Avropa İnsan Haqları Məhkəməsi Platiniyə "yox" dedi

img

05-03-2020 [16:23]


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı cəzaya etirazına hüquqi qiymət verib.

Qurum keçmiş futbol funksionerinin etirazını rədd edib.

Məhkəmədən verilən açıqlamada veteran futbolçunun cəzasında insan hüquqlarının pozulması halına rast gəlinmədiyi bildirilib.

Qeyd edək ki, Mişel Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı (3,46 milyon manat) aldığı üçün ali futbol qurumunun etik qaydalarını pozub və buna görə 8 il müddətinə futboldan diskvalifikasiya olunub. Daha sonra İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə endirib. O, bundan sonra İsveçrə Federal Məhkəməsinə müraciət etsə də, etirazı təmin edilməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA