Salyanda ağır yol qəzası olub, 4 nəfər yaralanıb

img

15-01-2019 [15:14]


Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes” markalı avtomobilin qarşıda gedən "KamAZ” markalı avtomobilin arxasına çırpılıb. 

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 2000-ci il təvəllüdlü Ağazadə Zahid Rahib oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Kəmalə Elman qızı və Masallı rayon sakinləri, 1999-ci il təvəllüdlü Kərimova Rahibə Sadiq qızı və 1975-ci il təvəllüdlü Rəsulova Gülayə Bayraməli qızı Salyan MərkəziRayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA