Sumqayıtda qadınları soyan Bakı sakini tutuldu

img

11-03-2019 [11:41]


Sumqayıtda qadını soyan şəxs yaxalanıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA