AFFA bu liqalardakı oyunların təxirə salınma müddətini uzatdı - SİYAHI

img

09-03-2020 [12:49]


AFFA-nın təşkilatçılığı ilə keçirilən oyunlarının təxirə salınması müddəti martın 27-dək uzadılıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, bu qərar U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinə şamil olunub. 

Səbəb kimi bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarın qüvvədə olma müddətinin martın 27-dək uzadılması göstərilib. 

Qeyd edək ki, AFFA liqalarda oyunların təxirə salındığına dair ilk qərarlarını martın 3-də və 5-də açıqlayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA