Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib

img

20-03-2026 [19:49]


Novruz və Ramazan bayramları ərəfəsində “Azercell” əməkdaşlarının təşəbbüsü ilə ənənəvi xeyriyyə yarmarkası təşkil olunub.

Mia.az xəbər verir ki, iki gün davam edən yarmarka çərçivəsində əməkdaşların hazırladıqları əl işləri — bəzək əşyaları, rəsm əsərləri, toxunma oyuncaqlar, eləcə də ev şəraitində hazırlanmış şirniyyatlar xeyriyyə məqsədilə satışa çıxarılıb. Yarmarkadan əldə olunan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan 200-dək aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb.

Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” mütəmadi olaraq xeyriyyə təşəbbüsləri həyata keçirməklə sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA