasətə cəlb etməyin yolverilməz olduğunu bildirdi. Bununla nazirlik özünü qiyamçı Baş Qərargahdan ayırdı. Digər güc strukturları - Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti də qanunçuluğun qorunmasının zəruriliyini açıqladılar.
Paşinyan qiyam cəhdini dəf etmək üzrədir, amma öz gücünü nümayiş etdirməsi üçün xuntanın başını və üzvlərini həbs etdirməsi zəruridir. Əgər buna qadir olduğunu göstərə bilsə, deməli bu mərhələdə xətər sovuşdu. Amma istənilən halda, siyasi böhrandan yeganə çıxış yolu erkən seçkiyə getməkdir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi