XÜSUSİ TƏYİNATLI GİZİR AQİL ZEYNALLI (Esse)
28-01-2021 [15:19]
Şahnaz Şahin
***
Heç hansısa bir məqamda əliniz qoynunuzda qaldımı... Heç cavab tapmadığınız sual qarşısında aciz qaldığınızıdan utandınızmı... Xəcalət çəkdinizmi illərlə dost deyib süfrənizin başında yer verdiyiniz qonşunuz üçün... Peşiman oldunuzmu etdiyiniz yaxşılıqlar üçün, kaş ki... deyə təəssüfləndinizmi?!..
Erməni yaxşılıq üçün də, qonşuluq üçün də yararsız olduğunu, süfrəmizdə illərlə yeyib harınlayan və imkan tapan kimi kürəyinə bıçaq saplayan üzdəniraq millətcik olduğunu əsrlərlə elə özü sübuta yetirib. Elimizdə bir məsəl var, deyərlər dəvəçi ilə dost olanın darvazası gen gərək. Elə biz də humanist, fədakar, sülhsevən, tolerant xalq olduğumuzu dönə-dönə isbat etmişik hamıya. Bu gün də Azərbaycanda digər xalqların nümayəndələri rahat yaşayır, dövlətin verdiyi bütün hüquqlardan faydalanır. Bəli, axı o, Müstəqil və azad Azərbaycan Respublikasının vətəndaşıdır, hər addımında hiss edəcək azadlığını...
Aqil Aydın oğlu Zeynallı-Axtaçı kəndində 05 noyabr 1995-ci ildə doğulub boya-başa çatıb. M.Məlikov adına Şəhriyar tam orta məktəbini bitirib. 2014-cü ilin yanvar ayında hərbi xidmətə yollanaraq Qazax şəhərində yerləşən əlahiddə bölmələrdə xidmət göstərib. Burada o, hərbin bir çox sirlərinə yiyələnərək özünün fiziki imkanları ilə də diqqəti cəlb etmişdir. Kəşfiyyatçı-istehkamçı manqa komandiri kimi bacarıqları da diqqətdən yayınmayıb. Bir il yarım çəkən hərbi xidmət borcunu layiqincə yerinə yetirərək 2015-ci ilin yayında ordudan tərxis olunub.
Gələndən sonra da həmişəki kimi idmanla ciddi məşğul olmaqda davam edir, öz fiziki hazırlığına xüsusi vaxt ayıraraq məşqlər edirdi. Hərb sahəsinə olan marağı onu rahat buraxmır və müraciət edərək yenidən MAXE kimi Bakı şəhərində “N” saylı hərbi hissədə qulluq etməyə başlayır. XTQ-dən gələn əməkdaşlar Aqili təlimlərdə iştirak etmək üçün seçir, altı aylıq xüsusi təlimlərdən sonra isə sınaq zamanı birinci yerə layiq görülərək XTQ sıralarına qəbul edilir. Artıq 2017-ci ilin sonlarından başlayaraq Aqil Zeynallı XTQ-ın sıralarında qulluq etməyə başlayır...
XTQ sıralarında qulluq etdiyi illərdə rəhbərlik tərəfindən iki dəfə “ Döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə” təltif olunmuşdur.
Döyüşlərdə XTQ-da qulluq edən əsgərlərin xidməti əvəzsizdir, onlar müharibənin ən qızğın yerində döyüşmüş, torpaqlarımızın düşməndən təmizlənməsində əlahiddə xidmətlər göstərmişlər. Dağların keçilməz yollarından keçərək, düşmənin içinə qədər irəliləyən bu cəngavər hərbçilərimiz həmişə düşmən arasına vəlvələ salmış, onları qorxu içərisində saxlamağa nail olmuşdur. Bütün fəndləri bilən, ekstrim vəziyyətlərə yaxşı bələd olan və ondan baş çıxara bilən əsgər və zabitlərimizin bir nəfəri azı on nəfər düşmənə qarşı təkbaşına döyüşürdi. Yeri gələndə əliyalın belə düşmən səngərlərinə atılaraq fiziki güc bahasına yüzlərlə ermənini məhv edən Azərbaycan əsgərinin adını necə öysəm yenə azdır!...
Müharibə başlanan gündən Aqil də XTQ-nın sıaralarında döyüşlərə qatılmış və döyüşlərdə xüsusi cəsarət və hünər göstərmişdir. Cəbhə yolu Füzuli rayonu ərazisindən başlayan bu igid oğlan Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Hadrut və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş və qəhrəmanlıq göstərmişdir. Yaralı əsgər yoldaşlarını heç vaxt darda qoymayan, onları çiyninə alaraq döyüş meydanından çıxaran qəhrəman əsgərlərimizdəndir Aqil Zeynallı!..
XTQ-da vəzifəsi “Snayper Manqa Komandiri” olan kiçik gizir Aqil Zeynallı 31 oktyabr 2020-ci ildə növbəti döyüş tapşırığını yerinə yetirən zaman mərmi partlaması nəticəsində aldığı ağır qəlpə yarasından ən uca məqama yetişmişdir...
Güllə başından dəyib,
Gətir öpüm, sağalsın.
Sonra bir damcı qandan,
Neçə igid doğulsun!..
...Əllərinlə dağıldı,
Zülmün, sitəmin evi.
Sən ey qalib ordunun,
Yenilməyən əsgəri!...(Ş.Ş)
Ailədə iki qardaş olublar, indi qardaşı Amil polis sıralarında xidmət edir. Qardaşının haqqında danışmaqdan doymur, “onunla fəxr edirəm” deyir..
Atası Aydın kədərini təbəssümünün arxasında gizlədib danışır, son dəfəki telefon danışıqlarını xatırlayanda sifəti necə də işıqlanır. “Bu acı xəbəri sizə nə vaxt və kim gətirdi ?”-deyə asta səslə soruşuram. “Bələdiyyədən...”-deyir və gözlərinə kədər çökür..
Bayaqdan kənarda oturub başını aşağı salaraq xısın-xısın ağlayan anası Sədaqət xanım həya ilə söz demək istədiyini bildirir:
-Mən oğlumun 25 illik həyatında ondan bir dəfə də olsun inciməmişəm. O qədər valideyn istəyən, məhəbbətli, qanacaqlı uşaq idi ki... Qəlbi Allahla vəhdətdə idi, məndən də daim dua etməyimi xahiş edirdi, deyirdi ki, anaların duası tez qəbul olur, ana, dua elə torpaqlarımız alınsın... Torpaqlarımız işğaldan azad olandan sonra qurban kəsəcəyəm...
Babası Ağazeynal kişi tez-tez xatırlayır Aqili, “O, başqa bala idi..” deyir. “Onun yumruğunu bir adam aça bilməzdi!.. İndi onun da iyini Amildən alıram, ona güvənirəm...“
Noyabrın 05-də ad günü olacaqdı, amma 04-də özü gəldi Aqilin... “Yarəbbim, əgər qismətimdə ölmək varsa, mənə şəhidliyi nəsib et”-deyə tanrıya əl açmışdı, ürək sözlərini yazıb qoymuşdu əzizləri üçün. O bilirdi ki, XT qoşunlarında xidmət etmək asan deyil, müharibədə açılan güllələr ömürlərə dəyir ...Amma ölməzdən qabaq öldürməyi, özü dediyi kimi “mənfur ermənilərin sonuna çatmaq” istəyirdi...
Elə çatdı da! Rahat dolan Vətən göylərində, şəhid ruhu, can fəda etdiyin torpaqların qisası alındı, qanın yerdə qalmadı...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi