"Hannover" klubunun futbolçusu koronavirusa yoluxub

img

11-03-2020 [16:44]


Almaniyanın II Bundesliqasında çıxış edən "Hannover" klubunun futbolçusu Timo Hübers koronavirusa yoluxub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, analizləri müsbət nəticə verən 24 yaşlı müdafiəçi karantinə alınıb. Virusun Hübersə yaxın dostundan keçdiyi vurğulanıb.

Mümkün təhlükənin qarşısını almaq məqsədilə "Hannover" komandasının bütün üzvlərinin koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, "Hannover"in yetirməsi olan Hübers bu mövsüm II Bundesliqada meydana çıxdığı 3 oyunda 1 qol vurub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA