Bizi bağışlama, Şuşa...
08-05-2020 [00:21]
Zaur ƏHMƏD
***
Şuşa – Nazlı mələk. 28 il öncə namusuna toxunulan, isməti ləkələnən gözəl qız.
11 qardaşın - Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Xocavənd, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayılın göz bəbəyi, nazlı mələyi Şuşa. 28 il öncə başlanan təcavüzdə 11 qardaşın öldü, amma sənin namusun ləkələndi. 28 ildir ki, utanmadan, ölmədən səni anırıq.
Mən sənin üzünə baxa bilmirəm. Nəinki üzünə baxmaq, heç sən tərəfə boylanmaq olmur. Bir kişinin anasının, bacısının namuzusuna toxunalar, onların üzünə baxa bilərmi? Qeyrəti olan kişi gərək ki, baxa bilməsin.
Vallah, sən tərəfə baxa bilmirəm. Nə olar, sən də gözlərini mənə zilləmə. Hər gözündən bir ox çıxır, bir ildırım çaxır. O baxışlarda tənə, giley, nifrət, “Harda ölmüsüz? Niyə susursuz? Bunları qeyrətinizə necə sığışdırırsız?” sualları bir ox kimi gözümüzə girir.
Sənin gözünə kimsə dik baxa bilməz. Namusundakı ləkəni silə bilmərik, o ayrı. Axı, namusumuza əl uzadanların əlini də kəsməmişik. Namusumuza toxunanlardan qisasımızı almağımıza nə söz? Kim bizi 28 il bu utancı boynumuza götürməyə vadar edir? Bu utancla yaşamaq kişilikdənmidir? Bu suallara cavab vermədən, sənə toxunan o murdar əlləri kəsmədən üzünə necə baxım ŞUŞA?
28 ildir ki, hər gecə qoynunda yad kişilər gəzir. Biz bunu hiss edirik, amma susuruq, görməzdən, duymazdan gəlirik... Və 28 ildir ki, bunu qeyrətimizə sığışdıra bilirik.
İndi də soruşursan ki, niyə gözlərimə baxmırsan? Hansı üzlə baxım axı, ay ŞUŞA? Bu gün minlərlə şəhidin ruhu narahat dolaşır. Bəlkə də onlar sənin gözlərinə dik baxa bilərlər. Heç olmasa, sənin üçün son vəzifələrini yerinə yetirib canlarını fəda etdilər. Qarabağda qalan gözlər, ayaqlar, əllər, ağıllar var ha... Sahibləri bu tərəfdə əlsiz, ayaqsız, gözsüz, ağılsız gəzən qaziləri deyirəm. Bax, onlar da sənin gözünə baxa bilmirlər.
Əziz Şusa, nə olar, mənə belə baxma. Toxunma mənə. Alnımdakı xəcalət tərini, gözümdən yanaqlarıma süzülən çarəsizlik göz yaşılarını silib, başımı qaldırma. Sənin gözlərinə baxmaq ölümdən betərdi. Belə baxanda, qoynunda ölməyəndən sonra ölüm də urvatsızdır.
Bizi bağışlama Şuşa, qəti bağışlama.
Mia.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb