PENSİYA PROBLEMİ: "Əgər sizlərdən kimsə işləyirsə, ayda 250 manat maaş alırsa...
21-02-2021 [14:56]
Qubad İBADOĞLU
***
Azərbaycanda median əmək haqqı 343 manatdır. Bu o deməkdir ki, hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının - 845 min 900 nəfərinin maaşı 343 manat və ondan aşağıdır. Bu yalnız yaşam şərtlərinin çətinləşdiyi indiki şəraitdə dolanışığı pisləşdirmir. Həm də gələcəkdə pensiya təminatında problem yaradır.
Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır.
Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.
- Əgər sizlərdən kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa, o pensiya ala bilməyəcək.
- Əgər sizlərdən kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, o da pensiya ala bilməyəcək.
- Əgər sizlərdən kimsə əmək müqaviləsiz çalışırsa, o da pensiya ala bilməyəcək.
Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar.
Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir:
- Əgər sizlərdən kimsə işləyirsə, ayda 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir.
- Əgər sizlərdən kimsə işləyirsə, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir.
- Əgər sizlərdən kimsə işləyirsə, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.
Bu hesablamar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq. Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar? Görün, kasıb əhali üçün necə tələ qurulub, bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir.
Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər - əmək qabliyyətli əhalinin yarısı - hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ vardır.
Mia.az
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub