Bakıda keçmiş məhkum silahla tutuldu - FOTO

img

09-03-2019 [10:13]


Bakıda silahlı şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsi 18-ci polis şöbəsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçirib. 

Nəticədə əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA