Tərtərdə ermənilər üçün foto və video çəkilişlər aparan Rusiya vətəndaşı saxlanılıb - Təfərrüat

img

03-03-2019 [14:13]


Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb.

"Report"un Qarabağ bürosunun hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, hadisə rayonun Bəyimsarov kəndində baş verib.

Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polisə ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən əvvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi proqram vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapib.

Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA