ELÇİBƏYİN XUDAFƏRİN SƏFƏRİ...
24-06-2020 [16:05]
VAQİF ƏLİSOY
***
Dəyərli dostlar, bir həftə idi ki, nə status, nə rəy yaza, nə də paylaşma edə bilirdim.
Səbəb ermənilərin səhifəmdən şikayət etməsi idi. Belə ki , Ələddin Çakıçı haqda bir paylaşma etmişdim və buna görə " cəzalandırılmışdım".
Şükür ALLAHA, bu gün saat 12-00- da "cəza" müddəti bitdi və indi Sizinlə təmasdayam.
Bu gün ilk statusumu da ELÇİBƏYİN əziz xatirəsinə həsr edirəm!! Ruhu şad, məkanı cənnət olsun!!!
1991- ci ilin oktyabr ayının 10-u idi. AXC-nin Cəbrayıl rayon şöbəsinə AXC-nin mərkəzi qərargahindan telefonoqramma daxil oldu. Bildirilirdi ki , ElÇİBƏY bir neçə günlüyə Cəbrayıla gəlir, təhlükəsizliyini təmin edin.
Çox təhlükəli səfər idi. Belə ki , fövqəladə vəziyyət və komendat saatı davam edirdi.Hər bir hərəkətimiz komendant, polkovnik Yelovskinin nəzarətində idi. Həm də ELÇİBƏYİN qonaq qalacağı Doşulu kəndı (arada bir sıldırım var idi. Arxası isə Hadrut rayonu idi) ermənilərlə həmsərhəd idi.
Təcili BƏYİN mühavizəsini təşkil etmək üçün ən inandığımız, döyüş tərcubəsi olan 6 nəfərdən ibarət cəbhəçi ayırdıq və bildirdik ki , ElÇİBƏYİN səfəri haqda məlumat çox gizli saxlanılmalıdır.
Oktyabrın 11-də səhər-səhər Doşulu kəndindən xəbər gəldi ki, ELÇİBƏY İsa Qənbərlə artıq kənddədir və AXC Cəbrayıl şöbəsinin rəhbərliyi ilə görüşmək istəyir.

Yeri gəlmişkən, bildirim ki , BƏY, İsa Qənbər, sürücüsü Xəlil və mühavizəçisi İlqar Salmanoğlu (indi Ukraynada yaşayır) ilə gəlmişdi. İlqar mənimlə əmioğlu sayılırdı. Doşulu kəndi bizim dədə - baba yurdumuz idi və gözəl təbiəti, buz kimi bulağı ilə məşhur idi.
Günortaya yaxın AXC Cəbrayıl şöbəsinin sədri kimi mən, AXC məclisinin sədri Eldar Əliyev və 6 nəfər mühafizəçi ilə birlikdə gizli Doşuluya getdik. Qonaqlar İlqarın xalası oğlu Əligildə (Cəbrayıllılar onu Məmməd bəy - kəhrizinin yanındakı povliyonunun sahibi kimi tanıyırdı. Rəhmətə gedib. Ruhu şad olsun) yerləşmişdilər. Çox səmimi görüşdük. Rayonda və sərhəd kəndlərimizdəki vəziyyətlə maraqlandı. Ətraflı məlumat verdik.
Birdən gözü evin ətrafındakı silahlı cəbhəçilərə sataşdı:
- Bunlar nə üçündür?- deyə soruşdu.
Real vəziyyəti izah etdik.
Bir az fikrə getdi və dedi:
- Bilirsiniz Cəbrayıla nə üçün gəlmişəm? Həm vəziyyətlə tanış olmaq, həm də bir bir səfəri reallaşdırmaq üçün. Cəbrayıl Azərbaycana Mehdi Mehdizadə, Əşrəf Hüseynov, Sabir Əhmədov, Tofiq Hacıyev, Kamil Vəliyev, Vaqif Cəbrayılzadə, Rafiq Quliyev kimi şəxsiyyətlər verib. Onların hamısını əla tanıyırdim. Bəziləri ilə bu gün də dostluğumuz davam edir. Doşulu kəndi də çox xoşuma gəldi, bizim Kələkiyə çox oxşayır. İndi isə gələk mətləbə. Mən Xudafərinə getmək və körpüləri ziyarət etmək istəyirəm. Hər dəfə Naxçıvana gedəndə qatardan həmin körpülərə baxanda ürəyim parça - parça olurdu. Həyatdır bilmək olmaz. Odur ki , xahiş edirəm bu səfəri təşkil edin.
Bu səfərin təhlükəli olduğunu, sərhədi rusların qoruduğunu, gələn adamın ElÇİBƏY olduğunu bildikləri halda həbs olunmaq ehtimalını, rayonda fövqəladə vəziyyətin davam etdiyini nəzərə çatdırsaq da , inadından dönmədi. Həm də sərhəd zonasına daxıl olmaq üçün KQB - nin rayon şöbəsindən, həm də Hadrut sərhəd dəstəsindən icazə alınmalı idi. Bu da vəziyyəti bir az çıxılmaz edirdi.
Birdən Əbülfəz bəy dedi:
- Görürəm, çox narahatsınız. Amma nahaq yerə. Bildiyim qədər KQB - nin rayon şöbəsinin sədri Aydın Şəmiyevdir (Füzulidən idi. Ruhu şad olsun! Millətini sevən adam idi. Bizə də kömək edirdi). Tələbə yoldaşı olmuşuq. Məni yaxşı tanıyır. Məndən salam deyin. O, məsələni həll edəcək.
Axşam tərəfi Aydın müəllimə zəng edib Əlinin yeməkxanasında görüşmək istədiyimi biıdirdim. Rayon mərkəzindən kənarda olduğu üçün bura daha münasib idi. Görüşdük və Əbulfəz bəyin salamını və arzusunu çatdırdım.
Heyrətlə üzümə baxıb:
- Sən nə danışdığını bilirsən? BƏY nə vaxt gələcək? Özün rayondakı vəziyyəti bilmirsən? Bir tərəfdən ruslar, bir tərəfdən ermənilər. Allah eləməmiş bir hadisə olsa, rusların onun ELÇİBƏY olduğunu bilsələr?
- Aydın müəllim, yaxşı işləmirsiniz. ELÇİBƏY artıq Cəbayıldadır - deyə onunla zarafat etmək istədim.
- Doğurdan?
Zarafat etmədiyimi bildirdim. Bir stəkan çay içib fikrə getdi və dedi:
- Vaqif, bir yol var. Bilirsən ki, o körpülər olan ərazidə İranla birlikdə su - elektrik stansiyası tikilməlidir. O körpülərin su altında qalma söhbəti var. Bəlkə, BƏYLƏ İsanı tarixçi alımlər kimi təqdim edim ruslara?
Doğurdan da, əla fikir idi. Razılaşdıq ki, sərhəd dəstəsinin komandanlığı ilə danışıb məsələni Aydın müəllim həll etsin. Sərhəd dəstəsinin komandiri üçün biz də bir yemək - içmək təşkil edək.
Ertəsi gün qonaqlar, mən, Eldar həkim, 6 mühavizəçi və Aydın müəllim Xudafərinə yola düşdük. Sərhəddə bizi Qumlaq sərhəd dəstəsinin komandiri qarşıladı. Aydın müəllim icazə məktubunu təqdim etdi. Onlar bizdən bir az aralı söhbət edirdilər. Az keçmədi əli ilə işarə etdi ki, maşındakı karobkaları komandirin köməkçisinə verək. Hiss edirdim ki, Aydın müəllim əsəbləşib.
Komandirdən aralanıb yanımıza gəlib dedi:
- Bu köpəkoğlu ipə - sapa yatmır. Deyir ki, körpüyə ancaq alimlərdən biri çıxa bilər. Ona belə əmr ediblər.
Mübahisə etmək yersiz idi . Razılaşdıq ki , Əbülfəz bəy getsin. BƏY iri addımlarla körpüyə tərəf addımladı.
Biz də bir az aralı təpədə onu izləyirdik. Körpüyə çıxıb xeyli irəliləyib dəmir darvazaya yaxınlaşmışdı ki , komandir Aydın müəllimə dedi ki, deyin, geri qayıtsın. Bu zaman İran sərhədçiləri də göründü.
Bəy bir durub o tayı ziyarət etdi. Sonra geri qayıdıb körpüdən enib çayın qırağındakı böyük bir daşın üstündə oturub corablarını çıxarıb ayaqlarını suya salladı və astadan zümzümə etməyə başladı.
Bir az keçmişdi ki, hönkürtü ilə ağlamağa başladı. Göz yaşları Arazın suyuna qarışdı Hamımızın gözləri yaşarmışdı. Rus komandir isə təəccüblə bizə baxırdı.
Aydın müəllim Bəyə tərəf getmək istəyəndə, İsa bəy mane olmamağı xahiş etdi. Az keçmədi geri dönüb heç kəsin üzünə baxmadan maşına əyləşdi. Bir saatlıq yolu və ertəsi gün heç kəslə danışmadı.
Tək - tənha gəzdı. Bakıya yola düşərkən hamımıza bu səfər üçün təşəkkür etdi. Sonralar da görüşlərimizdə bu səfəri həmişə mənə xatırladırdı.
Dəyərli dostlar, bax ELÇİBƏYİN Xudafərin səfərindən sonra bir daha onun dərdinin necə böyük olduğunu anladım. Anlamayana yazıqlar olsun!!!
Bu dərd bütöv AZƏRBAYCAN dərdi idi. İnşallah biz görməsək də, balalarımız o günü görəcək. Ona qədər isə ALLAHIN və xalqımızın birliyi sayəsində QARABAĞI azad etmək lazımdır.
Mia.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb