Azərbaycan çempionatının oyunu güclü küləyə görə təxirə salındı

img

11-03-2020 [13:52]


Futzal üzrə Yüksək Qızlar Liqasında ötən turun “Xırdalan City” (Bakı) – “Qəbələ FK” oyunu 55-ci dəqiqədə yarımçıq dayandırlıb. 

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna saatda 61 km sürətlə güclü küləyin əsməsi səbəb olub. Məsələyə İntizam Komitəsinin iclasında baxılıb. Qərara alınıb ki, oyun təyin ediləcək ehtiyat gündə dayandırıldığı dəqiqədən keçirilsin. Görüşün tarixi hər iki komandaya matçı keçirən qurum tərəfindən bildiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA