Suraxanıda silahlı şəxs saxlanıldı

img

01-03-2019 [11:44]


Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

DİN-dən Mia.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş "Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA