Milli komandanın baş məşqçiləri rüşvətə görə qovulub

img

04-01-2020 [18:02]


Qana Futbol Assosiasiyası (GFA) bütün kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini qovmağı qərara alıb. 

Məlumata görə, bu addım araşdırma xarakterli sənədli filmdə səsləndirilmiş rüşvət və korrupsiya ittihamlarından sonra atılıb. Beləliklə, GFA prezidenti vəzifəsinə 2019-cu ilin oktyabrında seçilmiş Kurt Okraku radikal qərar qəbul edib. 

Qeyd edək ki, Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi. O, ilk dəfə 2012 - 2014-cü illərdə rəhbərlik etdikdən sonra 2017-ci ildə ikinci dəfə komandanın sükanı arxasına keçmişdi/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA