Şəkidə üç uşaq dəm qazından zəhərləndi

img

14-03-2019 [10:31]


Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Hadisə Şəki şəhəri, Sabit Rəhman küçəsi ev 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan azyaşlılar - 2016-cı il təvəllüdlü Duyğu Tural qızı Məmmədova, 2010-cu il təvəllüdlü Elvin Eldar oğlu Atayev və 2006-cı il təvəllüdlü Ülkər Eldar qızı Atayeva zəhərlənmə diaqnozu ilə Şəki rayon Uşaq Xəstəlikləri Xəstəxanasına daxil olublar. 

Müayinə zamanı onların yaşadığı evin mətbəxində dəm qazından zəhərlənmələri müəyyən edilib. Hazırda onların müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

ONA



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA