BAYRAQ CAN PARÇASIDIR!
09-11-2020 [00:07]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Azərbaycan Respublikasının dövlət bayrağı günü Azərbaycan Cümhuriyyətinin 1918-ci ilin 9 noyabrında qəbul etdiyi bayraq günü əsasında qəbul olunmuşdur.
Təbiidir ki, indiki respublikamızın Azərbaycan Cümhuriyyətinin varisi olması baxımından bu çox gərəkli qərarlardan biri olmuşdur. Onu da qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin 1918-ci ilin iyun ayında qəbul olunan bayrağı indiki rəsmə malik deyildi. Bu bayraq Türkiyənin bu gün istifadə etdiyi, XIX əsrin ortasında, tam olaraq 1844-cü ildə Osmanlı dövlətində qəbul olunan bayrağın eyni olmuşdur. Qırmızı rəngdə və ağ rəngli ay-ulduzlu bayraq yalnız ulduzun guşələrinə görə fərqlənə bilmişdir. Məlumdur ki, ay islamı, ulduz isə parlayan türk ulusunu rəmzləndirir. Azərbaycanın 1918-ci ildə Türkiyə ilə eyni rəngdə bayraq daşıması hələ osmanlı zamanında, Türkiyə cümhuriyyətinin yaranmasından beş il əvvəl M.Ə.Rəsulzadə və onun arxadaşlarının Azərbaycanı Türkiyə ilə bağlı qardaş türk dövləti hesab etməsindən irəli gəlmişdir. Bu eyni zamanda Türkiyənin özünün də cümhuriyyət və xilafət arasındakı fərqli idarə metoduna baxmayaraq bayraq ilə millətin bir olduğunu da tarixi baxımdan sərgiləmişdir.
Azərbaycanın bu gün başı üstə dalğalanan üçrəngli bayraq isə daha sonra elə 1918-ci ilin noyabr ayının 9-da qəbul olunan bayraqdır. Ancaq bu bayraq da milli dövlətin ideoloji əsaslarını eyniliklə özündə daşımışdır. Aydın olduğu kimi bayrağın göy rəngi milliyyət olaraq türklüyü, qırmızı rəngi mücadilə olaraq şəhid qanı üzərində qurulan dövləti və mücadiləni, eyni zamanda müasirləşməyi, yaşıl rəngi isə islamı ifadə edir ki, bu da əvvəlki bayraq ilə həmahənglik təşkil edir. Ayparanın və ulduzun bayraq üzərində olması da türklüyü və islamı səciyyələndirir. Ayın bayraqlarda aypara olması isə islam ümmətinin ayrı-ayrı dövlətlərinə işarədir.
Azərbaycan bayrağının üzərində olan səkkizguşəli ulduzla bağlı fikirlər isə müxtəlifdir. Bir qism bunun Azərbaycan Cümhuriyyəti qurularkən səkkiz ideoloji prinsipə əsaslandığını, bir qism əski əlifbada Azərbaycan yazılışının səkkiz hərflə yazıldığını, bir qism əski türk dövlətlərinin bayraqlarında bu işarənin olmasını, bir qism isə cənnətin səkkiz qatlı olmasıyla əlaqəsini iddia edir. Bizə belə gəlir ki, burada əsas nüans diqqətdən qaçır. Belə ki, Azərbaycan Cümhuriyyəti qurularkən cüzi fərqlə bir millətin iki dövləti olduğu nümayiş olunmuş, osmanlıda 5 guşəli, Azərbaycan Cümhuriyyətində səkkiz guşəli olduğu göstərilmişdir. Ancaq eyni şəkildə olan bayraq rəsmi dövlətçilik baxımından yolverilməzdir ki, bunu hələ o zaman dövlət düşüncəsi daşıyan Azərbaycanın böyük dövlət xadimləri yaxşı bilmişlər. Yalnız Ermənistan bu mövzuda istisna təşkil etmişdir. Belə ki, Ermənistan bayrağı Kolumbiya bayrağının eynisidir. Bu həm ermənilərin dövlətinin olmamasından, həm hansı kökə malik olduqlarının bəlli olmamasından həmçinin xəstə təfəkkürlü olub, hər nə varsa oğurlayıb öz adına çıxan bu eybəcər erməni toplumunun xarakterindən irəli gəlmişdir.
Səkkiz guşəli ulduzlar simvol olaraq isə ən qədim mədəniyyətlərdə mövcuddur ki, biz təbii olaraq bayrağımızdakı səkkizguşəli ulduzun qədim türk mədəniyyəti ilə bağlılığını əsas götürürük. Daş yazılarda, kitabələrdə, xalı və xalçalarda, pul-barat üzərində və s. səkkizguşəli ulduza geniş səviyyədə rast gəlinir. Əsas odur ki, hansı sistemə maliksənsə, o sistemin simvolunu özündə daşıyırsan. Hətta eyni simvol fərqli mədəniyyətlərdə eyni rəsmdə ola bilər. Ancaq qavram və anlam baxımından fərqlidir. Buna görə də biz türk dövlətinin rəmzini türk, daha sonrakı dövrdə də təbiidir ki, türk-islam mədəniyyəti ilə bağlayırıq.
Bəs bayraq sözünün əsl qaynağı nədir? Nə üçün türk qavramında sancaq və bayraq deyilir. Hətta bəzi hallarda bayrağın parça olan qismi bayraq, tutacaq qismi isə sancaq adlandırılır. Ancaq bayraq sözünə diqqətlə baxdıqda mənası anlaşılır. Bayraq ilkin olaraq böyük dövlətləri deyil, o dövlətləri yaradan tayfa və nəsillərin bir-birindən fərqlənməsi üçün işarə olmuşdur. Bu baxımdan Oğuz boyları da öz sancaq və bayraqları ilə tanınır. Hər boyun öz bayı, yəni bəyi, eyni zamanda bu boyu işarə edən bayrağı olmuşdur. Oğuzların möhtəşəm eposu olan “Dədə Qorqud kitabı”nda xanlar xanı Bayındır xan haqqında “Qaba ələm götürən xanımız Bayındır xan” deyilir. Ələm ərəb dilində bayraq deməkdir. Bayındır xan əslində Oğuz xanın nəvəsidir. Bu barədə oğuznamələrdə geniş bilgilər vardır. Bayındır xan elə Bayındır boyunun da əcdadıdır. Yəni hər boyun bir bayı vardır ki, bu boyun da bəyi Bayındır xanın özüdür və o böyük bayraq götürür.
Biz sancaq sözünü də lüğətlərdə araşdıranda onun çoxmənalı söz olub eyni zamanda məkan anlamında da işləndiyini görürük. Konkret olaraq lüğətlərdə, xüsusilə də Türkiyədə sancaq il və ilçələri ifadə edir. Məlumdur ki, il şəhər, ilçə isə şəhərdən daha kiçik olan ərazi bölgüsüdür. Ancaq Azərbaycan türkcəsində bu söz öz əslini qoruyaraq “el” kimi işlənir. El də soy kimi, boy kimi genetik bağlılığı bildirən söz mənasında işləkdir. Demək bayraq boyun, sancaq elə boy kimi ilin, elin tanınma simvoludur. Məhz bu tanınma da soyların birləşib boy olmağına, boyların birləşib el olmağına, ellərin birləşib millət olmağına və yaşadıqları məkanın da yurd və ölkə olmağına gətirib çıxarır.
Bu gün bayraq günüdür. Bu gün əvvəlki illərdən daha çox bayrağın fəxrlə dalğalandığı gündür. Bayraq kimin üçünsə bez parçası, kimin üçünsə can parçasıdır. Artıq Azərbaycanda bayrağın bez parçası olmadığı aydın olur. Bayraq şəhidlərin qanıdır, vətən üçün can verənlərin canıdır. Bu gün ölkəmizdə gedən millətləşmə və dövlətləşmə bayrağımıza baş ucalığıyla baxmağımıza səbəb olmaqdadır. Əlbəttə, burada sevgili Türkiyəmizi unutmaq olmaz. Bu bayram onların da haqqı, onların da bayramıdır. Biz dəfələrlə bəyan etmişik ki, Türkiyə bizim üçün nə Rusiyadır, nə İran, nədə başqa bir dövlət. Türkiyə bizim öz dövlətimiz, biz Türkiyənin öz dövlətiyik. Qarabağda gedən Vətən savaşında biz bunun şahidi olduq. Bütün dövlətlərin harada olduğu, kimin yanında olduğu hər kəsə bəlli oldu. Yalnız can Türkiyəmiz bütün varlığıyla bizimlə könül-könülə, əl-ələ oldu. Elə buna görə də Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı sanki tarixdən qovuşub bu günə yol gələrək baş üstündə bizləri səlamlayır. Arada nə qədər maneələr olsa da türk bayraqları yenə bir-birinin sinəsində dalğalanır. Milli öndərimiz M.Ə.Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı da öz qiymətini millətə sevgi dolu məfkurədən alması ilə göstərir.
Bu gün vətənimizin hər qarışı işğaldan azad olunur. Hər gün yeni müjdələr alırıq. Təbiidir ki, Uca Allahın mərhəməti, şəhid və qazilərimizin qeyrəti sayəsində mübarək torpaqlarımız iyrənc kafir sürüsündən təmizləndikcə o yerlərə ücrəngli bayrağımız sancılır.
Şəhidlərimizin şəhadəti mübarək, məqamları uca olsun! Qazilərimizin həyatı hər kəsə örnək olsun. Yaralı qazilərimiz də şəfa tapsın İnşəllah! Bayrağımız hər zaman başımız üzərində dalğalansın. Bunun üçün biz özümüz hər zaman bayraq olmuş qazi və şəhidlərimizi sayğı ilə anmalı, onların bizə verdiyi dərsdən ibrət almalıyıq. Bayrağın ucada olması üçün hər zaman bayraqdar millət olmalıyıq. Canımızla,qanımızla, bütün varlığımızla baş üstündə dayanan bayrağa çevrilməliyik.
Bayraq günümüz mübarək olsun!
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi