"Qalatasaray" "Monako"nun hücumçusunu aldı

img

04-01-2020 [17:30]


Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Henri Onyekurunu transfer edib. 

Məlumata görə, 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Onyekuru ilə Rusiya "Lokomotiv"i də maraqlanırdı. 

Nigeriyalı forvard "Monako"ya 2019-cu ilin yayında İngiltərə "Everton"undan 13,5 milyon avroya keçib. Gənc oyunçu cari mövsümdə 4 matçda 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. 

Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 17 oyundan 27 xalla 7-ci yerdə gedir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA