ABŞ-ın BÖYÜK PLANI və ya TÜRK GƏMİSİNƏ QƏFİL BASQININ ƏSAS MƏQSƏDİ: Ərdoğana hansı mesajı vermək istəyirlər?
26-11-2020 [19:00]
Ərgün Dilər
“Takvim”, Türkiyə, 25 noyabr 2020-ci il
***
Neçə gündür haqqında yazdığım böyük güc balansı yaşadığımız hadisələr vasitəsilə inşa edilir. Ən son hadisə odur ki, yunan komandirin əmri ilə alman döyüş gəmisi “Hamburg” beynəlxalq sularda Liviyaya humanitar yardım aparan “Roseline-A” adlı türk gəmisini durdurub. Gəmi heyətini dartışdırıb, içəridə axtarış aparıb. Heç bir xəbərdarlığı ciddi qəbul etməyərək, gəmini saatlarla gözlədib. Sonra da heç bir şey olmamış kimi, yoluna davam edib.
Təbii, Ankara reaksiya verib…
Yaxşı, bəs, bu hadisə nə idi? Nə üçün bu basqın edildi? Mesaj nə idi, kimə verilirdi?
Əslində, bütün sualların cavabı ortadadır.
“Hamburg” döyüş gəmisinin basqını göstərir ki, Ankara hər bir problemi artıq Merkellə müzakirə etməyə məcbur olacaq. Fərz edilənin əksinə, bu ünvan Bayden və komandası deyil, birbaşa Berlin olacaq.
İstəyirsinizsə, bu məsələni açaraq irəliləyək. Bu hadisədən təqribən bir həftə öncə ABŞ Xarici işlər naziri Mayk Pompeo 7 ölkəni əhatə edən bir səfərə çıxmışdı. Fransadan başlayan proqrama Türkiyə də daxil idi. Gürcüstan, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər də bu proqrama daxil edilmişdi. Təyyarədə Pompeo ilə birlikdə səfər edənlərin arasında ABŞ-ın yeni prezidenti seçilən Baydenin sağ və sol qolu da vardı. Deyəsən, bunu yalnız mən yazdım.
Bu, adi bir səfər deyildi, incə detallarına qədər planlaşdırılmış bir addım idi. Yəni, ABŞ dövlət olaraq səfər edirdi…
Pompeo, Fransada diqqəti Şərqi Aralıq dənizi, Suriya, Liviya və Dağlıq Qarabağdakı duruma cəlb etdi və bunları dedi: “Türk hərbi gücünün artan şəkildə istifadə olunması bizi qayğılandırır… Prezident Ərdoğanı bu cür fəaliyyətlərin xalqının yararına olmadığına inandırmaq üçün Avropa və ABŞ-ın birlikdə çalışması lazımdır.”
ABŞ-ın “kölgə prezidenti” Pompeo Liviya, Qarabağ və Şərqi Aralıq dənizində olan türkdən, türklərin davranışından narahat idi. Bunu da diplomatik dillə söyləyirdi. Əslində, təhdid edirdi. Bayden “Böyük Amerika geri dönür!” şüarını səsləndirərkən yanına alacağı gücün AB olacağını vurğulayırdı. Aradakı dərin əlaqələr bir yana, Vaşinqtonun Çini durdurması, qısa zamanda nəticə ala bilməsi üçün Almaniyanın lideri olduğu təşkilata ehtiyacı vardı.
Daha öncə də yazdım. Çin istehsal etdiyi 5 çeşid malın birini ABŞ-a satır. ABŞ oyunu bu çərçivədə dəyişdirə bilməzdi. Bunu təkbaşına etməsi zəhmətli və uzun vaxt alacaq bir yol olacaqdı. Bu səbəblə, Almaniyanı və onun idarə etdiyi Avropanı yanına almalı idi.
Çin Avropaya ildə ortalama 400 milyard dollarlıq mal ixrac edir. Çinlə Avropa arasındakı ticarət balansı, Avropanın oradakı investisiyaları nəzərə alınmazsa, tamamilə Pekinin lehinədir.
Yaxşı, bəs, Çinə ən böyük dəstəyi verən kim idi? Dünən də yazdım: İngiltərə. Dövrün baş naziri Tereza Mey 50 ingilis zənginini yanına alıb Pekinə gedir və “Qlobal ittifaqımız başlamışdır” deyir, ittifaqı elan edirdi. London İngilis Millətlər Cəmiyyəti, Qətər, Çin və Türkiyə kimi ölkələrlə quracağı ittifaqla kimi çətin duruma salacaqdı? Bundan kim zərər görəcəkdi? Əlbəttə, ilk növbədə ABŞ, sonra da AB. Yəni, Almaniya.
İndi gələk daxilə. Hadisələrin gedişatını görən və dəyərləndirən Prezident Ərdoğan “Gələcəyimizi Avropa ilə quracağıq” dedi. Ertəsi gün isə hüquqi diskussiyalar vasitəsilə fərqli tonda mesaj verdi. Ad vermədən Bülənt Arıncı da tənqid edərək, “Heç kimin fikirləri Prezidentlə, hökumətimizlə, partiyamızla əlaqəli hala gətirilə bilməz. Biz terror təşkilatı ilə əl-ələ, qol-qola, çiyin-çiyinə Ankaradan İstanbula yürüş edənlərlə birlikdə ola bilmərik. Yasin Börülərimizin ölümünə səbəb olanlar, Kobani qətliamının səbəbkarları Tayyib Ərdoğan və mübarizə yoldaşları tərəfindən əsla müdafiə edilə bilməz. Heç bir zaman Kavalalarla bir arada ola bilmərik” dedi.
Məhz bu açıqlamalardan bir neçə saat sonra Vaşinqton-Berlin xətti dövrəyə girdi. Yeni güc balansının yaranması iki paytaxtı hərəkətə keçirdi və dünənədək Şərqi Aralıq dənizində yalnız soyuqqanlı şəkildə hərəkəti müdafiə edən Merkel səhnəyə çıxdı. Yunan komandanlığı altında olsa da, dəniz hüququ sahəsində çox öndə olan almanların açıq dənizdə humanitar yardım aparan bir gəmiyə müdaxilənin yolverilməzliyini bilmədikləri düşünülə bilməz. Çünki bilirdilər. Fransa və Yunanıstanla aramızda olan bütün problemlərin həllində vasitəçi olan Berlin indi sürəti artırırdı. Səbəbi isə Trampın gedişi, Baydenin gəlişi idi. Merkel açıq və aydın şəkildə “ABŞ bir saylı müttəfiqimizdir” deyirdi. Həm də Baydeni təbrik edərkən…
Durum belə idi. ABŞ dünyadakı birinci rəqibi olan Çini durdurmaq istəyirdi. Bu, onlar üçün həyati önəmli idi. Bunu da Almaniya, Avropa olmadan edə bilməyəcəklərini düşünməkdə idilər. Bu iş Baydenin prezidentliyi dövründə bitməli idi. Bu səbəblə də strateji ortaq qəti olaraq Almaniya olacaqdı.
Almaniya da ABŞ üçün bunu təmin edərkən, təbii, Afrika və Şərqi Aralıq dənizi kimi strateji yerlərdə olmaq istəyəcəkdi… Məhz bu səbəblə əngəl kimi gördükləri Türkiyəyə qarşı həmlə etdilər. Prezident Ərdoğan, “Heç bir zaman Kavalalarla bir arada ola bilmərik” dedikdən bir neçə saat sonra türk gəmisinə basqın edildi. Adlara ilişib qalmayın. Önəmli olan Prezident Ərdoğanın güzəştə getməməsi, dik durması idi. Bu kontekstdə, “Hamburg” freqatı seçilmişdi. Komandirin kim olmasının heç bir əhəmiyyəti yox idimi? Gəmiyə basqın edənlər almanlar idi. “Hamburg” freqatı almanlar qədər ABŞ üçün də xüsusi önəm kəsb edirdi. Liviyaya humanitar yardım aparan türk gəmisi “Roseline-A”-ya basqın edən alman “Hamburg” freqatı ABŞ-ın ən önəmli təyyarədaşıyan gəmisi olan “USS Dwight D.Eisenhower”-in mühafizəsində idi. Tərəfdaşı idi. Almanlar üçün başqa belə bir örnək də yoxdur. Yəni, əsas məsələ komandirin bir yunan olması deyil. Bu, türk gəmisinin durdurulmasını aşan böyük bir məsələdir. ABŞ-ın Çinlə apardığı, aparacağı mübarizənin Aralıq dənizinə proyeksiya olunmasından başqa bir şey deyildir.
Ankara da bunu bildiyi üçün diplomatiyaya öncəlik verərək iqlimi yumşaltmaq istədi. Çünki 11 dekabrda Avropadan sanksiya haqqında qərarın çıxması gizli manşetlərdə yer almaqdadır. Vaşinqton-Berlin xətti qəti şəkildə maliyyə əməliyyatları ilə ölkəmizi yoracaq, dəstəklədiyi müxalifətə meydan açacaq. Doğrusu, hadisələr elə bu istiqamətdə gedir. Məqsəd Prezident Ərdoğanı parlament sisteminə geri döndərməkdir. Bu yolla öncə ona koalisiya ilə nəzarət etməyi, sonra da onu neytrallaşdırmaq yoluna imkan verən durumu yaxalamağı düşünürlər. Oyun, ssenari budur.
Bu səbəblə, öncə daxildə AKP ilə MHP arasında gərginliyi artırmağı sınaqdan çıxaracaqlar. Sistemi pozmaq üçün hərəkətə keçəcəklər. AKP-ni içəridən də qaşıyacaqlar.
Lakin öncə Prezident Ərdoğanın bütün məsələləri Merkellə müzakirə etməsinin önünü açmaq istəməkdədirlər. Ağıl və informasiyanın çox dəyərli olduğu bir burulğandan keçməkdəyik. Hadisənin mahiyyəti budur. Yerdə qalanı nağıldır.
Qeyd: “Hamburq” freqatında 4 amerikalı, 2 yunan və 1 fransız zabiti iş başındadır.
Tərcümə Strateq.az-ındır
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi