Estoniya Rusiya hərbi təyyarəsinin onun hava sərhədini pozduğunu açıqladı

img

20-03-2026 [10:08]


Estoniya Xarici İşlər Nazirliyi Rusiya hərbi təyyarəsinin Estoniya hava sərhədini təxminən bir dəqiqə pozduğunu bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya hərbi təyyarəsi Vaindloo adası yaxınlığında Estoniya hava məkanında təxminən bir dəqiqə qaldı.

Mətbuat açıqlamasında ifadəsi yer alan Estoniya xarici işlər naziri Marqus Tsahkna, hava məkanının pozulmasına İtaliya Hərbi Hava Qüvvələri bölməsinin reaksiya verdiyini və Estoniyanın təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirdi.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA