PUTİN ÜÇÜN ÇƏTİN SEÇİM: 1 dekabrı niyə gözləməliyik?
16-11-2020 [12:06]
Elxan ŞÜKÜRLÜ
***
27 sentyabrdan başlayan əks-hücum əməliyyatlarımıza müdaxilə etməməsi Rusiyaya və Prezident Putinə qarşı Azərbaycanda nə qədər rəğbət və hörmət hissi yaratsa da, rus sülhməramlılarının Qarabağa qəfil yerləşməsiylə bu sevgi bircə anda yoxa çıxıb və üstəlik, yerini də getdikcə yüksələn qəzəb və nifrətə ötürməkdədir.
Sözsüz ki, Cənubi Qafqazın əsas və regionda Rusiyanın strateji maraqlarını da gözləyən ölkəsi olan Azərbaycanda indi belə bir anti-Rusiya əhvalının yaranması və güclənməsi qarşıdakı 4 ildən çox təşviş keçirən Kreml üçün də qətiyyən arzuolunan durum deyil.
Çünki Rusiyanın əsas rəqibi ABŞ-da anti-rus mövqeli Co Baydenin prezident seçilməsi və komandasını da indidən Rusiya əleyhinə sərt baxışlarıyla fərqlənən şəxslərdən formalaşdırması Kremlə sərhədləri boyu və sərhədlərindən uzaq “qaynayan” münaqişə ocaqlarında rahat gələcək vəd etmir.
Keçmiş sovet respubliklarından Gürcüstanda, Ukraynada, Moldovada, Belarusda, Ermənistanda, Qazaxıstanda, Qırğızıstanda və Özbəkistanda sürətlə yüksələn anti-rus meylərinin indi də İranla birbaşa quru əlaqəsini təmin edən Azərbaycana transferi iqtisadi baxımdan çökən Rusiya üçün nəfəsliyin daha da daralması və çox böyük xərclər, ciddi siyasi nüfuz itkisi olacaq.
Qərbyönümlü Paşinyanın hakimiyyətə gəlişiylə Ermənistanda əldən verdiyi mövqeləri yenidən qazanmaq istəyərkən, arxasında NATO üzvü Türkiyənin durduğu Azərbaycanı da itirməsi Rusiya üçün cənub sərhədlər boyu - Cənubi Qafqaz-Mərkəzi Asiya oxu üzrə Bayden dönəmində “fəlakət ssenariləri”nin işə düşməsini körükləyə bilər...
Təbii ki, Putin Rusiyası da bunu çox yaxşı anlayır. İndi o, ya Rusiyanın ənənəvi imperiya maraqlarından və üsullarından istifadə mövqeyindən çıxış edərək, həm Ermənistanı, həm də Azərbaycanı (Türkiyəni) əzməli və cəzalandırmalı, beləliklə də, hər üçündə anti-rus dalğasına təkan verməli, ya da Qarabağ savaşında ədalətli mövqe tutmaqla və gerçəkdən sülhməramlı missiya yerinə yetirməklə, hər 3 ölkəni – Ermənistanı, Azərbaycanı və Türkiyəni qazanmalıdır.
Savaş başlayan andan – 27 sentyabrdan üzübəri, biz onu müşahidə edirik ki, Azərbaycan hakimiyyəti Putin Rusiyasının hətta Ermənistanda belə, nüfuzunun qorunub saxlanmasında maraqlıdır.
Məsələn, baxmayaraq ki, Azərbaycan əraziləri Ermənistanda yerləşmiş raketlərdən atəşə tutulurdu, ancaq Putinin sözü yerə düşməsin, “Savaş Azərbaycanın ərazisində aparılır” bəyanatı heçə çevrilməsin və Ermənistan-KTMT münasibətləri gərginləşməsin deyə, Azərbaycan həmin hərbi hədəflərə atəş açmırdı...
Üstəlik, həm 10 oktyabrda, həm də 10 noyabrda Putinin təşəbbüsü ilə gerçəkləşən atəşkəs sazişlərinə dərhal razılıq verməklə və imza atmaqla Azərbaycan hakimiyyəti göstərdi ki, o, Putin Rusiyasının bölgədəki maraqlarını yaxşı anlayır və onun nüfuzunun qorunub saxlanmasından da narahat deyil.
Ancaq Rusiyaya və şəxsən Putinə münasibətdə eyni ölçülü davranış tərzini biz Paşinyan hakimiyyətindən görmürük. O, Rusiyanın qurduğu və böyütdüyü Ermənistan dövlətini ABŞ və Avropaya satmaqla yanaşı, hazırda Rusiyanın bölgədə sülhməramlı missiyasını yerinə yetirməsinə də hər vasitə ilə mane olmağa çalışır.
Əliyev yenə də Putinin sözünü yerə salmayıb atəşkəs sazişinə qol çəkdiyi halda, Paşinyan efir önündə bunu etməkdən yayındı; üstəlik, razılaşmaya uyğun olaraq noyabrın 15-də Kəlbəcəri boşaltmalı olduğu halda, yenə də anlaşmanı pozdu, daha 10 gün vaxt istədi...
Ancaq azərbaycanlılar arasında məşhur biədəb ifadəylə desək, “Oğurluqla, fahişəliyin müddəti 40 gün çəkər”. İndi belə görünür ki, kəbinlə Rusiyanın olan, ancaq ABŞ-ın yatağında tutulan Paşinyanın Rusiya ilə gerçək münasibətlərinin aşkarlanması və çözülməsi üçün son nöqtə 2020-ci ilin 1 dekabr tarixi olacaq!
Ermənistan yenə də vaxtı uzatmağa və əlavə şərtlər irəli sürməyə qalxacaqsa, bu, artıq təkcə Rusiya-Ermənistan münasibətlərində deyil, elə Azərbaycan-Türkiyə və eyni zamanda bu ikilinin də Rusiyaya münasibətində yeni səhifənin açılması demək olacaq.
Gəlin, səbrlə, tələsmədən dekabrın 1-ni gözləyək.
Şərq müdrikləri demişkən: “Tələskənlik kədərin, səbr sevincin açarıdır".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi